Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32 ci ildönümü və 8 mart Beynəlxalaq Qadınlar Gününə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib

YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32 ci ildönümü və 8 mart Beynəlxalaq Qadınlar Gününə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 6-da Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və “Balakhani Operating Company LTD” şirkətinin birgə təşkilatçılığı ilə YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 mart Beynəlxalaq Qadınlar Gününə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov təşkilatın 32 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçib. Bu gün YAP ölkəmizin aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. YAP Sabunçu Rayon Təşkilatı bu 32 il ərzində hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev  bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir. Vurğulanıb ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır.

Prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Cəfərov çıxış edərək qeyd edib ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevdir. Bu gün partiyanın gücü Ulu öndər Heydər Əliyev ideyalarından, eyni zamanda, onun siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Prezident cənab İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb.

Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır. Yarandığı gündən bu günə qədər siyasi sistemimizin lokomativinə çevrilən YAP öz fəaliyyətinin müxtəlif mərhələlərində gələcək Azərbaycan üçün fundamental əsaslar yaratmağı bacardı. Bu təkcə siyasi sistemin yeni milli və demokratik dəyərlər əsasında inşası deyildi, həm də dövlətçiliyimizin inkişafının keyfiyyətcə yeni bir mərhələyə daxil olmasının başlanğıcı idi.

Daha sonra çıxış edənlər Ata Babayev, Pərvanə Əzimova, Mehriban Hacıyeva, Namiq Muradov, Günel Həsənova, Mehin Vəliyeva və digərləri bildirdilər ki, bu gün partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyəti gənclərdir. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyətin bu tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu gün tarixi Zəfərimizin qəhrəmanlarından bəhs edərkən gənclərimizin vətən, torpaq sevgisini böyük qürurla qeyd edirik.

Tədbirin sonunda YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32 illiyi münasibətilə bir qrup təşkilat üzvünə Fəxri Fərman, diplom, yubiley hədiyyələri və partiya sıralarına yeni qəbul olanlara üzvlük vəsiqələri təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri