Icma.az
close
up
RU
Yeni DNT analizləri: Pişiklər insanlarla düşünüldüyündən daha gec dostlaşıb

Yeni DNT analizləri: Pişiklər insanlarla düşünüldüyündən daha gec dostlaşıb

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər pişiklərin insanlarla əlaqəsinin əvvəllər düşünüldüyündən daha gec qurulduğunu müəyyən ediblər. BBC-nin xəbərinə görə, pişiklərin nə vaxt, harada və necə əhliləşdirildiyi uzun illərdir müzakirə mövzusudur. Sherg.az xəbər verir ki, bu dəfə alimlər Avropa, Şimali Afrika və Anadoludakı arxeoloji ərazilərdə tapılan pişik sümüklərindən alınan DNT nümunələrini araşdırıblar.

Araşdırma nəticəsində pişiklərin insanlar ilə yaxın münasibət qurmağa yalnız bir neçə min il əvvəl Şimali Afrikada başladıqları məlum olub.

Araşdırma qrupundan Oksford Universitetinin professoru Greger Larson bildirib ki, pişiklərlə insanların münasibəti əvvəl güman edildiyi kimi 10 min il əvvəl deyil, 3 min 500–4 min il əvvəl başlayıb.

Əvvəlki nəticələr pişiklərin əhliləşdirillməsinin kənd təsərrüfatının başlanğıcı ilə eyni dövrə təsadüf etdiyini göstərsə də, Larson yeni tapıntıların Misiri işarə etdiyini vurğulayaraq belə deyib:

“İnsanların ilk dəfə məskunlaşdığı bölgə yerinə bu prosesin daha çox Misirə məxsus olduğu görünür.”

Bununla yanaşı, araşdırmadakı nəticələrin pişiklərin qədim Misirdə böyük hörmət gördüyü, sənətdə əbədiləşdirildiyi və hətta mumiyalanaraq qorunduğu bilgiləri ilə üst-üstə düşdüyü də qeyd edilib.

Tədqiqatda həmçinin, pişiklərin əhliləşdirilməyə başlaması ilə gəmilərdə siçanlarla mübarizə məqsədilə istifadə olunduğu, Avropaya yalnız 2 min il əvvəl çatdığı və daha sonra İpək Yolu vasitəsilə Çinə aparıldığı bildirilir.

Çində fərqli bir pişik növü insanlarla birlikdə yaşayıb

Araşdırmada ayrıca müəyyən olunub ki, Çində ev pişiklərindən daha əvvəl insanlar yanında başqa bir növ yaşayıb.

“Leopard pişiyi” kimi tanınan kiçik bir pişik növünün təxminən 3 min 500 il ərzində insan yaşayış məkanlarında mövcud olduğu aşkarlanıb, lakin bu prosesin əhliləşdirilmə olmadığı qeyd olunub.

Pekin Universitetindən dosent Luo Şu-Cin bildirib ki, bu münasibət iki növün bir-birinə zərər vermədən birlikdə yaşaması ilə xarakterizə olunub:

“Leopard pişikləri insanlara yaxın yaşamaqdan fayda əldə edib, insanlar isə onları təbii siçan ovçuları kimi məmnuniyyətlə qəbul etmiş ola bilər.”

Araşdırma "Cell Genomics" adlı jurnalda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri