Icma.az
close
up
RU
Yaralı komandirini xilas edərkən şəhid olan həkim

Yaralı komandirini xilas edərkən şəhid olan həkim

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Vətən müharibəsinin ilk günlərindən Adil də ön cəbhəyə göndərilmək arzusunda olub. “Hamı getdi, mən qaldım”, - deyərək nə vaxt çağırılacağını gözləyirmiş.

Anası Afət danışır ki, bir gün zəng edib, dağa təlimə getdiklərini deyib: “Dedim bala, çadırda olacaqsınız, yoxsa kazarmada? Dedi, ana, narahat olma, kazarma var, mən həkiməm, kazarmada xidmət edəcəyəm. On ay idi ki, üzünü görmürdük, məzuniyyətə də gələ bilməmişdi. Özümdən asılı olmadan gecələr oyanıb, yuxusuz qalırdım. Onun ön mövqedə olduğunu bilməsəm də, əllərimi açıb dua edirdim ki, Allah bütün döyüşçüləri qorusun”.

Atası Qədir isə onun harada olduğunu bilirmiş. “Deyirdi ki, atama, anama, bacıma demə, qoy bilməsinlər. Dedim bala, çalış ki, özünü qoruyasan. Acığı tutdu ki, ay ata, niyə elə deyirsən, şəhid olanlardan əskiyəm? Özümü qorumağa gedirəm, yoxsa Vətəni?”

AZƏRTAC bildirir ki, Adil Əfəndiyev Naxçıvandan xidmət etdiyi Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müharibəyə yollanıb. 2020-ci il oktyabrın 18-də onları Füzuli ətrafında gedən döyüşlərə göndəriblər. Adil həmin il oktyabrın 22-də Tuğ kəndində döyüşlər gedən zaman yaralanmış komandirinin - Anar Əliyevin həyatını xilas edərkən onunla birlikdə şəhid olub.

Şahidlərin dediyinə görə, komandir yaralı halda “Əfəndiyev” deyə onu çağırıb. Feldşer “Həkim, mən gedirəm, siz qalın” desə də, Adil ona “sənin ailən var, komandiri özüm atəş altından çıxaracağam”, - deyərək onun harayına tələsib. Həmin mövqenin güclü atəş altında olmasına baxmayaraq, gözündən ağır yara almış komandir Anar Əliyevin yarasını sarıyıb, ona ilk tibbi yardım göstərib. Sonra onu çiyninə alıb, atəş altından çıxarmağa çalışarkən həmin yerə düşən əl qumbarası nəticəsində ikisi də şəhid olub. Həmin döyüşdə yaralanaraq yardımsız qalan və qanaxmadan həyatlarını itirən başqaları da olub. Çünki Adil artıq həyatda yox idi…

“Oktyabrın 24-ü idi, Qazaxda idik. Qədir çörək almağa getmişdi. Bir də gördüm ki, kimsə başqa adam əlində çörək darvazadan içəri girdi. Sən demə, çörək alıb gələndə yolda eşidib ki, bizim küçəyə şəhid gətirirlər. Ünvanı deyəndə eşidib ki, bizim evin ünvanıdır. Bilib ki, Adildir, elə oradaca yerə çöküb…”.

Afət xanım bunu danışanda sanki özü də o dünyaya gedib-gəlir: “Evlənmək üçün nə qədər təhrik etsək də, deyirdi ki, hələ tezdir, təhsilimi davam etdirməliyəm. Rezidenturaya hazırlaşırdı. Axırıncı dəfə 2019-cu ilin dekabrında məzuniyyətə gələndə görüşmüşdük. 2020-ci ilin avqustunda məzuniyyət versələr də, pandemiya ilə əlaqədar olaraq Naxçıvandan gələ bilmədi. Görüşmək üçün günləri sayırdıq, yenidən gəlməli idi, 25 günü qalmışdı…”

Hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev oktyabrın 25-də Qazax şəhər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. Qazax şəhəri Mehdi Hüseyn adına Humanitar Təbiət fənləri məktəb-liseyində təhsil alıb. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini Hərbi həkim işi ixtisası üzrə bitirib. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmət edib.

“Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

. Qazax rayonunda bir küçə onun adını daşıyır. Xatirəsinə bulaq inşa olunub. Bakıda və Qazaxda yaşadığı binaların üzərinə barelyefi vurulub. Təhsil aldığı Azərbaycan Tibb Universitetində adına kabinə, mühazirə zalı fəaliyyət göstərir. Universitetin həyətində şəhid tələbələrin fəxri sırasında onun da şəkli var.

Yeganə bacısı Nərminin oğlu dayısının adını daşıyır.

Oxuduğu kitabların bir küncündə qeydlər yazarmış. Şəhidliyindən xeyli sonra onun yazışmalarından birində ”Mən şəhid olacağam” rast gəlinib. Bir vərəqdə isə bu kəlmələri yazıb: “Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də”.

Adil özünün yazdığı kimi, bir kəpənək ömrü yaşasa da, əbədiyyət ünvanı qazandı…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri