Icma.az
close
up
RU
Yaxın Şərqə səfər: Kartların yenidən bölünməsində Ankara və Bakının yeri

Yaxın Şərqə səfər: Kartların yenidən bölünməsində Ankara və Bakının yeri

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq turnesini bölgədə güc balansının ciddi şəkildə dəyişdirərək yenidən dizayn olunması baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bunun üçün səfər zamanı keçirilən görüşlərə, verilən bəyanatlara, mesajlara diqqət yetirmək yetər. 

Birincisi, Trampı ilk ABŞ-nin üzləşdiyi iqtisadi böhran fonunda Səudiyyə Ərəbistanı və Qətərlə imzaladığı iki milyarda yaxın saziş müqaviləsi baxımdan uğurlu hesab etmək olar.

İkincisi, geosiyasi baxımdan bu səfəri Yaxın Şərqin yenidən dizayn olunmasında kartların bölünməsi baxımdan ciddi dönüş nöqtəsi hesab etmək olar.   

Trampın Yaxın Şərqi yenidən dizayn etmək, mövcud oyunçular qismində çıxış edən İranı, Rusiyanı, Avropanı və Çini sıxışdırıb çıxarmaq üçünsə yeni oyunçulara ehtiyacı var. Trampın Yaxın Şərqin yenidən dizayn olunmasında və kartların bölünməsində əsas rolu Türkiyəyə vermək niyyətindədir. 

Trampın Səudiyyə Ərəbistanında, Suriyanın yeni prezidenti Əhməd Əş-Şaraa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla keçirdiyi görüş bunun bariz nümunəsidir. Bu görüş Trampın  Ankaranı Yaxın Şərqin əsas oyunçu qismində görmək istədiyinin dünyaya mesajı idi. 

Trampın Ankaranı Yaxın Şərqin yenidən dizayn olunmasında əsas oyunçu qismində görməsinin ciddi əsasları var.

Ankara ABŞ-nin 14 ildə Suriyada Əsəd rejimin devrilməsi ilə bağlı planın ən qısa zamanda və ciddi böhranlar yaşanmadan hakimiyyətin ötürülməsini uğurla həyata keçirməsi, həmçinin hakimiyyətə gələn qüvvənin beynəlxalq aləm tərəfindən qəbul edilməsi baxımdan ciddi nəticələrə imza atdı.

Ankara Əsəd rejimini devirməklə, həm də Ağ Evin Yaxın Şərqdəki ciddi geosiyasi rəqibləri olan Rusiya, İran, Çin və Fransanı tam olmasa da, bu güclərin təsir imkanlarının minimuma endirilməsində əhəmiyyətli rol oynadı.

Tramp Suriyanın yeni rəhbəri Əhməd Əş-Şaraa ilə görüşməklə, digər güclərlə yanaşı, həm də İsrailə mesaj verdi ki, bu, bizim adamımızdır, diqqətli və ehtiyatlı olun.

Odur ki, bundan sonrakı mərhələdə Ankaranın təkcə Suriyada deyil, eyni zamanda bütövlükdə Yaxın Şərqdəki proseslərdə daha ciddi rol alacağının şahidi olacağıq. 

Trampın istəyi Ankaranın iştirakı ilə Yaxın Şərqdə sabitliyin yaranması, həmçinin müttəfiqi İsraillə ərəb ölkələri arasında normal münasbətlərin yaranmasına nail olmaqdır. Ona görə də Tramp Əş-Şaraanı nəinki Suriyada, bütövlükdə bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunması məqsədilə ciddi addımlar atmağa çağırıb.

İsraillə normal münasibətlər qurub “İbrahim Sazişi”nə qoşulmaq.

Dəməşq-Təl-Əviv münasibətlərinin normallaşması isə iki halda mümkündür. Birincisi, İsrailin işğal etdiyi Suriya torpaqlarından çəkilməsi, yaxud da Dəməşqin həmin ərazilərin itkisi ilə hesablaşması nəticəsində mümkündür. Ərazilərin itkisi ilə hesablaşmaq isə Əş-Şaraa hökumətinin reytinqinə ciddi zərbə olar. Münasibətlərin qurulması isə ancaq hansısa kompromislər nəticəsində mümkün ola bilər.

Burada digər mühüm məsələ Türkyənin Suriya üzərindəki dominantlığıdır. Tramp İsraillə Türkiyə arasındakı böhranın aradan qalxmasına, ortaq məxrəcin tapılmasına cəhd edəcək. Burada Bakının rolundan daha geniş formada istifadə edilməsi də nəzərdə tutulur.

- Bütün xarici silahlı qruplaşmaların ölkəni tərk etməsi:

Burada əsasən İrana bağlı “Hizbullah”, HƏMAS, “Hüseyniyyun” və digər qruplaşmalar nəzərdə tutulur. Təbii ki, Ankara da bundan faydalanaraq Suriyada PKK/YPG/PYD-nin özünü buraxıb tərksilah etməsinə çalışacaq.

- İŞİD-in yenidən canlanmasının qarşısını almaqda ABŞ-yə yardım etmək;

- Şimal-şərqi Suriyadakı İŞİD saxlanma mərkəzlərinə görə məsuliyyəti üzərinə götürmək. İŞİD məsələsində Ağ Evlə Ankara arasında hər hansı fikir ayrılığı olmadığından sıx birgə əməkdaşlıq olacaq.

Ankaranın Yaxın Şərqdə siyasi, hərbi, iqtisadi cəhətdən rolunun artması Türkiyənin ciddi regional və qlobal gücə çevrilməsinə yeni fürsətlər yaradacaq. 

Bu məqamda onu da qeyd etmək lazımdır ki, Ankaranın rolunun artması, Bakı üçün regional oyunçu rolunun artması baxımdan yeni fürsətlər yaradır. Bakı Türkiyə ilə İsrail arasında dialoqun inkişafına mühüm vasitəçilərdən biridir və növbəti mərhələdə rolunu daha da gücləndirə bilər.

Azərbaycan Suriyanın yenidən qurulması prosesində yaxından iştirak etməklə Yaxın Şərqdə sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın yaranmasına öz töhfəsini verə bilər. Bakının belə bir təcrübəyə malikdir. Azərbaycan Türkiyədə ən böyük xarici investorlardan biridir, həm də İsraillə Aralıq dənizində birgə layihələrin icrasında iştirak edir. 

Azərbaycan hakimiyyət dəyişikliyindən sonra Suriya ilı sıx əməkdaşlıq münasibətlərində olmaqda maraqlı olduğunu bəyan edib və hazırda Bakı ilə Dəməşq arasında intensiv danışıqlar gedir. 

Bakı təkcə fəaliyyətini Suriya ilə tamamlamaq niyyətində deyil, digər Yaxın Şərq ölkələri ilə sıx təmaslarda maraqlıdır. Son günlərdə Azərbaycanın xarici diplomatiya idarəsinin rəhbərinin Yaxın Şərq ölkələrinə səfərləri bunun bariz nümunəsidir. Bakın Yaxın Şərq və Şimali Afrika ölkələri ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması yürüdülən xarici siyasətin əsas priorotetini təşkil edir.

Bakının bu addımları da Ağ Ev tərəfindən təqdir edilir və dəstəklənir. Ona görə də Yaxın Şərqin yenidən dizayn olub kartların bölünməsində Bakının da payı olacaq və bu qaçılmazdır. Ağ Evin yeni administrasiyası da Bakının Yaxın Şərqdəki proseslərdə yaxından iştirakına “yaşıl işıq” yandıracaq və dəstək verəcək.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 May 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see136

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see123

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see120

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see119

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see119

“Arsenal”ın futbolçusunun toy Fotoları

28 İyun 2025 09:38see118

Bu ölkədə təyyarə qəzaya uğradı Pilot öldü KONKRET

28 İyun 2025 10:08see118

PSJ dən “Lion” dəstək jesti

28 İyun 2025 09:42see117

Xoren Ovannisyan: II Qareginin iki qadından övladları var

28 İyun 2025 10:40see116

İki məşhur aktyor 24 ildən sonra yenidən görüşüb

28 İyun 2025 09:59see115

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see115

Lerikdə qardaşlar qonşunun arvadını döydülər

28 İyun 2025 19:22see114

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see114

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see114

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see113

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see112

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see112

Rusiya taktikasını dəyişir: Kiyev yenidən əsas hədəfə çevrilir

28 İyun 2025 20:29see112

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see111

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri