Icma.az
close
up
RU
Yaxın Şərqdə sabitliyi təmin edəcək mexanizmlər hələ də yaranmayıb (ŞƏRH)

Yaxın Şərqdə sabitliyi təmin edəcək mexanizmlər hələ də yaranmayıb (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Regionda davamlı sülhün əldə olunması üçün təkcə hərbi deyil, siyasi və diplomatik səylərin də genişləndirilməsi tələb olunur".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov HƏMAS-ın İsrailin atəşkəsi pozmasını əsas gətirməklə girovların qaytarılması prosesini dayandırmasını şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, HƏMAS istənilən fors-major situasiya üçün əlində təsir imkanları saxlamaq istəyir:

"Məlumdur ki, HƏMAS assimetrik oyunçudur və onun savaş strategiyası klassik dövlət ordusunun müharibə taktikalarından kəskin fərqlənir. İsrailin yüksək texnologiyalı ağır silahları və aviasiyası var. HƏMAS daha çox partizan müharibəsi üslubunda hərəkət edir, yeraltı tunellər, qəfil hücumlar və psixoloji təsir vasitələri ilə mübarizəsini davam etdirir. Bu fərqlilik münaqişənin gedişatını daha da mürəkkəbləşdirir və uzunmüddətli barışıq perspektivlərini sual altına qoyur. Trampın son bəyanatlarından sonra İsrail baş nazirinin "HƏMAS-ı məhv edəcəyik" tərzində çıxışları, eləcə də Fələstinin Qərbi Şəriə bölgəsində həyata keçirilən əməliyyatlar, daha sonra Livan və Qəzzanın bir sıra yerlərində aparılan hərbi müdaxilələr bölgədə ciddi gərginlik yaradıb. Bu hadisələr yalnız regional təhlükəsizliklə məhdudlaşmır, eyni zamanda beynəlxalq diplomatik münasibətlərə də təsir edir. Çünki bu cür gərginliklər bir çox qlobal oyunçunun bölgəyə yönəlmiş siyasətini yenidən nəzərdən keçirməsinə səbəb olur".


Yaranmış vəziyyətdə ekspertə görə, münaqişənin yenidən alovlanması hər zaman mümkündür:

"Çünki bölgədə davam edən atəşkəs heç bir zaman daimi sülhə çevrilməyib. Fələstin dövləti mövcud olmadığı müddətcə və böyük güclər Yaxın Şərqi öz geosiyasi maraqları üçün istismar etməyə davam etdikcə burada hər an yeni savaş ocaqlarının yaranması ehtimalı qalır. Bu səbəbdən, regionda davamlı sülhün əldə olunması üçün təkcə hərbi deyil, siyasi və diplomatik səylərin də genişləndirilməsi tələb olunur. Müasir dövrdə bölgədə mövcud olan sərhədlər və idarəetmə modelləri imperialist güclərin XIX-XX əsrlərdə çəkdiyi xətlərin nəticəsidir ki, bu da sabitliyi pozan əsas amillərdən biri kimi qalır. Bugünkü reallıq ondan ibarətdir ki, beynəlxalq sistem Yaxın Şərqdə sabitliyi təmin edəcək mexanizmləri hələ də yaratmayıb. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də bölgədə yeni gərginlik ocaqlarının yaranması qaçılmazdır".

Qeyd edək ki, HƏMAS İsrailin Qəzza zolağında atəşkəs razılaşmasını pozmasını əsas gətirərək girovların azad edilməsini dayandırıb. Bu barədə İzzəddin əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Ubeydə məlumat yayıb. Bildirilib ki, buna səbəb İsrailin atəşkəs razılaşmasını pozması olub Məsələyə İsrailin müdafiə naziri İsrail Katz da münasibət bildirib.

"Bu bəyanat atəşkəs razılaşmasının və girovların azad edilməsi ilə bağlı razılaşmanın tamamilə pozulmasıdır. Mən orduya Qəzzada baş verə biləcək hər hansı prosesə və əhalinin məskunlaşdığı əraziləri qorumaq üçün ən yüksək səviyyədə hazır vəziyyətə gətirilməsini əmr etdim. Oktyabrın 7-dəki vəziyyətə qayıtmağa imkan verməyəcəyik”. ABŞ Prezidenti Donald Tramp isə HƏMAS-dan bütün girovları fevralın 15-i günortaya qədər buraxmağı tələb edib, əks halda Qəzza zolağında atəşkəs rejimi pozulacaq. "Əgər onlar şənbə günü saat 12:00-a qədər qaytarılmasa, düşünürəm ki, bütün razılaşmaları ləğv etmək vaxtı gəlib", Tramp söyləyib. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Fevral 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri