Icma.az
close
up
RU
Qadın və kişi niyə dost ola bilməz? Orxan Saffari yazır...

Qadın və kişi niyə dost ola bilməz? Orxan Saffari yazır...

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllifi dəqiq bilinməyən, ancaq çox dəqiq olan məşhur bir ifadə var:
“Əgər qadınla kişi dosturlarsa, onlar ya keçmiş məşuq, ya da gələcək aşiqdirlər”.
Xüsusilə Azərbaycan cəmiyyətində uzun illərdir müzakirəsi və mübahisəsi gedən, di gəl, heç bir nəticəyə də gəlmək mümkün olmayan mövzu budur:

“Qadın və kişi dost ola bilərmi?

Ənənəvi baxışlara əsasən, qadın və kişi arasındakı münasibətlər ya romantik, ya da ailəvi kontekstdə dəyərləndirilir. Bu, patriarxal və biologiyaya əsaslanan yanaşmadan doğur.

Hər şeydən əvvəl, qadın və kişinin dost ola bilməməsinin ən əsas səbəbi hər iki cinsin bir-birinə təbiətcə cinsəl maraq göstərməyə meylli olmaqlarındadır.

Konkret desək, qadınla kişinin dost olması üçün, onlar arasında dostluq münasibəti yox, bacı-qardaş, yəni hansısa müqəddəs hesab olunan dəyər anlayışı olmalıdır.

Üstəlik, belə demək olarsa, qadın təbiət etibarı ilə dost ola biləcək varlıq deyil.
Məsələn, heç kimsə kinoda, ədəbiyyatda, elə ümumən dünyada iki qadının möhkəm dostluğu haqqında nəsə eşidibmi, görübmü? Daha dəqiq, öz cinsi ilə dost ola bilməyən varlıq əks cinslə necə dost ola bilər?

Qadın təbiət etibarı ilə dəqiq varlıqdır, nə istədiyini də dəqiq bilir və hər zaman öz maraqlarını güdür. Bu baxımdan, bir qadın bir kişinin dostu yox, ailəsi, sevgilisi, ən pis halda isə məşuqəsi olmaq istəyər.

Ümumiyyətlə, qadın və kişinin dost olmağa çalışması təbiətin ziddinə getməkdir. Bu əks cinslər, əslində, bu cür amal uğrunda cəhdlər etməməlidirlər.

Digər bir məsələ, bu cür mövzuların, məhz elə bu mövzunun təfəkkür olaraq ortaya atılması liberal düşüncənin, bərabərlik ideallarının və azad münasibətlər görüntüsünün doğurduğu məhsuldur. Lakin bu ideya nə qədər “mədəni” və “inkişaf etmiş” görünsə də, mahiyyət etibarilə insan təbiətinin psixoloji və ontoloji əsasları ilə ziddiyyət təşkil edir. Bu düşüncə, əslində, bir çox sosial boşluğun, mənəvi dağınıqlığın və emosional qeyri-müəyyənliyin səbəbkarıdır.

İnsan öz bədənində və ruhunda cinsiyyətli varlıqdır. O, doğuşdan kişi və ya qadın kimi formalaşır. Bu cinsiyyət yalnız biologiyada deyil, eyni zamanda ruhi, psixoloji və ekzistensial sahədə də dərin izlər buraxır. Kişi və qadın arasındakı münasibətlərin ən təməlində qarşılıqlı cinsiyyət cazibəsi durur. Bu cazibə təkcə seksual istək kimi dar anlamda başa düşülməməlidir. Bəzən o, idealizasiya, estetik heyranlıq və ya romantik yaxınlıq şəklində də təzahür edir.

Ümumiyyətlə, dostluq yaxınlıq deməkdir. Qadın və kişi yaxın olursa, bu dostluq gec-tez emosional və ya cinsi cazibəyə çevriləcək: hətta hər iki tərəf bir-birinə bu hissləri heç vaxt etiraf etməsələr də.

Aristotel “Nikomax etikası” əsərində dostluğu üç növə ayırır:
1.Ləzzətə əsaslanan dostluq
2.Faydaya əsaslanan dostluq
3.Kamilliyə əsaslanan dostluq

Qadınla kişi dostluğu həm də insanın məqsəd yox, vasitə kimi olduğu halda alınmır. Əgər alınacaqsa, bu dostluq anlayışı varsa, ortada mütləq maneələr olmalıdır. Yəni məsələn, əgər bir qadınla kişi bir-birini məqsəq, hörmət və şəxsiyyət olaraq dəyərləndirirsə, onların münasibəti dostluq ola bilər və əxlaqi dəyər daşıyar.

Bu isə Aristotelin kamilliyə əsaslanan dostluq anlayışına aiddir.
Qadınla kişinin dost ola biləcəyi digər bir istisna hal da var:
“Əgər qadın o kişini ciddi qəbul etmirsə, bu dostluq baş tuta bilər”

Məsələn, gey kişilərlə qadınların dostluğunun səbəbi də budur. Çünki qadın qarşısındakı kişi ilə bağlı heç bir xəyal qura bilmir.
Dostluq həm fəzilətə, həm də qarşılıqlı faydaya əsaslanır.

Ancaq kişi və qadının təbii məqsədləri, təbii fəzilətləri biri-birindən kəskin şəkildə fərqlidir.
Ol səbəb, hər nə qədər ağır olsa da, həqiqət budur:
“Qadın və kişi dost ola bilməz”.

Əlbəttə, eyni zamanda bu, qadınla kişinin yalnız sevgili və ya ailə ola biləcəyi anlamına gəlmir. Dostluq münasibətlərindən də fərqli münasibətlər mövcuddur və o halda bu birləşmələr mövcud ola bilər.

Bir sözlə, “Qadınla kişi dost ola bilər” anlayışı müasir dövrün populyar, amma mahiyyətsiz klişelərindən biridir. Bu fikir, azadlıq və bərabərlik maskası altında insan təbiətinə zidd bir münasibət forması yaradır. Dostluq təmiz və səmimi münasibətdir. Amma bu münasibətin içində cinsiyyət faktoru varsa, orada heç vaxt tam neytrallıq və emosional passivlik mümkün deyil. İnsan öz təbiətinə qarşı çıxaraq azad ola bilməz.
Azadlıq öz həqiqətini qəbul etməklə başlayır.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri