Icma.az
close
up
RU
Ucuzlaşdırılan yerli məşqçilər KÖŞƏ

Ucuzlaşdırılan yerli məşqçilər KÖŞƏ

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Araz Naxçıvan”ın Elmar Baxşıyevi istefaya göndərməsi zidddiyyətli məqamdı.

Xeyli vaxt idi ki, Baxşıyevin “qələmi qırılmışdı”. Ölkə kubokunda “Kəpəz” səddinin keçilməməsi, ardından “Qarabağ”a böyükhesablı məğlubiyyət Baxşıyevlə klub arasındakı onsuz da kövrək olan bağları qopardı. “Şamaxı” ilə oyundakı qələbə də işə yaramadı. Maraqlısı odu ki, Elmar bəyin yola salınmasıyla bağlı xəbərlər gündəmi zəbt etsə də, klub rəsmi açıqlama verməyə tələsmədi. Elə ziddiyyətlərin ən böyüyü də məhz “Araz Naxçıvan”ın rəsmi açıqlamasından sonra üzə çıxdı.
Klubun verdiyi açıqlamada qeyd olunurdu ki, Elmar Baxşıyevlə yollar qarşılıqlı razılıqla ayrılıb. Amma Baxşıyev klubun yalanına göz yummadı. Elə ilk müsahibəsindəcə “qarşılıqı razılıq” məqamını təkzib etdi. Ütəlik də təzminat məsələsi ilə bağlı ona heç nə deyilmədiyini, eyni zamanda, təzminatından vaz keçmək fikrində olmadığını bildirdi.
Belə çıxır ki, “Araz Naxçıvan” bu cür davranmaqla Elmar Baxşıyevin “nəbzini yoxlayırmış”. Əcnəbilərə milyonlar xərcləyən, dövlətin ayırdığı büdcəni sağa-sola xərcləyən Naxçıvan təmsilçisi məşqçiyə təzminat vermək məsələsi ortaya çıxanda pulunun qədrini bilib, büdcəyə qənaət etmək fikrinə düşüb. Ona görə də ictimaiyyəti aldatmağa çalışıb, guya ki, Elmar Baxşıyevlə qarşılıqlı razılıq çərçivəsində yollarını ayırdıqlarını bildiriblər.
Mən Elmar bəyin cəsarətini alqışlayıram. Yaxşı ki, abrına qısılmadı, susmağı üstün tutmadı. Elə Zaur Axundov kimi klub rəsmilərinin əl-qolunu açan da məhz bu mentallıq məsələsidi. Sanki bizim yerli mütəxəssislər klub rəsmiləri ilə münasibətləri korlamaqdan çəkinirlər. Qorxurlar ki, bu təzminat məsələsini böyütsələr, sabah onları heç kim işbirliyinə dəvət etməyəcək. Bu daşlaşmış ənənədən imtina etmək, heç bir əxlaqa və peşəkarlığa sığmayan çərçivələri dağıtmaq vacibdi. İmkan vermək olmaz ki, kimlərsə məşqçiləri alçatsın, onların haqqını yesin. Əcnəbilərin qarşısında səslərini çıxara bilməyənlər, Mutu kimi gəlmə mütəxəssislərə təzminatı son qəpiyinə kimi ödəyən klub rəsmiləri yerli məşqçiləri görəndə şirə-pələngə dönürlər, qanunları və əxlaq normalarını ayaq altına atmaqdan çəkinmirlər.
Əfran İsmayılov deyir ki, Elmar Baxşıyevin “Araz Naxçıvan”dan ayrılmasında qeyri-adi heç nə yoxdu. Şəxsən mən Əfranın yerinə utandım. Qeyri-adilik var, cənab İsmayılov. Həmin o qeyri-adilik də bundan ibarətdi ki, “Araz Naxçıvan” rəhbərliyi ictimaiyyətə yalan məlumat verir, çalışdırıcı ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını deyir. Sonra məlum olur ki, klub Elmar Baxşıyevə təzminat verməyibmiş, heç bu haqda söhbət belə açmayıblar.
Çox istərdim ki, Elmar bəy geri çəkilməsin, sona qədər haqqını tələb etsin və “Araz Naxçıvan”dan haqq etdiyi təzminatı alsın. Qoy başqalarına da dərs olsun. Necə ki, “Karvan-Yevlax” da özünü çıxılmaz vəziyyətə salıb. Hətta çıxılmazdan da o tərəfə keçib, bu vəziyyəti biabırçılıq təyini ilə ifadə etmək olar. Özünə peşəkar deyən klub Azər Həşimova təzminat ödəməməkdən ötrü min hoqqa çıxarır, Füzuli Məmmədov da bu biabırçı vəziyyətlə barışır, adı rəsmən baş məşqçi yazılmaya-yazılmaya meydana komanda çıxarır. Qorxasan ki, sabah eyni oyun Füzuli bəyin də başına açılar. Onlar üçün nə fərqi var - qarşılarındakı Füzuli Məmmədov olsun, ya Azər Həşimov. Yerli məşqçidisə, başından vurub, təzminatını verməmək olar.
Çox təəssüf edirəm ki, Nazim Süleymanovun bir neçə il bundan əvvəl müəlliflik etdiyi ideyanı sona qədər həyata keçirmək mümkün olmadı. Nazim bəy futbolçuların hüquqlarını qoruyacaq bir təşkilat yaratmaq arzusundaydı. Amma nə futbol veteranlarından, nə də futbolçu və məşqçilərdən lazımınca dəstək gördü. Arzuladığı təşkilatı tam formalaşdıra bilmədi. AFFA-nın təzyiqi ilə susmağa üstünlük verən futbol adamları indi özləri pis vəziyyətə düşüblər. Klublar yerli mütəxəssislərə ucuz və hüququnu bilməyən işçi qüvvəsi kimi baxır, kefləri istəyəndə onları təzminat vermədən işdən qova da bilirlər.
Ümid edirəm ki, yavaş-yavaş yerli mütəxəssislər də qəflət yuxusundan oyanacaqlar, öz hüquqlarını öyrənib, haqlarını tələb edə biləcəklər. Əvvəlcə özün özünə hörmət etməlisən ki, başqaları da sənə hörmət qoysun. Yerli məşqçilər bundan sonra həmin prinsipi unutmamalı, özlərinin ucuzlaşdırılmasına imkan verməməlidilər.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Yanvar 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri