Icma.az
close
up
RU
Deputat: Azərbaycanda idmanın inkişafı sistemli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir

Deputat: Azərbaycanda idmanın inkişafı sistemli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənab Prezident İlham Əliyevin ölkə idmanına və idmançılarına olan diqqəti və qayğısı Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdirilməsində, yeni və möhtəşəm idman saraylarının inşasında, ayrı-ayrı idman növlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin ayrılmasında, həmçinin idmançı gənclərin inkişafı üçün hər cür şəraitin yaradılmasında özünü təcəssüm etdirir. Xüsusilə gənclərimizin idmana cəlb edilməsi, onların sağlam inkişafı, cəmiyyətə və dövlətə yararlı və layiqli vətəndaş kimi yetişdirilməsi ölkə başçısının qarşısına qoyduğu əsas məsələlərdən hesab olunur.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. 
Onun sözlərinə görə, bu gün gənclərimizin fiziki gücə sahib olması, eyni zamanda cəmiyyətə faydalı və vətənpərvər ruhda yetişməsi həm ölkə başçısının, həm də xalqımızın illər ərzində çəkdikləri əziyyətin nəticəsidir: "Belə bir əziyyətin nəticəsi olaraq biz, xalqının və gənclərinin gücünə söykənən qüdrətli dövlətimizin olmasını bütün dünyaya sübut etmişik.
Bakı şəhərində ən müasir idman infrastrukturları, idman kompleks və zalları inşa edilmiş və bu quruculuq işləri hələ də davam etdirilir. Ötən illərdə Bakıda mötəbər Avropa Oyunlarının, eləcə də İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bundan başqa, təkcə Bakıda yox, həmçinin ölkənin bir çox iri rayon və şəhərlərində də idmanın inkişafı məqsədilə müxtəlif komplekslər inşa edilib, fəal gənclər həmin komplekslərdən istifadəyə cəlb ediliblər". 

O qeyd edib ki, 2025-ci il Azərbaycan idmanı tarixində ən uğurlu dövrlərdən biri kimi yadda qalıb. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal ölkədə idmanın inkişafının sistemli və məqsədyönlü dövlət siyasəti nəticəsində mümkün olduğunu açıq şəkildə göstərir: "2024-cü illə müqayisədə nəticələrin daha da yaxşılaşması idmana göstərilən diqqətin, maliyyə və institusional dəstəyin davamlı xarakter daşıdığını təsdiqləyir.

Azərbaycanda idmanın inkişafı strateji dövlət siyasəti kimi formalaşıb. Son illər ərzində idman infrastrukturu faktiki olaraq yenidən qurulub, regionlarda müasir Olimpiya İdman Kompleksləri istifadəyə verilib. 2025-ci ildə Gəncə və Yevlaxda iki yeni kompleksin açılması ilə bölgələrdə bu cür obyektlərin sayı 46-ya çatıb ki, bu da gənclərin idmana cəlb olunması üçün bərabər imkanlar yaradır. Yaradılan şərait gənc nəslin sağlam böyüməsinə, peşəkar idmançıların yetişməsinə və kütləvi idmanın genişlənməsinə xidmət edir.

İdman eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi yaradır, idmançıların məsuliyyətini artırır və onları müzəffər xalqın layiqli nümayəndələri kimi çıxış etməyə təşviq edir. Sağlam bədən və sağlam ruhun vəhdəti ölkənin davamlı inkişafının əsas şərtlərindən biri kimi təqdim olunur".

Deputat söyləyib ki, beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın artan potensialını nümayiş etdirir: "MDB ölkələrinin III Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkil olunması regionların inkişaf səviyyəsini və qonaqpərvərliyini dünyaya göstərdi. İlk dəfə Bakıda keçirilən UFC turniri, eləcə də Formula 1 yarışları Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da möhkəmləndirdi, ölkənin tanıdılmasına və turizmin inkişafına mühüm töhfə verdi.

Qış idmanı sahəsində də mühüm addımlar atılır. Qusarda, Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın beynəlxalq qış idmanı təqviminə daxil olmasını təmin edir. Bu, həm idmanın şaxələndirilməsi, həm də regionlarda məşğulluğun və turizmin artması baxımından böyük əhəmiyyət daşıyır.
İdman siyasəti sağlam cəmiyyətin formalaşmasına, gənclərin düzgün tərbiyəsinə, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Dövlət tərəfindən idmançıların və mütəxəssislərin mütəmadi şəkildə qiymətləndirilməsi isə bu sahədə motivasiyanı daha da gücləndirir və gələcək uğurlar üçün möhkəm zəmin yaradır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Yanvar 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri