Icma.az
close
up
RU
Yeməyə niyə çox pul xərcləyirik: İnsan varlananda, qarnı böyümür

Yeməyə niyə çox pul xərcləyirik: İnsan varlananda, qarnı böyümür

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq mal satılıb.

Bunun 25 milyard 359,1 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür, qeyri-ərzaq mallarının satış həcmi isə 21,06 milyard manat olub.

Bu rəqəmlər göstərir ki, vətəndaşların xərclərinin yarıdan çoxu ərzağa gedir.

Bu, nə ilə bağlıdır: çox yeyirik, yoxsa ərzaq qiymətləri bahadır?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən iqtisadçı- ekspert Xalid Kəmərli bildirib ki, Azərbaycanda spirtli içkiləri də nəzərə alsaq, xərclərin təxminən 55-56% ərzaq və içkilərə yönəlir:

“Bu rəqəmlər göstərir ki, ölkəmizdə insanların sosial vəziyyəti yaxşı deyil. Çünki varlı ölkələrin statistikalarına baxdıqda görürük ki, əhalinin xərclərinin cəmi 20-30% ərzağa gedir, qalan 70-80 % isə qeyri-ərzaq mallarına və xidmətlərə sərf olunur.

Kasıb ölkələrdə isə bu göstərici 60-70% civarındadır. Azərbaycanda  spirtli içkiləri də nəzərə alsaq, xərclərin təxminən 55-56% ərzaq və içkilərə yönəlir. Bu da bizi inkişaf etmiş ölkələrlə müqayisədə daha geridə göstərir.

İnsan gün ərzində müəyyən miqdarda ət, kartof və digər məhsullar yeyə bilər. Gəlir artdıqca, bu xərclər bir qədər çoxala bilər, bəzən daha bahalı restoranlara getmək imkanı yaranar. Ancaq ümumi şəkildə baxanda, yeməyin bir limiti var, insanın pulu çoxaldıqca, iştahı və ya qarnı böyümür”.

Onun sözlərinə görə, ərzağa pul xərclədikdən sonra digər sahələrə ayırmağa vəsait qalmır:

“İnsanlar varlandıqca, əsas xərclərini yeməyə deyil, daha çox gəzintiyə, xidmətlərə, tamaşalara, konsertlərə, istirahətə və qeyri-ərzaq mallarına yönəldirlər. Kasıb insanlar isə əsasən yeməyi düşünür, ac qalmasın deyə əvvəlcə ərzağa pul xərcləyirlər.
Əslində, hər yerdə prioritet bu şəkildədir ki, əvvəl ərzaq, sonra kommunal və digər xərclər. Lakin bizdə vəziyyət fərqlidir, ərzağa pul xərclədikdən sonra digər sahələrə ayırmağa vəsait qalmır".

Ekspert qeyd edib ki, əslində yeməyə çox pul xərcləmirik, sadəcə bu məbləğ bizə çox görünür:

“Bundan başqa, adambaşına düşən ət istehlakına görə də inkişaf etmiş ölkələrdən xeyli geridəyik. Biz əslində yeməyə çox pul xərcləmirik, sadəcə olaraq kasıb olduğumuz üçün bu məbləğ bizə çox görünür, əsas səbəb də budur.

Təəssüf ki, ölkədə şəffaflığın səviyyəsi də aşağıdır. Ərzaq sektorundakı mağazalar nisbətən sənədləşmiş fəaliyyət göstərir, qəbz verilir, lakin digər sahələrdə vəziyyət daha pisdir. Bu da ümumilikdə ölkədəki iqtisadi durumu göstərir".

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri