Icma.az
close
up
RU
Yaxın Şərqdə tarazlıq dəyişir: Əl Şaranın bu addımı Türkiyənin maraqlarına xidmət edir Türkiyəli politoloq şifrələri açdı

Yaxın Şərqdə tarazlıq dəyişir: Əl Şaranın bu addımı Türkiyənin maraqlarına xidmət edir Türkiyəli politoloq şifrələri açdı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Suriyada rejim dəyişikliyindən sonra ilk dəfə prezident Əhməd Əl-Şara ilə Rusiya prezidenti Vladimir Putin arasında Moskvada yüksək səviyyəli görüş keçirilib. Tərəflər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bəyan ediblər. Görüşün ən diqqətçəkən məqamı isə Rusiya ordusunun Suriyanın hərbi sisteminin yenidən qurulmasında birbaşa iştirak edəcəyi ilə bağlı razılaşmadır. Bu, Moskvanın Yaxın Şərqə yenidən qayıdışı kimi qiymətləndirilir. Suriya ilə Rusiya arasında əldə olunan yeni razılaşma regionda balansı dəyişə biləcək qədər önəmlidir. Xüsusilə də bu prosesin Türkiyə deyil, məhz Rusiya tərəfindən həyata keçirilməsi Ankaranın maraqlarına toxuna bilər. Ekspertlər hesab edirlər ki, bu addım Suriyada güc bölgüsünü yenidən formalaşdıracaq və Ankara-Moskva münasibətlərinə yeni gərginlik elementləri əlavə edə bilər.

Bu barədə Moderator.az- a danışan Dumlupınar üniversitesin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç deyib ki, yeni Suriya lideri Əl-Şaranın Moskvaya səfəri böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə,  8 dekabr 2024-dən etibarən baş verən siyasi dəyişikliklər nəticəsində Suriyada yeni bir dövlət formalaşdı və bu proseslə birlikdə ölkədə bir çox şey dəyişdi:

 “Bu, mahiyyət etibarilə Atlantik inqilabı idi — yəni ABŞ, İsrail və Böyük Britaniyanın maraqları çərçivəsində yön verilən bir dövr idi. Nəticədə Rusiya və İran Suriyadan qismən çəkilməyə məcbur oldular. Halbuki Rusiyanın bu ölkədə “Tartus”, “Hmeymim”  bazaları mövcuddur. Zaman keçdikcə bu ayrılma Rusiya ilə Suriya arasında ciddi gərginlik yaratdı. Digər tərəfdən, ABŞ və İsrail Suriyanı parçalamaq üçün əllərindən gələni etdilər. Cənubda druzları,  şimalda isə YPG və PKK terror təşkilatlarını hərəkətə gətirərək ayrı-ayrı muxtar qurumlar yaratmaq istiqamətində fəaliyyətə başladılar və Suriyanın parçalanması planı üzərində ciddi şəkildə işlədilər. Bu şəraitdə Əl-Şaaranın mövqeyində mühüm bir dönüş baş verdi. O, Rusiyanı yenidən bölgəyə dəvət edərək, ABŞ və İsrailə qarşı tarazlaşdırıcı bir qüvvə kimi hərəkət etməsini, həmçinin Suriyanın bütövlüyünü qoruyan, sabitliyi təmin edən bir güc kimi yenidən fəal rol oynamasını istəyir. Bu vəziyyət əslində Türkiyənin də maraqlarına uyğundur. Çünki Türkiyə hər nə qədər ABŞ-la müttəfiq olsa da və NATO çərçivəsində eyni ittifaqın üzvü kimi çıxış etsə də, Suriya məsələsində Vaşinqtonla razılaşa bilmir”.

Türkiyəli politoloqun fikrincə, ABŞ və İsrail Suriyanın zəif, federal əsasda parçalanmış və asılı bir dövlətə çevrilməsini istəyirlər:

“Türkiyə isə 100 illik region təhlükəsizliyi perspektivindən məsələyə yanaşır. Ankara Suriyanın vahid, unitar, milli və güclü dövlət kimi qalmasını, həmçinin oradakı terror təşkilatlarının zərərsizləşdirilərək cəmiyyətə inteqrasiya olunmasını zəruri hesab edir. Əslində Amerikanın əsas məqsədi PYD  və YPG qüvvələrini Suriyada “PKK ordusu”na çevirməkdir. Vaşinqton bu qüvvəni gücləndirərək ölkədə hakim mövqeyə gətirmək, bununla da Əl-Şaranı devirmək və yerinə qanlı keçmişi ilə tanınan, ABŞ-ın dəstəklədiyi terrorçu Məzlum Abdi dövlət başçısı təyin etmək istəyir. Türkiyə isə bunu açıq şəkildə söyləməsə də, təkbaşına Amerikaya qarşı çıxmaq gücündə deyil. Buna görə də Ankara müəyyən mənada məcburiyyət qarşısında qalaraq Rusiyanın dəstəyinə ehtiyac duyur. Əl-Şaranın hakimiyyətdə qalması və terror təşkilatının əlində olan, ABŞ tərəfindən təlim keçmiş təxminən 100 min nəfərlik silahlı qüvvənin zərərsizləşdirilməsi üçün Türkiyə Rusiyanın hərbi dəstəyini zəruri hesab edir. 

Türkiyəli politoloq hesab edir ki, Əl-Şara Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət edir və Rusiyanın Suriyada ordu quruculuğunda yenidən fəal rol oynamasını məhz bu məqsədlə istəyir:

 “Bu vəziyyət Türkiyənin də maraqlarına uyğundur. Çünki Rusiya, baxmayaraq ki, hadisələrə fərqli baxış bucağından yanaşır, yenə də Ankara ilə müəyyən məsələlərdə ortaq mövqedə birləşə bilən bir dövlətdir. ABŞ və İsrail isə Suriyada Türkiyəyə qarşı yönəlmiş bir ordu və hökumət formalaşdırmağa çalışırlar. Buna görə də Rusiyanın bölgəyə qayıtması və Suriya ordusunun yenidən qurulmasında aktiv rol alması həm Əl-Şaranın, həm də Türkiyənin maraqlarına uyğun gəlir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Oktyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri