Icma.az
close
up
RU
Yelo Bankdan bayraqla bağlı açıqlama

Yelo Bankdan bayraqla bağlı açıqlama

Icma.az, Publika.az saytına istinadən bildirir.

"Hər il Zəfər Günümüzü qeyd etmək, Vətən müharibəsi şəhidlərini anmaq və bayrağa olan sevgimizi ifadə etmək məqsədilə Baş ofisimizdən üçrəngli bayrağımızı asırıq. Bu ənənəvi aksiyamızla həm qəhrəman şəhidlərimizin xatirəsini əziz tutur, həm də tarixi Zəfər günümüzlə qürur duyduğumuzu nümayiş etdiririk".

Bu barədə Yelo Bankdan bildirilib.

Bankdan deyilib ki, noyabrın 5-i güclü külək səbəbindən səhər saatlarında bayrağımız asılan iplərdən biri qopub. Saat 07:49-da külək ipi qırıb və 07:55-də növbədə olan əməkdaşlarımız bayrağı dərhal endirərək, təhlükəsizliyi təmin ediblər:

"Bayraq ölçü və çəki baxımından kifayət qədər ağır olduğundan, onun hər dəfə quraşdırılması xüsusi texnika və hazırlıqlı bir komanda tərəfindən həyata keçirilir. Bu hadisə iş saatlarından kənar vaxtda baş versə də, növbədə olan əməkdaşlarımız öz gücünə bayrağı dərhal endirib və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Təəssüf ki, həmin bir neçə dəqiqəlik zaman çərçivəsində çəkilən bir foto ictimaiyyətə yanlış izahla təqdim edilib. Korporativ Sosial Məsuliyyətli bir təşkilat olaraq, Yelo Bank-ın şəhid və qazi ailələrini dəstəkləmək istiqamətində gördüyü işlər hər kəsə məlumdur. Təbiət hadisəsindən heç birimiz sığortalanmamışıq və məlum hadisə bizi çətin vəziyyətə salıb. Əməkdaşlarımız isə öz vətəndaşlıq borcunu dərhal yerinə yetiriblər.

Bu hadisənin yanlış anlaşılmasına görə böyük təəssüf hissi keçirir və vəziyyəti anlayışla qarşılayan hər kəsə təşəkkürümüzü bildiririk. Qəhrəman şəhidlərimizin xatirəsinə daim hörmətlə yanaşmağa davam edəcəyik!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://publika.az
archiveBu xəbər 05 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri