Icma.az
close
up
RU
Yarım əsr davam edən, Qafqazı viran qoyan MÜHARİBƏ

Yarım əsr davam edən, Qafqazı viran qoyan MÜHARİBƏ

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

161 il əvvəl, 21 may 1864-cü ildə tarixin ən davamlı müharibələrindən biri olan Qafqaz Müharibəsinin aktiv mərhələsi başa çatdı.

Şimali Qafqaz xalqlarına böyük dağıntı və insan itkiləri gətirən müharibə Rusiyanın qələbəsi ilə başa çatsa da, Şeyx Şamilin başçılığı altında Dağıstan, Çeçenistan və digər ölkələrin apardığı mübarizə dünyada böyük əks-səda doğurdu.

Lent.az Qafqaz müharibəsi ilə bağlı yazını təqdim edir.

Tarixçilər 1817-ci ili Qafqaz müharibəsinin başlanma tarixi hesab edir. Həmin il Qafqaza təyinat alan çar generalı Aleksey Yermolov əlahiddə Gürcüstan korpusunun komandiri, habelə Gürcüstan, Həştərxan və Qafqaz əyalətlərində mülki və sərhəd işlərinin valisi kimi öz proqramını həyata keçirməyə başladı. Yermolov Çara itaət etməyəm dağ xalqlarına qarşı sistematik hücum planı hazırladı. Plana dağlarda yolların və qalaların tikilməsi, bölgənin kazaklarla məskunlaşdırılması, üsyankar xalqların Türkiyə və İrana sürgün edilməsi daxil idi. 1820-ci illərdə dağlıların ruslara qarşı mübarizəsi dini istiqamət aldı. Burada Qafqaz İmamlığı elan edən dağ xalqları ən böyük uğurları 1834-cü ildə müqavimətə rəhbərlik edən İmam Şamilin komandanlığı altında əldə etdilər.

1856-cı ildə Krım müharibəsi başa çatdıqdan sonra Rusiya Qafqaz ordusunun sayını 300 min nəfərə çatdırdı. Ələ keçirilmiş ərazilərin hərtərəfli nəzarətə alınması üçün Çeçenistanın dağlıq bölgələrinə genişmiqyaslı hücum başladı. İmam Şamil General Yevdokimovun qoşunları tərəfindən Dağıstana sıxışdırıldı. Nəticədə, Şeyx Şamil Çeçenistandan ayrı düşərək öz ərzaq bazasını itirdi. Dağlarda aclıq başladı. Rus ordusunun təzyiqi altında Dağıstanın bölgələri tədricən müqaviməti dayandırdı və yalnız İmam Şamil dağların dərinliklərinə çəkilərək müqavimət göstərməyə davam etdi. 1 iyul 1859-cu ildə rus qoşunları İmamlığın paytaxtı Vedenonu ələ keçirdi. 400 mücahid ilə İmam Şamil son sığınacağına - yüksək dağda yerləşən yaxşı möhkəmləndirilmiş Qunib kəndinə çəkilmək məcburiyyətində qaldı. Şiddətli döyüş baş verdi. Qalanı əhatə edən rus qoşunlarının komandiri, general Baryatinskinin avqustun 22-də təslim olmaq barədə məktubunu geri çevirdi. O daha 3 gün kiçik bir mücahid qrupu və yalnız bir topla onu mühasirəyə alan və yaxşı silahlanmış rus qoşunlarına qarşı şiddətlə vuruşdu. 25 avqust 1859-cu ildə, ilkin razılığa əsasən, İmam Şamil Baryatinski ilə danışıqlara getdi, lakin danışıqlar masasında mühasirəyə alındı və saxlanıldı. Qunib kəndi rusların əlinə keçdi. İmperator II Aleksandrın 15 iyul 1860-cı il tarixli fərmanı ilə "əlamətdar" qələbə şərəfinə “Çeçenistan və Dağıstanın fəthinə görə" medalı təsis edildi. 25 avqust 1859-cu il tarixi, Qunib kəndinin süqutundan sonra, Rusiya tarix elminin bütün dərsliklərinə imperiyanın Qafqaz İmamlığı ilə müharibəsinin "başa çatması" günü kimi daxil oldu. Ancaq müharibə 1864-cü ilə qədər bir neçə il daha davam etdi. Çeçenistan və Dağıstanı ələ keçirdikdən sonra rus müstəmləkəçiləri işğalçılara şiddətli müqavimət göstərməyə davam edən Qərbi Qafqaz dağlılarını "sakitləşdirməyə" başladılar. İmam Şamilin əsir düşməsinsən sonra müqaviməti onun naibi Məhəmməd Emin davam etdirdi.

Qafqazdakı vəziyyəti bilmək istəyən imperator II Aleksandr 11 sentyabr 1862-ci ildə Tiflisə gəldi. Dağlılarla danışıqlar heç nəyə gətirib çıxarmadı. Sonra Qafqaz silsiləsinin qərb hissəsini və ona bitişik əraziləri fəth etmək üçün general N. İ.Evdokimovun komandanlığı altında böyük bir hərbi qüvvə göndərildi. 1863-cü ilin sonunda bütün Kuban bölgəsi fəth edildi. Və yalnız Mzymta (Adler yaxınlığında), Soçi çayının vadilərində yaşayan Sahil çərkəzləri və aralarındakı kar dərələr inadkar müqavimət göstərdilər. Dənizə sıxışdırılan və ya dağlara sürgün edilən çərkəzlər və abxazlar Rusiya hakimiyyətinin nəzarəti altında düzənliyə köçmək və ya Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldılar. Ümumilikdə 500 minə qədər adıq, çərkəz və abxaz Qafqazı tərk etdi. 1864-cü ildə rus qoşunları Abxaziyaya nəzarəti ələ keçirdi və 21 may 1864-cü ildə general Evdokimovun dəstəsi Çərkəz Ubıx tayfasının son müqavimət mərkəzini-Mzymta çayının yuxarı hissəsindəki Kbaadu traktını (indiki Krasnaya Polyana kəndi) işğal etdi.

Buna görə Rusiyada 21 may 1864-cü il tarixi "Qafqaz müharibəsinin son günü" olaraq qeyd edilir. Halbuki, Qərbi Qafqazda aktiv hərbi əməliyyatlar 1864-cü ilin sonuna qədər davam etdi. Çeçenistan və Dağıstandakı dağlıların çar rejiminə qarşı hərbi çıxışları Rusiya imperiyasının dağılmasına qədər baş verdi (məsələn, 1877-ci ildə Hacı Zandakskinin rəhbərliyi altında Çeçenistanda böyük bir hərbi çıxış olub).

Qafqaz Müharibəsi yerli xalqlara böyük müsibətlər gətirdi. Türkiyəyə köç edən yaxud həlak olan yerli sakinlərin yerinə bölgəyə onminlərlə rus kolonisti köçürlüdü. Təsadüfi deyil ki, 21 may tarixi bu gün bir sıra ölkələrdə Çərkəz Soyqırımı günü kimi qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 May 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see356

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see135

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri