Icma.az
close
up
RU
Yaşıl enerji layihələri Azərbaycan BƏƏ tərəfdaşlığının yeni xəttini formalaşdırır ŞƏRH

Yaşıl enerji layihələri Azərbaycan BƏƏ tərəfdaşlığının yeni xəttini formalaşdırır ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fevralın 2-də gerçəkləşdirilən işgüzar səfəri iki dövlət arasında mövcud strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini bir daha təsdiq edir. Əbu-Dabidə Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş təkcə cari əməkdaşlıq gündəliyini deyil, həm də Azərbaycan-BƏƏ əlaqələrinin tarixi inkişaf trayektoriyasını və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlərin 1990-cı illərin əvvəllərində qurulduğunu xatırladan siyasi şərhçi əlavə edib ki, bu əlaqələr son onilliklərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Münasibətlərin əsasında ortaq dəyərlər, qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq dayanır. BƏƏ regionda balanslaşdırılmış, iqtisadiyönümlü siyasəti ilə seçilir, Azərbaycan isə Cənubi Qafqazda etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və nəqliyyat-logistika mərkəzi kimi qəbul olunur. Bu oxşar yanaşma iki ölkənin tərəfdaşa çevrilməsi potensialını daha da genişləndirib.

Ölkələrimiz arasındakı əlaqələrin ilk mərhələdə əsasən siyasi və diplomatik çərçivədə inkişaf etdiyini bildirən Ülviyyə Zülfiqar deyib: “Sonrakı mərhələdə isə iqtisadi və investisiya istiqaməti ön plana keçib. BƏƏ Azərbaycanın qeyri-neft sektoruna maraq göstərən ilk körfəz ölkələrindən biri olub. Turizm, daşınmaz əmlak, logistika, liman infrastrukturu, kənd təsərrüfatı və xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq addım-addım genişlənib. Bu gün BƏƏ kapitalı Azərbaycanda təkcə kommersiya layihələrində deyil, həm də uzunmüddətli strateji investisiya təşəbbüslərində iştirak edir. Enerji sahəsi münasibətlərimizdə xüsusi yer tutur. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, son illərdə yaşıl enerji istiqamətində ortaq layihələr Azərbaycan-BƏƏ tərəfdaşlığının yeni xəttini formalaşdırır. BƏƏ-nin bu sahədə qlobal təcrübəsi ilə Azərbaycanın geniş coğrafi və iqlim potensialının birləşməsi qarşılıqlı faydalı platforma yaradır.

Siyasi müstəvidə isə BƏƏ Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daim hörmətlə yanaşan, beynəlxalq platformalarda balanslı mövqe sərgiləyən ölkələrdəndir. Azərbaycan da öz növbəsində BƏƏ-nin regional və qlobal təşəbbüslərinə hörmətlə yanaşır, xüsusilə Yaxın Şərqdə sabitliyin qorunması xəttini dəstəkləyir. Bu qarşılıqlı siyasi etimad iqtisadi və ticari əlaqələrin sürətlə genişlənməsinə zəmin yaradır. Son illərdə qarşılıqlı ticarət dövriyyəsi də artan dinamika nümayiş etdirir. Hava nəqliyyatı, turizm axını, biznes-forumlar və sərmayə platformaları iki ölkənin iş adamlarını daha da yaxınlaşdırır”.

Siyasi şərhçinin sözlərinə görə, bu səfər bir daha göstərir ki, Azərbaycan-BƏƏ münasibətləri düşünülmüş, uzunmüddətli strateji tərəfdaşlıq modelidir. Münasibətlərin tarixçəsi sübut edir ki, bu xətt ardıcıl və sabit şəkildə inkişaf edir. Bu münasibətlər təkcə iki dövlətin maraqlarına deyil, həm də daha geniş coğrafiyada sabitlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimada xidmət edən tərəfdaşlıq nümunəsinə çevrilməkdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri