Icma.az
close
up
RU
Yaxın Şərq saatı, yoxsa... İsrail və İran arasındakı atəşkəs hansı sualları cavabsız qoydu?

Yaxın Şərq saatı, yoxsa... İsrail və İran arasındakı atəşkəs hansı sualları cavabsız qoydu?

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan edib. Daha sonra hər iki ölkənin mediası atəşkəsin başladığını elan edib, lakin razılaşmanın dəqiq təfərrüatı hələlik dəqiqləşdirilməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.

İran və İsrail mediası iki ölkə arasında atəşkəsin başladığını elan edib, lakin CNN qeyd edib ki, atəşkəsin dəqiq təfərrüatı və vaxtı ilə bağlı hələ də çaşqınlıq var. ABŞ prezidenti Donald Tramp ilkin açıqlamasında bildirib ki, saat 12:00 radələrində razılaşdırılmış atəşkəs təxminən altı saat sonra başlayacaq.

Yaxın Şərq vaxtı ilə saat 12:00-dan az sonra İsrail və İran mediası atəşkəsin başlaması ilə bağlı manşetlər yazmağa başlayıb.

İranın dövlət televiziya kanalı tərəfindən idarə olunan "Press TV" xəbər verib: “Atəşkəs İranın İsrailin işğal etdiyi ərazilərə dörd dalğa hücumundan sonra başlayıb”.

Yarı-rəsmi olan "Tasnim" xəbər agentliyi isə atəşkəsin “uyğunluq mərhələsinə” daxil olduğunu yazıb.

İsrailin “Kanal 12” və “Ynet” xəbər agentlikləri də atəşkəsin qüvvəyə mindiyi barədə manşetlər dərc edib.

Çərşənbə axşamı İranın dövlət mediası atəşkəsin "tətbiq edildiyini" bildirsə də, dəqiq vaxt göstərməyib.

CNN-nin diqqət yetirdiyi məqam isə o olub ki, "İsrail hökuməti hələlik heç bir rəsmi şərh verməyib".

CNN hərbi analitiki deyib ki, əgər İsrail və İran arasında atəşkəs qüvvəyə minərsə, o, ən azı bir müddət davam edə bilər. Hərbi analitik öz nöqteyi-nəzərini belə izah edir ki, İsrail artıq öz məqsədlərinə nail olduğuna inanır, İranın isə nəfəs alması və yenidən qruplaşması üçün vaxt lazımdır.

Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Sedrik Leyton deyib ki, İsrail İranın nüvə obyektlərinə zərbələr endirmək və hava hücumundan müdafiə sistemini məhv etmək də daxil olmaqla, bir çox məqsədlərinə nail olub.

Leyton deyib ki, İran "yenidən qruplaşmaq və bundan sonra nə edəcəklərini anlamaq" üçün fürsət axtarır: "Beləliklə, bu mənada razılaşmanın ən azı bir müddət davam etməsi mümkündür".

Bu arada - atəşkəslə bağlı nikbin gözləntilər fonunda - iki ölkə arasında kövrək atəşkəsin qüvvəyə minməsinə saatlar qalmış, yerli vaxtla çərşənbə axşamı səhər saatlarında İsrail İranın ayrı-ayrı raket atışları ilə bağlı altı xəbərdarlıq edib.

CNN xəbər verir ki, İranın ölkənin cənubundakı Ber Şeva şəhərində ən azı 4 nəfərin ölümünə səbəb olan bir neçə raket atması zamanı İsraildə hava hücumu sirenləri dəfələrlə səslənib.

Bütün gecə və səhərə qədər İsrailin hava hücumundan müdafiə vasitələri gələn raketləri aşkar etdikdən sonra İsrailin hər yerində sakinlərə dəfələrlə sığınmaq əmri verilib. Bəzi sakinlər bunkerlərini tərk etdikdən az sonra yenidən sirenlər səslənərək onları geri qayıtmağa çağırıb.

Maraqlıdır ki, raket hücumları ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəs elan etməsindən sonra başlayıb.

Publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 İyun 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri