Icma.az
close
up
RU
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili layihəsini uğurla icra etmişdir.
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili” layihəsi çərçivəsində 2-3 iyun 2025-ci il tarixlərində Laçın şəhərində kompleks tədbirlər təşkil edib.

İlk olaraq Laçına köçürülən və orada yaşayan uşaq, yeniyetmə və gənclərin Laçına adaptasiya olmaları və onların asudə vaxtlarinin səmərəli təşkil olunması məqsədi ilə onlar arasında dəyirmi masa təşkil edilib. Dəyirmi masada İctimai Birliyi sədri Durna Vəliyeva Layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verməklə yanaşı Laçının tarixi, təbiəti və şəxsiyyətləri haqqında gənclərə geniş məlumat verib.

Tədbirə qonaq qismində qatılan Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, Laçın rayon Sus kənd tam orta məktəbin direktoru Dünarə Əbdürəhimova və Laçın şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova çıxış edərək bildirmişlər ki, Laçının azad olunmasından sonra bu torpaqlarda yenidən həyat başlayıb. Bu torpaqlara yenidən nəfəs verən, burada gələcək quran insanlar arasında siz - gənclər - xüsusi yer tutursunuz.
Çünki siz bizim sabahımızsınız. Siz bu torpaqların qoruyucuları, inkişaf etdiriciləri, mədəniyyətini və ənənələrini yaşadacaq olan gələcəyin sahiblərisiniz.
Bizlər Azərbaycanın ən şanlı tarixini yaşayırıq.

28 may Müstəqillik Günü” nü Cənab Prezidentimiz İlham Əliyevin Laçında qeyd etməsi və bu tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Respublikasının Baş Naziri Şahbaz Şərifin qatılması bizləri həm sevindirdi, həm də duyğulandırdı. Bizlər bu tarixin canlı şahidləriyik.

Laçında yenidən məskunlaşan ailələrin övladları olaraq siz həm xüsusi bir missiyanı daşıyırsınız, həm də unikal imkanlara maliksiniz. Bu torpaqların hər daşı, hər qarışı tarixdir, yaddaşdır. Bu yaddaşı qorumaq, onu gələcək nəsillərə ötürmək və üzərinə yenisini yazmaq sizin vəzifəniz olacaqdır.

Daha sonra gənclər arasında “Zəfər tariximiz” adlı intellektual bilik, “Bura vətəndir” adlı şeir, Laçın təbiətinin gözəlliklərini əks etdirən foto müsabiqələri, oğlanlar arasında və qızlar arasında 3x3 baksetbol idman növü üzrə idman yarışları təşkil edilib. Qaliblər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bilik yarışmasının iştirakçılarına üzərində Agentliyin və Birliyin loqoları əks olunan köynəklər verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri