Yeni Günəşlidə avtobus beş avtomobilə çırpılıb: Daşıyıcı şirkət hadisənin səbəbini AÇIQLADI FOTO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu gün Günəşli qəsəbəsində baş verən hadisədə istismarımızda olan 50 nömrəli avtobus iki avtomobilə ziyan vurub".
Bizim.Media xəbər verir ki, bunu "Vətən.AZ-Trans" MMC-nin rəhbəri Babək Aslanov oxu.az-a açıqlamasında deyib.
O qeyd edib ki, hadisənin baş verməsinə səbəb dönmə edən anda avtobusun qarşısına minik avtomobilinin çıxması olub.
"Günəşli qəsəbəsində "Şirin yanı" deyilən ərazidən gələn avtobusun sürücüsü sola dönmə edəndə qarşısına qəfildən minik maşın çıxıb. Sürücü onu vurmamaq üçün sola dönməli olduğu halda sükanı sağa çevirib.
Nəticədə iki maşını sürtüb və avtobusu yolun kənarında yaşıllıq hissəyə çıxarıb. Avtobusda az sərnişin olub, xəsarət alan yoxdur. Avtobusun dəydiyi avtomobillərə də ciddi ziyan dəyməyib. Avtobusa ziyan dəyib - qabağı əzilib. Hadisə baş verən kimi əməkdaşlarımız əraziyə gediblər, artıq avtobus ərazidən götürülüb", - deyə B.Aslanov bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 29 Yanvar 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















