Icma.az
close
up
RU
​Yazıçı olmasaydılar hansı peşəni seçərdilər? SORĞU

​Yazıçı olmasaydılar hansı peşəni seçərdilər? SORĞU

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər kəsin uşaqlıqdan qurduğu bir xəyal, olmaq istədiyi bir peşə var. Zaman keçsə də, o arzular insanın yaddaşında yaşayır. Amma həyat bəzən insanı xəyal etdiyi yoldan fərqli istiqamətə aparır və seçimlər dəyişir. 

Bəs tanınmış yazarlarımız uşaqlıqda hansı peşənin sahibi olmağı arzulayıblar? Əgər yazıçı və ya şair olmasaydılar, özlərini hansı sahədə görərdilər?

“AzPolitika” mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik.


Yazıçı Elçin Hüseynbəyli: “Uşaqlıqda mən detektiv, yaxud ona bənzər ədəbiyyat oxuyurdum. Cümşüd Əmirovun “Qara volqa” əsəri yadımdadır. Mənə çox təsir etmişdi. O zamandan indiki dildə detektiv, bizim dövrümüzdə deyildiyi kimi, “çekist” olmaq istəyirdim. Hətta kəndimizdə, məktəb yolunda şübhəli adamlar görəndə onları bir müddət izləyir, düşməni tərk-silah edir, özümdən qəhrəman obrazı düzəldirdim. Böyüyəndən sonra da o peşənin sahibi olmağı arzulayırdım, hətta Moskvada təhsil alarkən DTK-nın F.Dzerjinski adına Ali Məktəbinə də daxil olmaq fikrim vardı - ikinci ali təhsil kimi. Sonradan öyrəndim ki, bunun üçün müəyyən şərtlər lazımdır. Ona görə də mümkün olmadı. Mənə elə gəlir ki, həm daxildə yaxşı detektiv, həm də xarici ölkələrin birində uğurlu rezident ola bilərdim. Diplomat olmaq da fikrimdən keçib. Ancaq bir çatışmazlığım var: yaxşı diplomat olsam da, pis icraçıyam, çünki düşündüklərimi deməyi xoşlayıram. Gənclikdə hamı kimi mən də futbolçu olmaq istəmişəm, hətta bir müddət Moskva Dövlət Universitetinin futbol komandasına da dəvət edilmişəm, amma bir neçə məşqdən sonra imtina eləmişəm, çünki o gərginliklə təhsil bir araya sığmırdı, çox yorulurdum. Yazıçı olmaq isə həmişə canımda olub. Uşaqlıqdan şeir, hekayə, məqalə yazmışam. Nəhayət, bu peşəni tale yolu kimi seçmişəm. Deməli, yazıçılıq mənim taleyimmiş”.

Yazıçı Varis Yolçuyev:“İlk dəfə böyüyəndə kim olacaqsan sualını mənə 5 yaşım olanda bağça müəllimim Valentina Filippovna veribdir. Uşaqlığımla bağlı ən əsas fraqmentlər kimi bu da yadımdadır. Demişəm, BMT-nin baş katibi. Eşitmişdim ki, ən böyük vəzifə budur”.

Yazıçı, şair Sevinc Elsevər: “Mən uşaq vaxtı kinorejissor olmaq istəmişəm. Bu arzum pis adamların ucbatından daşa dəyib. Hitler kimi qəzəbliyəm. Və qəzəbim keçmir. (gülür) Kinoşünas olmuşam. İndi deyirəm ki, yaxşı olub rejissor olmamışam, onda daha çox ürəyim partlayardı. Yaradıcılıq enerjisini yazmaqla çıxartdım. Qələm belədir ki, öz başın, öz əlin. Nə vaxt istəyirsən yazırsan. Pul oldu yazırsan, olmadı, yenə yazırsan. Qələmdən azad nə var? Rejissorun dərdi çoxdur! Yazıçı olmasaydım, yəqin rejissorluqla məşğul olardım necəsə. Üçüncü kursda oxuyanda qısa bir film də çəkmişəm. Baş rollarda tanınmış yazarlar. Sadəcə yazı-pozuyla kompensasiya elədim. O arzunu basdırdım”.

Yazıçı, şair Cəlil Cavanşir: “Uşaqlıq arzum əvvəlcə həkim, sonra hüquqşünas olmaq idi. Zamanla bu istəklərim dəyişdi, hərbi xidmətdən sonra tərcüməçi olmağa qərar verdim. Bu sahədə də təhsil aldım. Ya zəlzələdən, ya vəlvələdən uzun illər jurnalistika ilə məşğul oldum. Daha sonra da xeyli müddət redaktor və tərcüməçi kimi fəaliyyət göstərdim. Hazırda marketinq sahəsində fəaliyyət göstərirəm. Yaradıcılıqla bağım hazırda nə vaxtsa yazdıqlarımdır. Onları da unutmağa çalışıram. Yəqin imkanım olsaydı yenə olsa yenə keçdiyim yolu keçmək istərdim”.

Oğuz Ayvaz  

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyun 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri