Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Yasamal rayonunda “Müasir Azərbaycan: Prezident İlham Əliyevin Liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib

Yasamal rayonunda “Müasir Azərbaycan: Prezident İlham Əliyevin Liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş “Müasir Azərbaycan:Prezident İlham Əliyevin Liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Elşad Həsənov, məşhur “91”lərdən biri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov,Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov,Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə,Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təsisçisi Arif Qaraşov,“Bakı Metropoliteni” QSC-nin sədrinin müavini Hidayət Məmmədov,AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasınınsədri Fərhad Qaraşov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin son 21 il ərzində həyata keçirdiyi uğurlu siyasət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması ilə tarixə qızıl hərflərlə yazılmışdır. Bu dövr Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə sabitlik və inkişafın təməli qoyulmuşdur. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi öz siyasi kursunun davamçısı kimi təqdim edərək Onun liderliyinə olan inamını ifadə etmişdir.Dövlətimizin başçısı fəaliyyəti dövründə Ümummilli Liderin irsini qoruyaraq, eyni zamanda, onu müasir dövrün çağırışlarına uyğun şəkildə yeniləmək bacarığını nümayiş etdirmişdir. Bu yanaşma Azərbaycanı sosial-iqtisadi, hərbi və beynəlxalq əlaqələr sahəsində yeni zirvələrə ucaltmışdır. Beləliklə, bu kursun dayanıqlı və uğurlu olmasını təmin edən əsas amil qalib xalqın Liderinin müdrik siyasətidir.Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ən böyük arzularından biri olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi reallaşdı. Bundan əlavə ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü bütün ərazisində tam bərpa etdi.Zəfər indi işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Prezident cənab İlham Əliyevlə birgə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır.Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq gələcəyə doğru daha inamla irəliləyir. Azərbaycanın əldə etdiyi uğurlarda böyük rol oynayan YAP-ın yeni inkişaf mərhələsinə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyev partiyanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü mövqe tutmasını təmin etmişdir.Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı partiyanın gələcək inkişafı üçün çox mühüm bir mərhələ olmuşdur. Partiyanın strukturunun yenilənməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi ölkənin siyasi sistemini müasirləşdirmək və dayanıqlı inkişafı təmin etmək istiqamətində görülən işlərin tərkib hissəsidir.Prezident İlham Əliyevin 21 illik fəaliyyəti Azərbaycan tarixində müasir dövlətçilik modelinin təməlini qoymuş, ölkəni hər sahədə möhkəmləndirmişdir. Onun liderliyi ilə Azərbaycan regionda sülhün və sabitliyin təminatçısına çevrilmiş, dünya miqyasında inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutmuşdur.Öz fəaliyyəti ilə regionun və dünyanın nüfuzlu liderlərindən birinə çevrilən cənab İlham Əliyev bu statusu həm daxili, həm xarici siyasəti sayəsində qazandı. Qısa müddətdə rəhbərlik etdiyi ölkəni sürətli inkişaf modelinə çevirən, demokratik dövlət quruculuğu və sosial-mədəni institutların təqdiralayiq fəaliyyəti ilə dünyada tanıdan, beynəlxalq dialoqlar və yarışlar məkanına çevirən bir liderin dünyadakı böyük nüfuzu təəccüblü görünə bilməz. Elə bu ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəfdaş dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi COP29 çərçivəsində müzakirələrə qatılması şəxsən cənab İlham Əliyevin nüfuz və etimad göstəricisidir.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev qeyd edib ki, tarixi əhəmiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 21 ilin hər ili xalqımız üçün tərəqqi, inkişaf və misilsiz uğur deməkdir. Qəbul edilən dövlət proqramları əsasında ölkəmizin regionları dinamik inkişaf etmişdir. Beynəlxalq və yerli müşahidəçilər bu inkişafa və tərəqqiyə əsaslanıb çox haqlı olaraq bildirirlər ki, dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı qədər ardıcıl və sürətlə inkişaf etmir. Belə sürətli inkişaf tempinə, aparılan quruculuq işlərinin sürətinə əsaslanıb demək olar ki, bu, indiyə qədər dünyanın heç bir yerində olmayan regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir.Müstəqilliyini hər ötən gün möhkəmləndirən Azərbaycan Respublikasının çağdaş tarixində Prezident cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. İyirmi bir illik möhtəşəm dövrün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş tarixi Zəfərlərin əldə olunması dayanır.Hakimiyyətinin bütün mərhələlərində məhz doğma xalqına arxalanan, onun iradəsini hər şeydən üstün tutan dövlətimizin başçısı yüksək qətiyyətli rəhbərliyi, müdrik sərkərdəliyi ilə xalqımızı “Dəmir yumruq” ətrafında sıx birləşdirərək onu tarixinin ən parlaq zəfərlərinə qovuşdurdu.Qurucu liderimiz Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarından qaynaqlanır.

Çıxış edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni uğurlu bir mərhələ başlandı. Prezidentimizin gələcəyə hesablanmış müdrik siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin iqtisadi-siyasi sistemini daha da möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində bunun əyani surətdə şahidi olduq. Prezident İlham Əliyev Cənubi Qafqaz regionunun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir. Hədəfi dəqiq nişan alan bu strateji addımların bəhrəsi hazırda həyatımızın hər bir sahəsində aydın hiss olunur. Müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən daha bir mühüm amil Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Dövlət başçısı seçildikdən sonra bütün bölgələrin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilib. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması istiqamətində inkişafın davamlılığı təmin olunub. Əldə olunan nəaliyyətlərin zirvəsi isə isə təbii ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir.

Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Ötən 21 ilə nəzər salsaq, görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin zəngin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident cənab İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.Prezident cənab İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Əldə olunan tarixi Qələbələrdə bunu bir daha sübut edib.

Tədbirin sonunda Partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyətə görə fəxri fərmanlar vəYeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Yasamal rayon ictimaiyyəti adından Prezident cənab İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubuünvanlayıb.

Sonra Yeni Azərbaycan Partiyasınını Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri