Icma.az
close
up
RU
Yazı adamı

Yazı adamı

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzən insanı tanımaq üçün illər yetmir, amma bəzən bir masa, bir redaksiya, bir iş yeri kifayət edir. Elə insan var ki, onu bir baxışda, bir sükutda, bir davranışda anlayırsan və bilirsən ki, bu adam kimdir, nə düşünür, necə yaşayır... Bu insanlar arasında elmin belə izah edə bilmədiyi ruh bağlılığı var. Haqqında danışacağım Nəzirməmməd bəylə belə bir ruh bağlılığını onu tanıdığım ilk gündən gördüm.

Mən Nəzirməmməd Zöhrablı ilə "Vətəndaş Həmrəyliyi" qəzetində bir yerdə işləmişəm. Elə o mühitdə gördüm ki, sadəliyin, səmimiyyətin və peşə məsuliyyətinin nadir bir vəhdətini özündə daşıyır. Yazıya oturanda sanki son dəfə yazırmış kimi, bütün varlığı ilə mətndə yaşayır, yazdığı sözü duyur, yazını hiss edir.

Hər dövrün öz adamı, hər peşənin öz daşıyıcısı olur. Amma "yazı adamı" anlayışı bu çərçivələrin heç birinə sığmır. "Yazı adamı" həyatla üz-üzə qalır, cəmiyyətin ağrısını, sevincini, vicdanını öz sözünə daşıyır. Nəzirməmməd Zöhrablı da həmin adamlardandır, səs-küysüz, nümayişsiz, amma sözün içində yaşayan YAZI ADAMI.

O, sakit danışır, amma düşündürür. Səsi yüksəlmir, amma fikri uzağa gedir. O, həm sözə, həm insana, həm də məsuliyyətə münasibəti ilə seçilir. Jurnalistliyi peşə kimi deyil, daxili nizam, əxlaq və borc kimi dərk edir.

Onunla birgə işləyən hər kəs eyni fikirdədir: Nəzirməmməd bəy insanlara diqqətli, işinə vicdanla yanaşan, yaxşı yol yoldaşı və etibarlı dostdur. Onunla söhbət həm redaktorun tələbkarlığını, həm də dostun anlayışını yaşadır.

Əslində, Nəzirməmməd bəyin həyat yolu elə bir tale seçimidir. Ailəsi onun həkim olmasını istəyib. Uşaqlıqdan kitablara, yazıya meyli güclü olsa da, valideynləri oğullarını ağ xalatda görmək arzusunda idilər. Zaman keçdi və bu ailə arzusu başqa bir şəkildə gerçəkləşdi. Bu gün Nəzirməmməd bəyin qızı atasının əvəzindən babasının yarımçıq qalan arzusunu gerçəkləşdirib - o, Tibb Universitetini bitirib, həkimdir.

Beləcə, ailə bir tərəfdən söz, bir tərəfdən şəfa ilə insanlara xidmət edir. Nəzirməmməd bəy isə insanlara təskinlik verəcək yerin xəstəxana deyil, yazı masası olduğuna inandı. Qələmi onun üçün həm şəfa idi, həm də ümid. Elə bu inam onu jurnalistikaya gətirdi.

1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Nəzirməmməd bəy elə həmin ildən etibarən ölkə miqyaslı "Odlar Yurdu", "Respublika", "Panorama", "Yeni Zaman", "Vətəndaş Həmrəyliyi", "Xəzər" qəzetlərində, AzTV və ANS TV telekanallarında müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Sabiq özəl "Loğman" Tibb Texnikumunun mətbuat xidmətinin rəhbəri, Söz Azadlığını Müdafiəsi Fondunda (SAMF) layihələr üzrə koordinator, Mədəniyyət Nazirliyi "Xatirə" kitabı redaksiyasında redaktor, "Qaynar TV"də redaktor kimi fəaliyyət göstərib.

Yüzlərlə publisistik məqalənin, "Üçrəngli bayrağa bürünmüş şairə", "Hər yarpaq bir sözümüz", "Gözlər yoldan yığılarmı..." və "İgid ömrü" kitablarının müəllifi, "Həsən bəy Zərdabi və "Əkinçi", "Şuşa və Ağdamın Turizm Potensialı", "Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabının həmmüəllifidir.

Amma bütün bu statistik məlumatlar son 30 ildə Azərbaycan jurnalistikasında, söz və haqq davasında Nəzirməmməd Zöhrablı məqamının yalnız bir görüntüsüdür. Yazılarının birində özü deyir ki, "Jurnalistlik təkcə yazmaq deyil, yazdıqlarının məsuliyyətini daşımaqdır". Bu, onun həyat fəlsəfəsidir. Hər yazısında bir məsuliyyət, bir vicdan nəfəsi duyulur. Onun qələmi ucadan danışmaz, amma dediyini yadda saxladar.

Bu gün Nəzirməmməd bəy 60 yaşına çatır. Amma o, bu yaşa titullarla, təltiflərlə, təmtəraqla yox, halallıq və mənəvi zənginliklə gəlib. Onun üçün "peşə" dolanışıq deyil, mövqe və düşüncədir.

Nəzirməmməd bəyin yazılarında pafos yoxdur, amma inam var, ülvilik var və sükutun içində sədaqət var.

Həm yaradıcılığında, həm həyat tərzində bir prinsip dəyişməzdir: ləyaqət, dürüstlük, mənəviyyat. Bu üç dəyər onun xarakterini də, münasibətini də, qələmini də formalaşdırıb.

O, əqidə adamıdır - və bu gün, bəlkə də, ən çox azaldığımız keyfiyyət məhz budur. Əqidə insanı səs-küydən, yalanlardan qoruyur. Əqidə sabitlik deməkdir - hər fəsildə eyni qalmaq bacarığıdır.

Nəzirməmməd Zöhrablı yazı adamıdır, amma yazını sənət deyil, mənəvi borc sayır. Yazmaq onun üçün həm düşünməkdir, həm Vətənə xidmət, həm də öz vicdanı ilə hesablaşmaqdır.

Ona görə də onun yazıları nə zaman oxunsa, orada bir cümlə deyil, bir nəfəs, bir həyat duyulur.

Bu gün onun yubileyidir. Amma bu yazı tərif deyil, bir müşahidə, bir minnətdarlıqdır - sözə, düşüncəyə, əqidəyə sadiq qalmaq cəsarətinə görə.

Çünki o, yazı adamıdır - və yazı adamı ömrünü illərlə deyil, sözün doğruluğu ilə ölçür.

Samir ƏSƏDLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri