Icma.az
close
up
RU
Yaxın Şərqdə sülhün yeni mərhələsi: Azərbaycanın diplomatik rolu önə çıxır ŞƏRH

Yaxın Şərqdə sülhün yeni mərhələsi: Azərbaycanın diplomatik rolu önə çıxır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan sülh sammiti dünya miqyasında xüsusi diqqət cəlb edir. Misirin Şarm əl-Şeyx şəhərinin ev sahibliyi etdiyi bu tədbirdə Azərbaycanın da ən yüksək səviyyədə iştirakı ölkəmizin Yaxın Şərqdə sülhə töhfə verən dövlətlər sırasında yer almasının daha bir konkret təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin analitik qrupunun şərhində bildirilib.

Qeyd olunub ki, bu kontekstdə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları və Misir prezidentləri Donald Trampla Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib. Misir və ABŞ prezidentlərinin həmsədrlik etdikləri sammitə Azərbaycan da daxil olmaqla 20-dən çox ölkənin liderinin qatılması tədbirin əhəmiyyətini bir daha nümayiş etdirir.

Vurğulanıb ki, oktyabrın 9-da İsrail və Fələstinin HƏMAS hərəkatı Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün sülh planı çərçivəsində ilk razılaşmaları imzalayıb. Buna əsasən, HƏMAS bütün girovları azad etməli, İsrail isə qoşunlarını razılaşdırılmış xəttə çəkməlidir. Artıq oktyabrın 10-da İsrail ordusunun qüvvələri anklavdakı müəyyən olunmuş xətlərə ilkin çıxarılmanı başa çatdırıblar. “Haaretz” qəzetinin məlumatına görə, Qəzza zolağından xeyli sayda hərbçi çıxarılıb. Lakin qəzet yazır ki, İsrail komandanlığı geri çəkilmə xətti boyunca yerləşən bölmələrin öz təşəbbüsləri ilə hərəkət edən qüvvələrin hədəfinə çevrilə biləcəyindən narahatdır.

Bütün bunlara baxmayaraq, ABŞ Prezidenti Donald Tramp əldə olunan razılaşmaların təkcə Qəzza zolağında deyil, bütövlükdə Yaxın Şərqdə sülhə gətirib çıxaracağına əminliyini ifadə edib.

Eyni zamanda, qeyd edilməlidir ki, İsrail və HƏMAS sülhə razılıq versələr də, Yaxın Şərq Sülh Sammitində iştirakdan imtina ediblər. Fakt ondan ibarətdir ki, sülh üçün böyük dövlətlər tərəfindən ciddi addımlar atılsa da, bu məqsədə nail olmaq asan deyil.

Düzdür, oktyabrın 10-da tərəflər arasında rəsmən atəşkəs elan edilsə də, hələ də həll olunmamış bir çox məsələlər qalmaqdadır. Məsələn, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, girovların qaytarılması mərhələsindən sonra əsas prioritet HƏMAS-a bağlı bütün terror tunellərinin ABŞ rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə məhv edilməsi olacaq. Onun sözlərinə görə, İsrail ordusu HƏMAS-ın uzun illər ərzində qurduğu yeraltı infrastrukturu tamamilə sıradan çıxarmağa hazırlaşır.

HƏMAS isə hələlik silahı yerə qoymaq niyyətində deyil. Təşkilat Qəzza zolağında ikiillik müharibə nəticəsində zəifləmiş mövqelərini bərpa etməkdə maraqlıdır. “Financial Times”ın yazdığına görə, rəsmi atəşkəs oktyabrın 10-da qüvvəyə mindikdən sonra HƏMAS üzvləri mühüm nöqtələrdə hərbi nəzarəti bərpa etmək üçün bütün zolaqda sürətlə yerdəyişmələrə başlayıblar. Halbuki, Donald Trampın 20 bəndlik sülh planına əsasən, HƏMAS tərk-silah olmalı və Qəzza zolağına nəzarəti təhvil verməlidir.

İsrailin yüksək rütbəli kəşfiyyat mənbəyi “Al-Monitor” nəşrinə bildirib ki, İsrail tərəfi HƏMAS-ın tərk-silah məsələsinə əməl etməyəcəyini proqnozlaşdırır. Bundan əlavə, HƏMAS və onunla müttəfiq olan “İslami Cihad” və Fələstinin Xalq Qurtuluş Cəbhəsi kimi qruplaşmalar münaqişə həll edildikdən sonra Qəzza zolağına xaricdən nəzarət ideyasını rədd etdiklərini bəyan ediblər.

Bu fonda ekspertlər hesab edirlər ki, demilitarizasiya prosesinə və sazişin icrasına nəzarət etmək üçün ABŞ-ın himayəsi altında xüsusi sülhməramlı qüvvə yaradılmalıdır. Vaşinqton bu qüvvələrin əsas hissəsinin Qətər, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya kimi müsəlman ölkələrindən formalaşacağına ümid edir. ABŞ artıq bu prosesi koordinasiya etmək üçün İsrailə 200 nəfərlik hərbi komanda göndərib.

Beynəlxalq müşahidəçilərin fikrincə, Trampın 20 bəndlik sülh planının ikinci mərhələsi birincidən xeyli çətin olacaq. Çünki bu mərhələ HƏMAS-ın silahsızlaşdırılmasını və onun hərbi-siyasi qüvvə kimi tamamilə aradan qaldırılmasını nəzərdə tutur. İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon “Fox News”a açıqlamasında qeyd edib: “Birinci mərhələ ən asandır. İkinci mərhələ daha çətindir. Çünki ikinci mərhələdə HƏMAS silahlarını yerə qoymalıdır. Qəzza hərbsizləşdirilməlidir. Bu, çox vaxt aparacaq”.

Bununla belə, qeyd edilməlidir ki, Qəzzada sülhün təmin olunması üçün beynəlxalq ictimaiyyət siyasi iradə sərgiləyir. Yaxın Şərq Sülh Sammiti də məhz bu iradənin təzahürüdür. Dünya ictimaiyyətinin bu səylərinə nə İsrailin, nə də HƏMAS-ın qarşı çıxmağa gücü yetməz.

Sülh prosesinə töhfə verən ölkələr arasında Azərbaycan da xüsusi yer tutur. Çünki Yaxın Şərq kimi mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi tarazlaşdırılmış, müstəqil və çoxvektorlu xarici siyasət yürüdən dövlətin rolu mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan həm diplomatik fəallığı, həm də multikulturalizm və dinlərarası dialoq təcrübəsi ilə Yaxın Şərqdə sülh prosesinə real töhfə verən ölkələrdəndir. Ölkəmizin xarici siyasət strategiyası tarazlıq prinsiplərinə əsaslanır - Azərbaycan həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər saxlayır, müxtəlif dini və mədəni mərkəzlər arasında körpü rolunu oynayır.

Bu amil Bakının Yaxın Şərqdəki sülh təşəbbüslərində etibarlı tərəfdaş kimi qəbul edilməsinə imkan yaradıb. Azərbaycanın İsrail və Fələstinlə münasibətləri bunun bariz nümunəsidir: Bakı həm İsraillə strateji əməkdaşlıq edir, həm də Fələstin xalqının dövlət qurmaq hüququnu dəstəkləyir.

Azərbaycanın sülh prosesində ən böyük üstünlüyü çoxmillətli və multikultural cəmiyyət modelidir. Bakı illərdir dinlərarası dialoq və tolerantlıq mövzusunda beynəlxalq təşəbbüslər irəli sürür. Bakı Humanitar Forumu, Dinlərarası Dialoq Konfransı və Mədəniyyətlərarası Dialoq forumları kimi tədbirlər Yaxın Şərq ölkələrinin nümayəndələrini bir araya gətirir. Bu platformalar vasitəsilə Azərbaycan müsəlman ölkələri, o cümlədən Yaxın Şərqdəki dövlətlər arasında qarşılıqlı anlaşmanı və mədəni yaxınlaşmanı təşviq edir.

Azərbaycanın Yaxın Şərqdəki sülh missiyası Türkiyə ilə strateji ittifaq fonunda daha da güclənib. Ankara regionda əsas diplomatik və hərbi güclərdən biri kimi sülh təşəbbüslərində fəal rol oynayır. Azərbaycan-Türkiyə tandemi Yaxın Şərqdə ədalətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasında ortaq mövqe nümayiş etdirir.

Azərbaycanın yanaşması aydındır: Yaxın Şərqdə sülhün bərqərar olması üçün güc amili kənara qoyulmalı, diplomatiya və qarşılıqlı anlaşma ön plana çəkilməlidir. Məhz bu səbəbdən ölkəmiz ABŞ Prezidentinin sülh planını tam dəstəkləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri