Icma.az
close
up
RU
YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında 2024 cü ildə görülmüş işlərə dair hesabat iclası keçirilib

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında 2024 cü ildə görülmüş işlərə dair hesabat iclası keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 83A”(ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi) ünvanlı ərazi partiya təşkilatında 2024-cü ildə görülmüş işlərə dair hesabat iclası keçirilib. İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəis müavini Bəxtiyar Məmmədov, təşkilatın əməkdaşları, ƏPT üzvləri iştirak ediblər.

İclasdan əvvəl ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov tədbiri açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib.

Daha sonra “Heydər Əliyev prospekti 83A” ünvanlı ərazi partiya təşkilatının sədri Heydər Kazımov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.

İclasda çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev yığıncaq iştirakçılarını salamlayıb. Təşkilat sədri bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Təşkilat sədri partiyanın keçdiyi çətin və şərəfli tarixi yoldan, həmçinin, 2021-ci ildə yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən ətraflı bəhs edib, bu islahatların partiyanın gələcək inkişafında önəmli rol oynadığını vurğulayıb. E. Quliyev ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün müvafiq tövsiyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxış edən ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəis müavini Bəxtiyar Məmmədov və ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında, eyni zamanda 2024-cü ildə ölkədə keçirilən seçkilərdə fəallığı ilə seçilən üzvlərə Təşəkkürnamə təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri