Icma.az
close
up
RU
Yay aylarında qida zəhərlənməsi riskləri artır: Ekspertdən vacib tövsiyələr KONKRET

Yay aylarında qida zəhərlənməsi riskləri artır: Ekspertdən vacib tövsiyələr KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında temperaturun artması ilə qida zəhərlənmələrinin sayı da yüksəlir.

Qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov KONKRET.az-a verdiyi açıqlamada bildirir ki, isti hava bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Xüsusilə 25-45°C temperatur aralığında, ən çox da 37°C-də mikroorqanizmlərin fəaliyyəti artır ki, bu da bir sıra qidaların tez xarab olmasına və sağlamlıq üçün təhlükə yaratmasına səbəb olur.

Ekspert qeyd edir ki, zəhərlənməyə yol açan əsas səbəblərdən biri “soyuq zəncirin qırılması”dır. Məsələn, soyuducuda saxlanmalı olan məhsullar — ət, süd məhsulları və hazır salatlar — daşınma və satış zamanı isti şəraitdə saxlanıldıqda bakteriyaların artması riski çoxalır. Əgər soyuducunun temperaturu 4°C-dən yuxarı qalxarsa, mikroblar aktivləşir.

Açıq havada uzun müddət saxlanılan və ya yeyilən qidalar da təhlükə mənbəyi ola bilər. Toy, piknik və digər tədbirlərdə süfrəyə qoyulan yeməklər saatlarla isti havada qalarsa, bakteriyaların çoxalması daha da sürətlənir. Xüsusilə mayonezli salatlar, kremli şirniyyatlar və çiy məhsullar bu baxımdan daha risklidir.

Fərid Səfərov yay aylarında ən çox zəhərlənməyə səbəb olan məhsulları belə sıralayır:

Süd və süd məhsulları

Ət, toyuq və balıq məhsulları

Mayonezli və yumurtalı salatlar

Kremlə və südlə hazırlanan şirniyyatlar

Küçə yeməkləri

Qida təhlükəsizliyini təmin etmək üçün ekspert aşağıdakı tövsiyələrə əməl etməyi vacib sayır:

Soyuq zənciri qoruyun.

Yeməklər otaq temperaturunda 2 saatdan çox saxlanmamalıdır.

Təzə bişmiş yeməyi tez soyudub, soyuducuya yerləşdirin.

Əllərinizi tez-tez yuyun.

Qatıq, ayran, dondurma və digər tez xarab olan məhsulları küçədən almayın.

Təkrar qızdırılan yeməklərə qarşı ehtiyatlı olun.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 İyun 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see244

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see234

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see217

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see211

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see209

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see198

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see193

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see182

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see153

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri