Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Yeni Azərbaycan Partiyası: Siyasi sabitlik, demokratik islahatlar və strateji layihələr

Yeni Azərbaycan Partiyası: Siyasi sabitlik, demokratik islahatlar və strateji layihələr

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) demokratik prinsiplərin təşviqi və dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynayır. Bu partiya ölkənin ağır böhran dövründə xalqın taleyini düşünən ziyalıların təşəbbüsü nəticəsində yeni siyasi platformanın qurulması məqsədilə yaradılmışdır.

1992-ci ilin noyabrın 21-də Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransında ölkənin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupu iştirak etmişdir. Konfransda YAP-ın Proqramı və Nizamnaməsi qəbul olunmuş, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilmişdir. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin ictimai-siyasi arenasında yeni bir mərhələnin başlanğıcı oldu. Partiyanın fəaliyyəti həm milli həmrəylik, həm də siyasi sabitliyin təmin edilməsinə yönəlmişdi. Bu əlamətdar hadisə, eyni zamanda cəmiyyətin gələcək inkişafına strateji istiqamət verən mühüm addım kimi dəyərləndirilir.
1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və iqtisadiyyatın inkişafı naminə genişmiqyaslı islahatlar reallaşdırılmışdır. Bu dövrdə dövlət idarəçiliyi təkmilləşdirilmiş, qanunvericilik bazası möhkəmləndirilmişdir. Eyni zamanda, ölkənin iqtisadi potensialının artırılması üçün iri infrastruktur layihələri icra olunmuş, sənaye, nəqliyyat və enerji sektorlarında strateji layihələr reallaşdırılmışdır. Təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə geniş islahatlar aparılmış, vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə proqramlar qəbul edilmişdir. Regional inkişaf prioritet kimi müəyyən edilmiş, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi və bölgələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsi təmin olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasətin əsasında dövlətimizin inkişaf strategiyası yeni mərhələyə qədəm qoymuşdur. Cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilməsi fonunda ölkədə ictimai-siyasi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Bu müdrik siyasət, həmçinin milli maraqların qorunması, demokratik ənənələrin, eyni zamanda beynəlxalq əməkdaşlığın inkişafı ilə müşayiət olunmuşdur.
2005-ci il martın 26-da keçirilmiş YAP-ın III qurultayında partiyanın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilmişdir. Bu dövr partiyanın dövlət siyasətində strateji rolunun daha da möhkəmləndiyi mərhələ olmuşdur. Partiyanın rəhbərliyi Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət prinsipləri əsasında fəaliyyət göstərmiş, ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna töhfələr vermişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazanmış, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımız azad edilmişdir. Dövlətimizin başçısı ölkənin suverenliyinin və milli təhlükəsizliyin təmin olunması istiqamətində uzaqgörən siyasət yürüdərək hərbi, diplomatik və ideoloji sahələrdə mühüm rol oynamışdır. Belə ki, müstəqillik illərində formalaşmış gənclər 44 günlük müharibədə şanlı Qələbənin əldə olunmasında fəal iştirak etmişlər. Onlar ön və arxa cəbhədə göstərdikləri fədakarlıqla xalqın birlik və həmrəyliyinə töhfə vermişlər.
2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında partiyanın yeni Proqramı və Nizamnaməsi qəbul edilmişdir. Qurultayda müəyyənləşdirilən strateji istiqamətlər dövlətin inkişaf prioritetləri, sosial ədalət, insan kapitalının inkişafını, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsini və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesini əhatə edir. Partiyanın fəaliyyətində peşəkarlıq, innovativ inkişaf, etik davranış və milli dəyərlərə sadiqlik əsas meyarlardır. Proqram, həmçinin beynəlxalq əməkdaşlıq, dövlət siyasətinin adekvat həyata keçirilməsi və regionda yaranmış yeni siyasi reallıqların nəzərə alınmasını təmin edir. Prezident İlham Əliyevin bu qurultayda çıxışında qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Tarixi zəfərlərdən sonra keçirilmiş seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr qazanmışdır. 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyev 92,12 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. Bu uğurlu nəticələr partiyanın dövlətə sədaqət və ümummilli maraqlara sadiqlik prinsiplərinə əsaslanan fəaliyyəti ilə birbaşa bağlıdır. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində isə partiya yerli özünüidarəetmə orqanlarında böyük əksəriyyətə nail olmuşdur. Bu uğurlar həm dövlət siyasətinin mükəmməlliyini, həm də xalqın etimadını nümayiş etdirir.
Beləliklə, Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı, siyasi sabitliyin qorunması və milli həmrəyliyin təmin olunmasında aparıcı rolunu davam etdirir. Partiyanın fəaliyyəti həm ideoloji, həm təşkilati, həm də praktiki səviyyədə dövlətin strateji maraqlarına xidmət edir, demokratiyanın möhkəmləndirilməsinə töhfə verir. YAP, həmçinin ölkədə siyasi dialoqu stimullaşdırmaqla milli birliyi möhkəmləndirərək, gələcəkdə qarşıya çıxacaq çağırışlara çevik və adekvat reaksiyalar göstərmək üçün möhkəm əsaslar yaratmışdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri