Icma.az
close
up
RU
Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir... Jan Pol Sartr Nobel mükafatından niyə imtina edib?

Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir... Jan Pol Sartr Nobel mükafatından niyə imtina edib?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

22 oktyabr 1964-cü ildə görkəmli fransız yazıçı, filosof Jan Pol Sartr 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş, lakin mükafatdan imtina etmişdi.
Kulis.az Ülkər Nəsibbəylinin tərcüməsində Jan Pol Sartrın “Nə üçün mən Nobel mükafatından imtina etdim” bəyanatını təqdim edir.


Bu məsələ qalmaqala çevrildiyinə görə təəssüf edirəm. Mükafat verilir, amma ondan imtina edirlər.
Səbəb isə budur ki, mükafat verməyə hazırlaşdıqlarını mənə əvvəlcədən deməyiblər.
“Fiqaro literer”in 15 oktyabr tarixli sayında dərc olunan məlumatdan İsveç Akademiyasının mənim namizədliyimi daha üstün tutduğunu, lakin son qərarın hələ qəbul edilmədiyini öyrənəndə mənə elə gəldi ki, Akademiyaya məktub yazmaqla (məktubu səhərsi gün yola saldım) vəziyyəti yoluna qoya bilərəm və bu məsələyə bir daha qaldırılmamaq şərtilə birdəfəlik xitam verilər.
O vaxt mən hələ bilmirdim ki, Nobel mükafatı verilərkən gələcək laureatın fikri nəzərə alınmır.
Ona görə də düşünürdüm ki, bunun qarşısını almaq mümkündür. Lakin indi yaxşı başa düşürəm ki, İsveç Akademiyası öz seçimini etdikdən sonra qərarından imtina edə bilməz.
Akademiyaya ünvanladığım məktubda da izah elədiyim kimi mükafatdan imtina etməyimin nə İsveç Akademiyası, nə də Nobel mükafatı ilə heç bir əlaqəsi yoxdur.
Bununla bağlı məktubda iki səbəb göstərmişəm – şəxsi və obyektiv.

ŞƏXSİ SƏBƏBLƏR

Bu imtina düşünülməmiş addım deyildi, çünki mən rəsmi fərqlənmə nişanlarını heç vaxt qəbul etməmişəm.
Hökumət nümayəndələrinin arasında dostlarım olsa da, İkinci Dünya Müharibəsindən sonra 1945-ci ildə mənə təklif olunan Fəxri Legion Ordenindən imtina etdim.
Bəzi dostlarımın təkidlərinə baxmayaraq heç vaxt Kollec de Fransa daxil olmaq istəməmişəm.
Bu mövqeyimin kökündə yazıçı əməyi haqqında təsəvvürlərim dayanır.
Siyasi, ictimai, yaxud mədəni sahədə müəyyən mövqe qazanmış hər hansı yazıçı yalnız özünəməxsus vasitələrin, yəni bədii sözün köməyi ilə fəaliyyət göstərməlidir.
Hər hansı fərqlənmə nişanı onun oxucularını təzyiq altında saxlayır.
Mənim üçünsə bu qəbuledilməzdir.

“Jan Pol Sartr” və “Nobel mükafatçısı Jan Pol Sartr” imzaları arasında fərq var.

Bu cür fərqləndirilməyə etiraz eləməyən yazıçının adı, onu seçmiş assosiasiya və ya institutun adı ilə birgə çəkilir.

Mənim Venesuela partizanlarına qarşı bəslədiyim rəğbətin özümdən savayı heç kimə dəxli yoxdur.

Lakin “Nobel mükafatı laureatı Jan Pol Sartr” Venesuela müqavimət hərəkatının müdafiəsinə qalxarsa, bununla Nobel mükafatı institutunu da özüylə sürükləmiş olacaq.

Nə qədər şərəfli hesab olunsa da, yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir.

Aydındır ki, bu mənim heç də bu mükafatla fərqləndirilmiş laureatlar əleyhinə yönəlməyən şəxsi mövqeyimdir.

Mən tanımaq şərəfinə nail olduğum namizədlərin bir çoxuna böyük hörmət və heyranlıqla yanaşıram.

OBYEKTİV SƏBƏBLƏR

Hal hazırda mədəni cəbhədəki savaşın mümkün olan yeganə forması – iki mədəniyyətin – Şərq və Qərbin birgə mövcudluğu uğrunda mübarizədir.

Bununla mədəniyyətlərin mütləq qardaşlaşmalı olduğunu demək istəmirəm.

Yaxşı başa düşürəm ki, mədəniyyətlərin qarşılaşdırılmasının münaqişə forması alması labüddür.

Lakin bu qarşılaşdırma institutların müdaxiləsi olmadan insanlar və mədəniyyətlər arasında aparılmalıdır.

Şəxsən mən hər iki mədəniyyət arasındakı təzadları dərindən hiss edirəm.

Mən özüm bu ziddiyyətlərin nəticəsiyəm. İstər-istəməz sosializmə, Şərq blokuna rəğbət bəsləsəm də, mən burjua ailəsində doğulub tərbiyə almışam.

Bu da mənə iki mədəniyyətin yaxınlaşmasını istəyən hər kəslə əməkdaşlıq etməyə icazə verir.

Lakin sözsüz ki mən “ən yaxşı tərəfin”, yəni sosializmin qələbə çalacağına ümid edirəm.

Buna görə də mövcud olduqlarını yaxşı başa düşsəm də, nə Şərqin, nə də Qərbin ali mədəni insansiyalarından heç bir mükafat qəbul etmək istəmirəm.

Sosializmə tam rəğbət bəsləsəm də, kimsə gözlənilmədən mənə, məsələn, Lenin mükafatını təqdim etsəydi, bunu da qəbul edə bilməzdim.

Yaxşı başa düşürəm ki, Nobel mükafatı öz-özlüyündə Qərb blokuna məxsus deyil. Lakin mükafata artıq belə bir çalar qazandırılıb, buna görə də İsveç Akademiyasının nəzarəti xaricində müəyyən hadisələrin baş verməsi mümkün hal alıb.

Hazırda Nobelin Qərb yazıçıları, yaxud şərq "qiyamçıları" üçün nəzərdə tutulan bir mükafat hesab olunmasının səbəbi də budur.

Məsələn, cənubi Amerikanın ən böyük şairlərindən olan Neruda mükafatlandırılmayıb.

Tamamilə layiq olmasına baxmayaraq, Araqonun namizədliyi heç vaxt ciddi şəkildə müzakirə olunmayıb.

Nobelin Şoloxova yox, Pasternaka verilməsi, İsveç Akademiyasının mükafatlandırdığı yeganə Sovet kitabının vətəndə qadağan edilmiş olması faktı təəssüf doğurur.

Tarazlığı əks mənada anoloji addım atmaqla təmin etmək olardı.

Bu mükafat mənə Əlcəzairdəki müharibə zamanı mən və başqaları “121 manifestini” imzalayan zaman təklif olunsaydı, böyük minnətdarlıqla qəbul edərdim.

Çünki bununla təkcə mən yox, bütövlükdə azadlıq mübarizəsi şərəfləndirilmiş olardı.

AZADLIQ VƏ PUL

İsveç Akademiyası mükafatın mənə verilməsini əsaslandıran zaman “azadlıq” sözünü işlədib.

Bu söz müxtəlif cür yozula bilər. Qərbdə bu söz ümumilikdə azadlıq kimi başa düşülür.

Mənsə azadlığı daha konkret şəkildə - bir neçə çəkməyə sahib olmaq, iştahın çəkən qədər yemək hüququ kimi başa düşürəm.

Bu mənada mükafatı almaq mənə ondan imtina etməkdən daha təhlükəli görünür.

Mükafatı qəbul etsəydim, bu, “zərərin əvəzinin ödənilməsinə” razılıq əlaməti sayıla bilərdi.

“Fiqaro-literer”də oxudum ki, “mübahisəli siyasi keçmişimə görə günahlandırılmayacağam”.

Bilirəm ki, məqalə Akademiyanın mövqeyini ifadə edə bilməz, lakin bu razılığımın bəzi sağçı dairələrdə necə yozulacağını aydın şəkildə büruzə verir.

Hesab edirəm ki, “mübahisəli siyasi keçmiş” qüvvədə qalır, baxmayaraq ki, keçmişdə yoldaşların arasında bəzi səhvlərə yol verildiyini etiraf etməyə hazıram.
Bununla “Nobel”in “burjua mükafatı” olduğunu demək istəmirəm, lakin kifayət qədər yaxşı tanıdığım dairələrdə bu cür burjua yozumlarının ortaya atılması qaçılmazdır.

Nəhayət pul məsələsinə keçirəm: İsveç Akademiyası seçilmək şərəfinə böyük pul məbləği də əlavə etməklə laureatın boynuna ağır yük qoyur.

Bu sual mənə çox əziyyət verirdi.

Mükafatı alıb təqdim edilən məbləği fəaliyyəti vacid təşkilat və hərəkatların xeyrinə xərcləmək olardı.

Şəxsən mən Londondakı aparteid əleyhinə mübarizə komitəsi haqqında düşünürdüm.

Ortaq Prinsipləri əsas gətirməklə mükafatdan imtina etmək bu hərəkatı ehtiyac duyduğu köməkdən məhrum etmək idi.

Lakin mən bu alternativi saxta hesab edirəm. Əlbəttə nə Şərq, nə də Qərb blokuna təhkim olunmaq istəmədiyim üçün iki yüz əlli min krondan imtina edirəm.
İki yüz əlli min krona görə məndən, təkcə özümə məxsus olmayan, bütün yoldaşlarımın sadiq olduğu prinsiplərimdən imtina etməyi tələb etmək olmaz.

Bütün bunlar mükafatın mənə verilməsini də, ondan məcburiyyət qarşısındakı imtinamı da xüsusilə ağırladır.

Bu bəyanatı İsveç Akademiyasına qarşı rəğbətimi bildirməklə bitirmək istəyirəm.

Nəsimi festivalının son günü Bakıda davam edib "Sənin adın qışda qarı öpməkdi" - Günün şeiri Sondan sonra - Lətif Şüküroğlunun hekayəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri