Icma.az
close
up
RU
YAP qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi

YAP qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizim müstəqilliyimizin bu günü və gələcəyi xalqımızın birliyindən, həmrəyliyindən, öz müstəqilliyini qorumaq əzmindən asılıdır. Yeni Azərbaycan Partiyası (YAP) ölkənin tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

Ölkəmiz təzəcə qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üzləşəndə xalqın vətənpərvər ziyalıları çıxış yolunu Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində görürdü. Ümummilli lider Heydər Əliyevə müraciət edən “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Beş yüz əlli nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. 21 noyabr 1992-ci ildə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Həmçinin, Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Nəticədə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən YAP yarandı.

YAP Ulu öndərin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, biliyi, xalqa xidmətləri, Naxçıvanda işlədiyi dövrdə göstərdiyi əsl vətənpərvərlik, xalqına sədaqəti Azərbaycanın mütərəqqi şəxslərini öz ətrafına toplamışdı. Bu hadisədən qısa zaman sonra isə Azərbaycan xalqının görkəmli Lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Ümummilli lider Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxması prosesi başladı. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan sonrakı qaçılmaz süqutdan xilas oldu. Onun hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Ölkəmizin dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. YAP-ın yaradılması ölkəyə mühüm təsir göstərdi, Azərbaycan tarixində həlledici rol oynadı, yeni mərhələyə yol açdı, ölkənin intibah dövrünün başlanmasına təkan verdi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Muasir Azərbaycanın banisi olan xalqımızın ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasət nəticəsində dövlətimiz iqtisadi və siyasi böhrandan çıxmış oldu. Onun rəhbərliyi ilə, YAP qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi. Patiyanın uzunmüddətli səyləri nəticəsində, Azərbaycanın inkişafına mühüm təsir göstərən müxtəlif siyasi uğurlar qazanıldı.

Keçən 32 il ərzində, YAP bütün dövürlərdə çətin vəziyyətlərə cəsarətlə cavab verməyə qadir olan, güclü idarəetmə orqanı olduğunu sübut etdi. Bu da öz növbəsində Azərbaycanda qeyri-sabitlikdən qaçmağa və davamlı inkişafı təmin etməyə imkan yaratdı. Partiya fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb. Bu 32 il, inkişaf və yüksəliş ili, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, o cümlədən, Yeni Azərbaycan Partiyasının qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. YAP-ın keçdiyi inkişaf yolu onun yaradıcısı, ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Fəaliyyət göstərdiyi müddət ərzində Yeni Azərbaycan Partiyası respublikada keçirilən bütün seçkilərdə daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. YAP böyük və şərəfli bir yol keçərək bir-birindən əhəmiyyətli uğurlara imza atmış, dövlətçiliyinin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynamışdır. Bundan əlavə, partiya ictimai həyatın bütün sahələrində ciddi tarixi nailiyyətlər əldə edilmişdir.

Bu gün Prezident cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın çağdaş dönəmdə müasirləşməsi, daha da inkişaf etməsi üçün partiya üzvləri xüsusi fəallıq göstərirlər. Yeni Azərbaycan Partiyasıın getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlar yaradacaqdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see248

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see238

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see232

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see204

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see172

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see154

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see151

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see146

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see144

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see144

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see141

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see133

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see131

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see131

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri