Icma.az
close
up
RU
Yaxşılıq gec tez qalib gələcək Nağıllar dünyasının uşaqlara öyrətdiyi gerçəklik

Yaxşılıq gec tez qalib gələcək Nağıllar dünyasının uşaqlara öyrətdiyi gerçəklik

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Nağıl danış mənə!" Çox uşağın gecə yuxuya getməzdən əvvəl analarından istəyidir bu. Amma çox vaxt bu sadə istək təkcə uşağa deyil, onu danışan böyüyə də ünvanlanır. Çünki nağıl həm uşağın təxəyyül dünyasını bəsləyən fantaziya, həm də böyüyün yaddaşının dərin qatlarına toxunan bir çağırışdır. Nağıl mifdir, folklordur, milli-genetik kodumuzun əks olunduğu prosesdir. Amma o, həm də bir uşaq şirinliyi, bir xalqın həyat fəlsəfəsidir.

Oxu.Az "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir.

Hər hekayənin fonunda cəmiyyətin sualları, vicdanın səsi, yaddaşın çəkisi gizlənir. Məhz bu səbəbdən nağıl nə vaxtsa yalnız uşaqlar üçün deyildi, həm də böyüyən insanın yol yoldaşı idi.

Nağıllar bütün duyğu orqanlarını, yaradıcı işarələri işə salır, balacaların hələ kamilləşməmiş potensial imkanlarını bir araya cəm edib fərqli estetik çevrə yaradır. Bəlkə də nağıllar uşaqların estetik dünya ilə ilk təmasıdır. Təhtəlşüurda yer almış nağıl personajları oradan rəsmə, yazıya, yaxud musiqi notlarına köçürülməklə balacaların mənalar dünyasını yaradır. Onlar özünü kiməsə bənzədərək böyüyür, xəyallarındakı qəhrəmana doğru yol alırlar.

Böyüklər üçün fəlsəfə

Nağıllar ikili struktura malikdir: səthdə uşağı əyləndirən sadə süjet, dərinlikdə isə böyüyü düşündürən simvolizm. Bu ikili təbiət onları həm əyləncəli, həm də təlimverici edir.

Məsələn, Cırtdan - balaca, zəif, amma məğlubedilməz, əslində uşaq gözü ilə qəhrəman, böyük üçün isə ağıl və cəsarətin təcəssümüdür. Divin nəhəngliyi fiziki qorxunu, Cırtdanın cəsarəti isə mənəvi gücü simvollaşdırır. Burada çatdırılan əsas mesaj sadədir: ölçü və görünüş yox, mahiyyət və düşüncə qalib gəlir.

"Tülkü və keçi" nağılında da bu simvolizm açıq görünür. Tülkü ağlı, hiyləni, keçi isə sadəlövhlüyü və saf niyyəti təmsil edir. Amma həyatın sərt qanunları nağılda öz yerini tapır: ağıllı xilas olur, saf niyyətlə hərəkət edən isə cəzalanır. Bu, uşağa "ehtiyatlı ol" deməkdirsə, böyüyə "yalnız niyyət kifayət etmir, düşünmək də lazımdır" mesajıdır.

Xalqın özü ilə apardığı dialoq

Azərbaycan xalq nağılları sadəcə əyləncə vasitəsi deyil, xalqın özü ilə apardığı dərin bir dialoqdur. Onlar xalqın mənəvi dəyərlərini qoruyur, formalaşdırır və ötürürlər.

Nağılın sonunda deyilən "Göydən üç alma düşdü..." ifadəsi isə şirin bir epiloq yox, bir dünya baxışıdır. Hər alma bir gerçəkliyi təmsil edir:

- Ədalət mümkündür;

- Yaxşılıq gec-tez qalib gələcək;

- Sevgi qorxudan güclüdür.

Bu mesajlar uşağın zehnində toxum kimi səpilir, illər sonra çiçək açır. Nağıl dünyası həm də əxlaqi sınaq meydanıdır. Burada qəhrəmanlar qarşısında həmişə seçim var: haqla nahaqqın, ağıl ilə gücün, sədaqətlə xəyanətin mübarizəsi.

Bu seçimlər real həyatda da qarşımıza çıxır. Nağıl bizə hazır cavab vermir, yalnız yön göstərir. O, mühakimə etməz, düşündürər. Qadın obrazları isə nağıllarda xüsusilə güclü və çoxşaxəlidir. Ana - şəfqət, nənə - hikmət, cadugər - qorxu və sirr, ağıllı qız - dəyişimin açarıdır. Bu obrazlar qadının cəmiyyətdəki və ailədəki müxtəlif rollarını və potensialını əks etdirirlər.

Rəqəmsal dövrdə klassik nağılın dirənişi

Bu gün uşaqlar ekran, smartfon, planşet qarşısında böyüyür, süni intellektlərlə ünsiyyət qururlar. Amma nağıl hələ də uşaq təxəyyülünün doğma dilidir. Sadəcə, böyüklər nağıl danışmağı yaddan çıxarıblar. Halbuki nağıl yalnız uşaq üçün deyil, ailənin iç ünsiyyətidir.

Uşaq psixoloqları da bunu təsdiqləyir: nağıl həm tərbiyə, həm bağ yaratmaq vasitəsidir. Valideyn nağıl söylədikcə uşaqla danışır, ona öz iç dünyasını, qorxularını, ümidlərini, dəyərlərini ötürür. Bu baxımdan, nağıl həm tərbiyə metodudur, həm də sevgi dilidir.

Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova da deyir ki, nağıl yazan da, onu danışan da inanır ki, bununla uşaqlara tərtəmiz bir dünya yaradır: "Bu yaradıcı aləmdə böyüyən uşağın təfəkkür üfüqləri geniş, zəngin olacaq. Digər məsələ də var. Nağılla başlanan yolçuluq özündə yaddaş kodlarını daşıyacaq qədər sakral olacaq. Çünki "mifopoetik təfəkkürdən çağdaş zamana keçid mərhələsinin ən etibarlı məxəzidir nağıllar. Y.V.Çəmənzəminli demiş, "bu mədəniyyətin əsrarını bilmək üçün nağıl və əfsanələri unutmamaq lazımdır".

Nağıl - xalqın vicdan səsi

Nağıl xalqın vicdan səsi, tarixin poetik yaddaşı, əxlaqın kodlaşdırılmış formasıdır. Nağıl danışmaq xatırlamaq, ötürmək və qorumaq deməkdir.

Nağılların sonu həmişə yaxşı bitir. Haqq, ədalət, sevgi qələbə çalır. Bəlkə ona görə ki, uşaqlar qaranlıqdan qorxurlar, onlar üçün işıq, çıxış yolu həmişə olmalıdır. Nağıllarımızdakı "işıq gələn, yoxsa it hürən tərəf" ziddiyyətinin uşaqların xeyrinə həll olunmasının sirri də elə bundadır. Çünki onlar belə olacağına inanırlar! Qoy hər kəs inansın və onun həyat nağılı işıqlı olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri