Icma.az
close
up
RU
Yeni binalardakı liftləri kim dəyişdirməlidir: Tikinti şirkətləri, yoxsa sakinlər?

Yeni binalardakı liftləri kim dəyişdirməlidir: Tikinti şirkətləri, yoxsa sakinlər?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsini nəzərdə tutan sərəncam imzalayıb. Bu sərəncama əsasən çoxmərtəbli binalarda 200 lift quraşdırılacaq. Rəsmi məlumata əsasən, bir liftin quraşdırılma ilə birgə təxmini dəyəri 50 min manat olacaq. 


Sfera.az bildirir ki, lift quraşdırılacaq binalar SSRİ dövründə inşa olunan 9 mərtəbəli binalardır. Sovet dövründə inşaa olunan binalarda liftlər dövlət vəsaiti hesabına dəyişdiriləcək. 


Qeyd edək ki, müstəqillik illərində də çoxlu sayda yeni bina tikilib. Artıq həmin binaların bəzilərində liftlərin dəyişdirilməsinə ehtiyac var. 
Bəs həmin binalardakı liftləri kim dəyişdirməlidir - bina sakinləri, yoxsa binanı tikən şirkətlər?


Mövzu ilə bağlı Sfera.az-a danışan daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, müstəqillik illərində tikilən binalarda liftlər zamanla sıradan çıxır və çox hallarda təmir işləri mənzil sahibləri tərəfindən maliyyələşdirilir. “Tikinti şirkətləri liftlər sıradan çıxdıqda mənzil sahiblərindən yenidən pul yığaraq təmir etdirirlər”, – deyən ekspert əlavə etdi ki, çoxmənzilli binalarda sakinlərdən hər ay kommunal ödənişlər alınır və bu ödənişlərin bir hissəsi liftlərin dəyişdirilməsi, fasadın boyanması və dam örtüyünün yenilənməsi kimi təmir işləri üçün nəzərdə tutulmalıdır: “Yığılan kommunal pulların ortalama 10 faizinin ayrı bir hesabda toplanması və bu vəsaitlərin liftlərin dəyişdirilməsi, eləcə də digər təmir işləri üçün istifadə olunması vacibdir”. 


Ekspert, liftlərin və digər qurğuların təmirinin mənzil sahiblərindən alınan əlavə vəsaitlər hesabına aparılmasının narazılıq yaratdığını da vurğulayıb. Buna görə də ekspert bina təsərrüfatını idarə edən tərəfin bu xərclərin əvvəlcədən nəzərə almasının vacib olduğunu dedi. 


E.Fərzəliyev köhnə binalarda olduğu kimi yeni binalarda da liftlərin təmirinin ixtisaslaşdırılmış şirkətlərə həvalə edilməsinin əhəmiyyətli olduğunu da qeyd etdi. Onun sözlərinə görə, bu halda yeni binalardakı mənzillər daha uzun müddət istifadə oluna biləcək: “Ölkə üzrə çoxmənzilli binalarda liftlərin bir qrupa tabe olması yaxşı olardı. Ayrıca bir qrup tərəfindən xidmətin təmin edilməsi liftlərin qısa zamanda sıradan çıxmasının qarşısını alardı. Bu cür sistemin tətbiqi xidmətin daha səmərəli olmasına və sakinlərin təmir xərcləri ilə bağlı narazılıqlarının azalmasına gətirib çıxara bilər". 


Ekspert onu da qeyd etdi ki, çoxmərtəbəli binalarda liftlər olmadan yaşayışı təmin etmək çətindir. E.Fərzəliyev köhnə tikili binalarda liftlərin böyük əksəriyyətinin artıq sıradan çıxdığını və bu vəziyyətin sakinlərdə ciddi narazılıq yaratdığını söylədi. Onun fikrincə, yeni binalarda da oxşar problemlərin yaranmaması üçün indidən zəruri tədbirlər, amartizasiya xərcləri nəzərə alınmalıdır. 

Bəsti Rəfizadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri