Icma.az
close
up
RU
Yaşıl çay içdiyiniz zaman qan təzyiqinizə nə olur?

Yaşıl çay içdiyiniz zaman qan təzyiqinizə nə olur?

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Yaşıl çay içmək arterial təzyiqi aşağı sala bilər. Yaşıl çay sistolik və diastolik qan təzyiqinin azalmasına kömək edə bilər. Yaşıl çayın ürək sağlamlığına müsbət təsir göstərdiyi düşünülür.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu içki qan təzyiqini bir qədər azalda, infarkt, ürək-damar xəstəlikləri və insult riskini azalda bilər.

Normal qan təzyiqi 120/80 mm civə sütunundan aşağı olmalıdır. Yüksək təzyiqi olan insanlarda bu göstəricinin cəmi 5 mm azalması belə, insult riskini 34%, ürək xəstəlikləri riskini isə 21 faiz azalda bilər. Tədqiqatlar göstərir ki, yaşıl çay sistolik (yuxarı) və diastolik (aşağı) qan təzyiqini azalda bilər.

Qan təzyiqi nədir?

Sistolik qan təzyiqi – ürək hər vuruşunda arteriyalara göstərilən təzyiqdir (yuxarı rəqəm).

Diastolik qan təzyiqi – ürək istirahətdə olanda (vuruşlararası fasilədə) arteriyadakı təzyiqdir (aşağı rəqəm).

Sağlam insanlarda yaşıl çay belə təsir göstərə bilər:

Sistolik təzyiq: –2.99 mmHg

Diastolik təzyiq: –0.95 mmHg

Yüksək təzyiqi olan insanlarda təsiri daha güclü ola bilər:

Sistolik təzyiq: –4.81 mmHg

Diastolik təzyiq: –0.98 mmHg

Yaşıl çay təzyiqi necə azaldır?

Alimlər düşünür ki, yaşıl çayın tərkibindəki katexinlər (xüsusilə EGCG – epigallokatexin qallat) bu təsirə səbəb olur. Bu antioksidantlar ürək-damar sisteminə müsbət təsir edir:

Oksidləşmədən qoruyur

Arteriyalarda iltihabı azaldır

Trombozun (qan laxtalanmasının) qarşısını alır

Damarların daxili qatı olan endotel funksiyasını yaxşılaşdırır

Azot oksidinin istehsalını stimullaşdırır və damarların genişlənməsinə səbəb olur

Yaşıl çay təzyiqi nə qədər vaxtda azaldır?

Qan təzyiqini aşağı salmaq üçün yaşıl çayın nə qədər müddət içilməli olduğu ilə bağlı dəqiq müddət yoxdur. Amma tədqiqatlar göstərir ki:

3 ay: Bu müddətdə təzyiqdə azalma müşahidə olunub. Daha uzun müddət istifadə daha yaxşı nəticə verir. 3–16 həftə: Müxtəlif azalmalar müşahidə olunub. Davamlı istifadənin təsiri daha sabitdir. 4 həftə: Sistolik təzyiqdə azalma olsa da, diastolikdə əhəmiyyətli fərq olmayıb.

Gündə neçə fincan yaşıl çay içmək olar?

Optimal doza müəyyən edilməyib. Tədqiqatlarda gündə yarım fincandan 5 və daha çox fincana qədər fərqli miqdarlar istifadə olunub. Bir araşdırmaya görə, gündə 2 fincan və daha çox yaşıl çay içən və bunu 10 ildən çox davam etdirən şəxslərdə qan təzyiqi aşağı olmuş və ürək-damar xəstəliklərindən ölüm riski azalmışdır.

Yaşıl çayın zərərləri

Kofein tərkibinə görə bəzi insanlarda yüngül yan təsirlər ola bilər:

Həyəcan, narahatlıq

Yatmaqda çətinlik

Baş ağrısı

Ürək döyüntüsünün sürətlənməsi

Yüksək təzyiq epizodları

Ürəkdöyünmə

Ürək bulanması, mədə narahatlığı

Kimlərə yaşıl çay tövsiyə edilmir?

Ümumiyyətlə, yaşıl çay təhlükəsiz hesab olunur. Amma kofein tərkibli içki olduğuna görə, hamilə və süd verən qadınlara onun miqdarını məhdudlaşdırmaq tövsiyə olunur.

Yaşıl çay ekstraktları (kapsul və ya toz formada olan çox konsentrasiyalı əlavələr) adi yaşıl çay içkisindən daha risklidir. Onlar bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər və nadir hallarda qaraciyər zədələnməsi riski yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:395
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri