Icma.az
close
up
RU
YENƏ YENİSEYƏ CAVAB

YENƏ YENİSEYƏ CAVAB

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Maraqlı ədiblərimizdən olan Aqşin Yenisey “Yeni Azərbaycan” qəzetinə müsahibə verib və deyib: “Türk dilinin türk dilinə təhlükə yaratdığını söyləmək üçün çox bərbad bir dünyagörüşünə sahib olmaq lazımdır”. Bu tezisinin məzmunu son günlər gedən müzakirələrdə psevdo-türkçülərin əsas yanaşma tərzi olduğundan məsələyə qayıtmağa və Yeniseyə yenidən cavab verməyə məcbur oldum.  Aqşin və bu cür düşünənlərin yanaşması, əslində, maraqlı və köklü deyil, tam əksinə, primitivdir”.

Bunu sosial şəbəkə hesabında AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı yazıb. O Aqşin Yeniseyin Yeni Azərbaycan TV-də səsləndirdiyi fikirləri yenidən şərh edib:

“Məsələ burasındadır ki, “Türk dili Türk dilinə təhlükə ola bilməz” fikri ilk növbədə məntiqi baxımdan doğru deyil, paradoksdur. Çünki təhlükənin yaranması üçün subyekt (təhlükənin mənbəyi) və obyekt (təhlükənin hədəfi)olmalıdır. Əgər subyekt və obyekt eynidirsə, o zaman təhlükə yarana bilməz, təhlükə varsa, deməli, subyekt və obyekt eyni deyil. Bu paradoks onu göstərir ki, “Türk dili Türk dilinə təhlükə ola bilməz” düşüncəsinin alt qatında Azərbaycan dilinin müstəqil dil olmaması düşüncəsi dayanır: “Azərbaycan dili yoxdur, Türk dili var, Türk dili isə vahiddir, vahid eyni anda həm subyekt, həm də obyekt ola bilməz”. Başqa sözlə, subyekt var, amma obyekt yoxdur, obyekt olmadığına görə də, subyekt özü-özünə təhlükə yarada bilməz. Amma elə təhlükə də budur!!!

Bu ölkənin bütün Aqşinləri bilməlidirlər ki, Türk dili və Azərbaycan dili arasında tarixi, mədəni və linqvistik bağlılıqlar son dərəcə güclü olsa da, hər ikisi ayrıca inkişaf etmiş müstəqil dillərdir və hər birinin özünəməxsus xüsusiyyətləri var.

Türkiyənin dövlət dili olan Türk dili və Azərbaycan dili ortaq bir mədəni və tarixi irs üzərində formalaşıb. Bu baxımdan, yəni ortaq tarixi və mədəni irsə söykənib, onu Azərbaycan dilinə təhdid hesab etməmək yanlışdır. Dilçilikdə “abstand dillər” anlayışı var. Məsələn, erməni, gürcü, yaxud yapon və dünyada bir xeyli belə dil Azərbaycan dilinə geniş miqyasda təhlükə yarada bilməz. Çünki türk mənşəli dillərlə bu dillərin strukturu eyni deyil. Lakin yaxın, hətta dil təsnifatında eyni qrupda olduğumuz üçün Türk dilinin, o cümlədən Türkmən dilinin və ya bizim Türk və Türkmən dillərinə təsir və təhdid imkanlarımız həddən artıq genişdir. Nəzəri baxımdan da məsələ belədir. Praktikaya gəlincə. 

Əvvəla, hazırda Türk Dünyasında Türk dili dominantdır. Türkiyənin istehsal etdiyi seriallar, filmlər, musiqilər və digər mədəni məhsullar Azərbaycan auditoriyası tərəfindən geniş izlənilir. Bu, xüsusilə gənc nəsil arasında Türkiyə Türkçəsinin söz və ifadələrinin gündəlik danışıq dilinə keçməsinə səbəb olur. Bu proses uzun müddət davam edərsə, Azərbaycan dilinin özünəməxsus xüsusiyyətləri zəifləyə bilər.

İkinicisi, Türkiyənin media sahəsindəki dominantlığı və texnologiya sektorundakı üstünlüyü Azərbaycan dilinə birbaşa təsir göstərir. Peyk və kabel kanalları, sosial media platformalarında Türk dilindəki məzmun geniş yayılır. Bu, Türk dilinin daha dominant mövqedə olmasına səbəb olur və Azərbaycan dilinin istifadəsini arxa planda qoyur. Türkiyə pop-mədəniyyətinin Azərbaycan gəncləri arasında populyar olması nəticəsində bəzi gənclər öz ana dilində yox, Türk dilində danışmağa üstünlük verirlər. Onların bir çoxu Azərbaycan dilini köhnəlmiş və ya qeyri-müasir hesab edərək, Türk dilini daha "prestijli" qəbul edir. Bu, dilin gələcəkdə zəifləməsinə yol aça bilər.

Üçüncüsü, dil siyasətində balanssızlıq müşahidə olunur. Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri mədəni sahədə bəzən balanssızlığa gətirib çıxarır. Məsələn, bəzi insanlar zahirən "iki qardaş dil" yanaşmasını əsas götürür, amma praktiki olaraq Azərbaycan dilinin standartlarına uyğun olmayan Türk dilinə məxsus termin və ifadələri qəbul etməyə meylli olur. Bu, dilimizin daxili harmoniyasını poza və Azərbaycan dilinin tamamilə Türk dilinə uyğunlaşdırılma riskini yarada bilər.

Nəhayət, Azərbaycan dilinin unikal inkişafı zəifləmə riski altındadır. Azərbaycan dili özünəməxsus leksikası, qrammatikası və ifadə tərzi ilə fərqlənir. Lakin Türkiyə Türkçəsinin bir dil kimi dominant olması Azərbaycan dilinin inkişafını məhdudlaşdıra və onu bir növ "Türk dilinin dialekti" kimi qələmə verilməsinə səbəb ola bilər. Ki, biz bu təhlükəni çox ciddi şəkildə görürük. Belə ki, bu günlərdə mövzu barədə LAF TV-də çıxış etmişdim və kanalın idarəçiləri çıxışın bir bölümünü kəsib ayrıca paylaşıblar. Dünən baxdığımda paylaşmaya təxminən 450 şərh yazılmışdı, onun ən azı 440-da Azərbaycan dilinin müstəqil dil olması şübhə altına alınırdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri