Yaponiyanı cənginə alan leysan: Ölənlərin əksəriyyəti avtomobillərində boğulub
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığında yerləşən Tiba prefekturasında intensiv leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı səkkizə yüksəlib. Ölənlərin əksəriyyəti suda batmış avtomobillərinin içərisində boğularaq can verib.
Redaktor.az TASS agentliyinə istinadən xəbər verir ki, sözügedən statistik rəqəmləri Yaponiyada eyni zamanda təcili tibbi yardım funksiyasını da yerinə yetirən Yanğından Mühafizə Xidməti açıqlayıb.
Tiba şəhərinin mərkəzi küçələrində, eləcə də ətraf avtomobil yollarında minə qədər nəqliyyat vasitəsi sürücüləri tərəfindən tərk edilib.
Avqust ayının 13-də başlayan şiddətli yağıntılar səbəbindən regionda 20 minə yaxın ev işıqsız qalıb. 180-dən çox yaşayış binası tam, yaxud qismən su altında qalıb. 7400-ə yaxın sakin isə təhlükəsizlik məqsədilə müvəqqəti sığınacaqlara təxliyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Avqust 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















