Icma.az
close
up
RU
Yeni hədəflərin təqdimatı

Yeni hədəflərin təqdimatı

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan və Türkiyə hər an qardaşlığın əsl nümunəsini dünyaya təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu birliyin təqdimatında əhəmiyyətli rol oynayan “Azərbaycan tək deyil” mesajı 2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə Şuşada iki qardaş ölkənin müttfiqliyinin rəsmiləşdirilməsi ilə nəticələndi. Türkiyə dövlətinin, xalqının 44 gündə Azərbaycana mənəvi və siyasi dəstəyi bizi daha da ruhlandırdı, tarixi Zəfərə yol açdı. Şuşada verilən mesajları nəzərə alaraq, iki ölkənin Prezidentlərinin - İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan münasibətlərində yeni bir dövrə qapı açdıqlarını böyük qürur hissi ilə qeyd edirik. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə münasibətlərinin yeni yol xəttini təyin edən sənəddir. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsini əhəmiyyətini dolğun şəkildə ifadə etdi: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı gələcək münasibətlər üçün zəmanətdir”.

İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.
Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir. Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir. Eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Bəyannamədəki vacib məsələlər arasında 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması, tarixçilər tərəfindən aparılan araşdırmalara dəstək, parlamentlərarası əlaqələrin gücləndirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan – Türk diasporları arasında əlaqələrin inkişafı mühüm yer tutur.
Ümumilikdə sənəd dünənimizə baxış, gələcək hədəflərin təqdimatıdır. Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı üçün bütün imkanlar mövcuddur. Bu ilin 28 May-Müstəqillik Günündə Laçında keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq” söyləyərək onu da əlavə etdi ki, sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri