Yazıçı şairlər bu il başqa ölkələrə istirahətə gedəcəklərmi? SORĞU
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
İnsanların artıq başqa ölkələrə səyahət etdiklərini nəzərə alsaq, maraqlıdır, görəsən, ədəbiyyat adamları necə, başqa ölkələrə üz tutacaqlarmı?
Gununsesi.info bu barədə qələm adamlarına sorğu ünvanlayıb.
“Düzü, planda var idi, ancaq bəzi problemlər çıxdı və başqa ölkəyə yox, başqa rayona-gözəlim Şamaxıya köçməli oldum. Hələlik bu, mənimçün çox yaxşıdır. Allah necə haqdır?!”
Bu sözləri saytımıza açıqlamasında şair Şəhriyar Del Gerani deyib.
Yazıçı Vüqar Van isə artıq Gürcüstana gedib-gəldiyini bildirir:
“Bir neçə gün əvvəl qayıtdım. 10 gün Gürcüstanda qaldım, hələki indən belə başqa yerə getməyi düşünmürəm”.
Qismət Rüstəmov isə bu yay İtaliyaya gedəcəyi bildirib.
Şair Fərid Hüseyn isə, başqa ölkəyə getdiyini deyib, ancaq bu, heç də istirahət məqsədli olmur:
“Bir neçə ölkəyə getmişəm. Çox yəqin, yenə də gedəcəyəm, ancaq bu səfərlər işgüzar səfərlərdir, ədəbiyyat festevallarıdır”.
Sorğuda iştirak edən digər yazıçılar-Şərif Ağayar, Mübariz Örən, Mirmehdi Ağaoğlu isə, vaxt olduğu təqdirdə ancaq rayonda olacaqlarını bildiriblər.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















