Icma.az
close
up
RU
Yaş artdıqca formanı necə qorumaq olar?

Yaş artdıqca formanı necə qorumaq olar?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər kəs yaşlandıqca özünü yaxşı hiss etmək istəyir. Bunun üçün kifayət qədər istirahət, düzgün qidalanma və müntəzəm tibbi müayinələr əsas şərtlərdir. Lakin "Martha Stewart" nəşri yazır ki, sağlam qocalmanın daha bir vacib şərti var – hərəkət.

Qaynarinfo xəbər verir ki, nəşr fərdi məşqçilər və fizioterapevtlərlə danışaraq yaşın təsirlərini minimuma endirmək üçün hansı hərəkətlərin edilməli olduğunu öyrənib. Ekspertlər bildiriblər ki, hərəkətlər fiziki hazırlıq səviyyəsinə uyğun şəkildə uyğunlaşdırılmalıdır.

Hərəkət niyə vacibdir?

Sertifikatlı məşqçi Ket Pasl-Qrin deyir ki, yaş artdıqca əzələ kütləsi, sümük sıxlığı, oynaqların elastikliyi və koordinasiya təbii olaraq azalır. Lakin bu azalmanın sürəti hər kəsdə fərqlidir.

Onun sözlərinə görə, hərəkət dərman kimi qəbul edilməlidir: nə qədər çox hərəkət etsəniz, həyat keyfiyyətiniz bir o qədər yüksək olar. Əks halda, hərəkətsizlik müstəqilliyin itirilməsinə və zədə riskinin artmasına səbəb ola bilər.

Fizioterapevt Keysi Li isə vurğulayır ki, sarkopeniyanı (yaşa bağlı əzələ kütləsi və gücünün azalması) tam dayandırmaq mümkün olmasa da, onu yavaşlatmaq mümkündür: "Bu sehr deyil, elmdir – hər gün bədəninizi hərəkət etdirin”.

Ekspertlərin tövsiyə etdiyi 5 gündəlik hərəkət:


Oturub-durma (squat)


Gündəlik həyatda tez-tez etdiyimiz bu hərəkət yaş artdıqca çətinləşə bilər. Squat hərəkəti bud, omba və ayaq əzələlərini gücləndirir, tarazlığı və yıxılma riskini azaldır.

Başlanğıcda stuldan oturub-durma formasında, əlavə çəki olmadan icra etmək tövsiyə edilir. Daha sonra hər əldə 4 kq və ya daha ağır qantel ilə etmək mümkündür.

"Fermer gedişi”


Bu hərəkət hər iki əldə eyni çəkini tutaraq düz vəziyyətdə yeriməkdən ibarətdir. O, həm gövdə əzələlərini, həm də tutma gücünü inkişaf etdirir ki, bu da uzunömürlülüklə əlaqələndirilir.

Başlanğıcda hər əldə 4–6 kq çəki ilə təxminən 10 metr məsafə qət etmək kifayətdir. Zamanla məsafə və çəki artırıla bilər.

İtələmə hərəkətləri (push-up)


Yuxarı bədən əzələlərinin güclü olması yıxıldıqda təhlükəsiz qalxmaq üçün vacibdir. Əvvəlcə divara söykənərək şaquli vəziyyətdə təkan hərəkətləri etmək olar. Daha sonra diz üstə və ya ayaq barmaqları üzərində klassik formada icra edilə bilər.

Tək ayaq üzərində balans


Araşdırmalar göstərir ki, yaxşı tarazlıq yaşlı insanlarda yıxılma riskini azaldır. Bu sadə hərəkət üçün xüsusi avadanlıq tələb olunmur.

Əvvəlcə bir ayaq üzərində dayanaraq digər ayağın barmaqlarını yüngülcə stula toxundurmaq və ən azı 15 saniyə balans saxlamaq tövsiyə olunur. Sonradan dəstəksiz 30 saniyə dayanmağa və hətta 4–5 kq çəki ilə icra etməyə çalışmaq olar.

Deadlift (yerindən qaldırma)


Yaşlı dövrdə əşyaları yerdən rahat qaldıra bilmək üçün bu hərəkət vacib sayılır. Ayaqlar omba enində açıq vəziyyətdə, dizlər yüngül bükülü halda ombanı geriyə itələyərək əyilmək və yenidən qalxmaq lazımdır.

Əvvəlcə yalnız öz bədən çəkisi ilə, daha sonra 4–5 kq, daha irəlidə isə 10 kq və daha artıq çəki ilə icra etmək mümkündür.

Ekspertlər vurğulayırlar ki, məşqlər bədənin hazırkı vəziyyətinə uyğunlaşdırılmalıdır. Lazım gələrsə, stuldan dəstək almaq, hərəkət amplitudasını azaltmaq və tempi yavaşlatmaq olar. Əsas məqsəd dərinlik və sürət deyil, rahatlıq və nəzarətdir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Fevral 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri