Icma.az
close
up
RU
Yeni dünya düzənində Azərbaycanın yüksələn rolu

Yeni dünya düzənində Azərbaycanın yüksələn rolu

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yalnız milli tarixində deyil, həm də Cənubi Qafqazın siyasi arxitekturasında yeni mərhələnin əsasını qoydu. Bu tarixi dönüş yalnız bir dövlətin ərazi bütövlüyünün bərpası deyildi – bu, regional güc balansının dəyişməsi, yeni reallıqların və sabitliyə əsaslanan inkişaf modelinin təşəkkül tapması demək idi.

Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, sülh təşəbbüsləri və transmilli layihələrdəki fəallığı onun regional və qlobal siyasi gündəliyinin müəyyənləşdirilməsində artan rolunu nümayiş etdirir. Bu isə, təəssüf ki, bəzi revanşist və neo-imperialist dairələrin ciddi narahatlığına səbəb olur.

Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün yeni imkanlar açır. Lakin bu proses eyni zamanda revanşist qüvvələrin fəallaşmasına, Ermənistanda daxili ziddiyyətlərin kəskinləşməsinə, kilsənin, marginal siyasi qrupların və bəzi iqtisadi dairələrin aktivləşməsinə gətirib çıxarır. Bütün bu narahatlıqların və pozucu təsirlərin arxasında isə xarici qüvvələrin - şimaldan, qərbdən və digər istiqamətlərdən gələn müdaxilələrin dayandığını aydın görürük.

Reallıqları qəbul etməyən qüvvələr və revanşizmin təzahürləri Azərbaycan və Ermənistan arasında sülh sazişinə doğru atılan addımların artdığını gördükcə, bu prosesin qarşısını almaq üçün fəallaşırlar. Ermənistan daxilində kilsə, radikal siyasi qruplar və müəyyən oliqarx dairələri tərəfindən manipulyasiya olunan ictimai rəy sülh prosesinə qarşı çıxmaq üçün istifadə edilir. Bu qüvvələr, əslində, Ermənistanda yox, xaricdə qərarlaşmış maraq mərkəzlərinin siyasi alətinə çevriliblər.

Bu narahatlıqların əsas səbəbi isə, şübhəsiz, Zəngəzur dəhlizidir-maraqların toqquşmasıdır. Regionun tranzit imkanlarını köklü şəkildə dəyişdirəcək bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. 

Bu dəhliz təkcə Azərbaycanın Naxçıvanla birləşməsi deyil, ümumilikdə Avrasiya məkanında tranzit və ticarət yollarının yenidən qurulması deməkdir. Zəngəzur dəhlizi Çin–Avropa, Şərq–Qərb kəmərinin əsas halqasına çevrilə bilər. Məhz buna görə də, bu layihənin reallaşması təkcə Ermənistan daxilində deyil, həm də bəzi böyük dövlətlərdə narahatlıq doğurur.

Ankara, Əbu-Dabi, Xankəndi yeni diplomatik xəritənin əsas nöqtələridir. 2025-ci ildə yaşanan bir sıra mühüm hadisələr – Ermənistan Baş nazirinin Ankaraya səfəri, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü, Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, III Şuşa Qlobal Media Forumu – regionun diplomatik xəritəsində dönüş nöqtələridir. Bu hadisələr Cənubi Qafqazın gələcəyinə dair konstruktiv yanaşmaları gücləndirsə də, eyni zamanda prosesin qızışmasına xidmət edən bəyanat və təxribatların da artmasına səbəb oldu.

ABŞ, Fransa, Rusiyanın Cənubi Qafqaz uğrunda geopolitik rəqabəti real faktlarla özünü göstərir. Son dövrlərdə ABŞ Konqresindəki bəzi ermənipərəst siyasətçilərin çıxışları, Fransa Milli Assambleyasının qərəzli qətnaməsi və Rusiya rəsmilərinin bəyanatları sübut edir ki, Cənubi Qafqaz uğrunda rəqabət qızışır. Burada məqsəd təkcə Ermənistanı müdafiə etmək deyil – bu ölkə bəzi dairələr üçün sadəcə vasitədir. Hədəf regionda gedən inteqrasiya proseslərini ləngitmək, Azərbaycanın müstəqil siyasətini zəiflətmək və yeni dünya düzənində mövqe tutmaq uğrunda mübarizədə öz maraqlarını qorumaqdır.

ABŞ-ın Zəngəzur dəhlizinin mümkün icarəsi ilə bağlı səsləndirilən fikirlər isə vəziyyəti daha da mürəkkəbləşdirir. Rusiya rəsmilərinin bəyanatları, ABŞ konqresmenlərinin müdaxilələri və Fransa Assambleyasının qərəzli qətnamələri Cənubi Qafqazın müstəqil inkişafına yönəlmiş açıq təhdidlərdir. Bu qüvvələrin arxasında dayanan Ermənistan lobbisi hələ də reallıqdan uzaq "dənizdən dənizə Ermənistan" xülyasını unutmur.

Fransa isə Yeni Kaledoniyada kolonializm siyasətində uğursuzluğa düçar olduğunu qəbul etmək istəmir. Bu, onun hələ də imperiya düşüncəsindən yaxa qurtara bilmədiyini və dünya siyasətində "yağlı tikə" axtarışında olduğunu göstərir. 

Yeni Kaledoniya ilə bağlı kolonializm siyasətində iflasa uğrayan Paris hələ də keçmiş xəyalları ilə yaşayır. Bu isə onun üçün dənizaşırı ölkələrlə münasibətdə yeni başlanğıcdır. Azərbaycan isə BMT normalarına uyğun Fransa kimi ölkələrin müstəmləkəçi siyasətinə beynəlxalq hüquq və tarixi ədalətə əsaslanan mövqe sərgiləyir.

 Hazırda dünya yeni siyasi-iqtisadi düzənin formalaşma mərhələsini yaşayır. Bu düzəndə iştirakçı olmaq yetərli deyil – bu düzənin qaydalarını yazanlardan biri olmaq əsas şərtdir. Azərbaycan Prezidentinin dediyi kimi, “biz öz yolumuzu seçmişik” və bu yol – müstəqillik, praqmatizm, balanslı diplomatiya və iqtisadi modernləşmə yoludur.

Azərbaycanın enerji, nəqliyyat, kommunikasiyalar, rəqəmsallaşma və humanitar diplomatiya sahələrində təşəbbüskar fəaliyyəti onu yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında strateji tərəfdaşa çevirib.

          Azərbaycan artan gücü, siyasi qətiyyəti və müstəqil mövqeyi ilə təkcə regionun deyil, qlobal siyasətin də əsas dayaqlarından biri olmağa namizəddir. Sülh, əməkdaşlıq və tərəqqi gündəliyini təşviq edən Azərbaycan Cənubi Qafqazda yeni güc balansının qurucusudur.

Dünya tarixi bu gün yenidən yazılır. Azərbaycan bu tarixin yazılmasında əsas müəlliflərdən biridir. Bu reallığı qəbul etməyənlər isə ya öz mövqelərinə yenidən baxmalı, ya da zamanın arxasında qalmalıdırlar. 

Xüsusilə daxildə öz mənasız siyasi mövqeləri ilə ictimai rəy yaratmağa, uğurlarımıza kölgə salmağa çalışan, kənardan maliyyələşən sapı özümüzdən olan baltalara “Gülünc görünürsünüz”-deməkdən savayı bir iş qalmır. 

Artıq yeni dünya düzəni formalaşır. Bu yeni düzən yeni qaydalar və yeni güc mərkəzləri deməkdir. Əsas məsələ – bu qaydaları diktə edən, yeni reallıqları müəyyən edən tərəf olmaqdır. Azərbaycan bu prosesdə öz siyasi mövqeyi, müstəqil və prinsipial yanaşması ilə fərqlənir və bu da onun regional liderliyini daha da möhkəmləndirir. Bunun əsasında isə güclü lider və xalq həmrəyliyi dayanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Avqust 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri