Icma.az
close
up
RU
Yeni hədəflərin razılaşdırılması

Yeni hədəflərin razılaşdırılması

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qlobal Bakı Forumu artıq bir ənənəyə çevrilmiş, bu il 12-ci dəfə təşkil olunan bu platformaya maraq daha da artıb. Bu isə Azərbaycanın güclənən beynəlxalq nüfuzundan xəbər verir. Digər beynəlxalq platformalardan fərqli olaraq, Qlobal Bakı Forumunda siyasi, ictimai, sosial və mədəni məsələlər də müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər.

Forumun açılış mərasimi Gülüstan sarayında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Cənab Prezident çıxışı zamanı bir çox əhəmiyyətli məsələlərə toxunub. Azərbaycanın iqlim dəyişmələri sahəsində əldə etdiyi nailiyyətləri və iqlim diplomatiyasında dönüş nöqtəsi olan COP29 barədə forum iştirakçılarına məlumat verən Prezident İlham Əliyev bəzi xarici media qurumlarının Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün apardığı qarayaxma kampaniyalarından bəhs edib. ABŞ və Fransa mediasında yayımlanan anti-Azərbaycan dezinformasiya cəhdlərinə baxmayaraq, Azərbaycan bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirib.
Dövlət başçısı çıxışında COP29 zamanı Fransa Prezidenti Makron tərəfindən aparılan boykot kampaniyalarına da toxunub. Eyni zamanda, ABŞ administrasiyasına bağlı media resurslarında - “Washington post”, “Financial Times”, “Associated Press” və s. COP29 öncəsi tədbirin Azərbaycanda keçirilməsinə kölgə salmaq məqsədilə ölkəmiz haqqında saxta məlumatlar yer alan məqalələr yayımlanıb. Həmçinin, Fransanın "Le Monde", “Fiqaro” və "France 24" kimi xəbər portalları media qarayaxma kampaniyaları aparıb. Bu cəhdlər Azərbaycanın beynəlxalq nüfuzunu və imicini zəiflətmək məqsədi daşısa da, nəticədə bu cəhdlər uğursuz olub. Azərbaycan “Bakubreakthrough” adlanan yeni iqlim maliyyə hədəfi ilə və bir çox maddələr üzrə tərəf ölkələr arasında konsensusun əldə olunması ilə adını tarixə yazdırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu tədbirdə 197 ölkədən 77,000 iştirakçı qeydiyyatdan keçmiş, 70-ə yaxın dövlət və hökumət başçısı qatılmışdır: “Ermənistan isə COP29-u boykot edən və iştirakdan imtina edən yeganə ölkə olub. Bu qərar, Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməməsi ilə bağlı idi. Onlar iqlim üzrə yeni maliyyə hədəflərinin razılaşdırılmasında birbaşa iştirak etmədilər.
Prezident İlham Əliyev çıxışında azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı da məlumat verərək bununla tarixi ədalətin bərpa olunduğunu, BMT-in kağız üzərində qalan qətnamələrini ölkəmizin özünün icra etdiyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda törədilmiş urbasid cinayətləri, ətraf mühitin məhv edilməsi – ekosid, mədəni irsimizə qarşı həyata keçirilən vandalizm aktları, məscid, məzar yerlərinin təhqir edilməsi dünya ictimaiyyətinin gözü qarşısında aparılmışdır. Həmin əraziləri ziyarət edən xarici qonaqlar bu vandalizmi öz gözləri ilə görə bilərlər.
Bu platforma dünya mediasının da diqqət mərkəzindədir. Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib.
Prezident çıxışında Avropa İttifaqının regiondakı missiyasına da toxunub və bu missiyanı lazımsız hərbi kəşfiyyat fəaliyyəti kimi qiymətləndirib. O bildirdi ki, Azərbaycan tərəfinin bu missiya ilə bağlı əldə etdiyi kəşfiyyat məlumatları mövcuddur.
Forum çərçivəsində müxtəlif müzakirələr baş tutur. Azərbaycandan çıxışçılar regional əməkdaşlıq çərçivəsində "Türk Dövlətləri Təşkilatı" ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildiriblər. Bundan əlavə, forumda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar və açıq qalan məsələlər barədə məlumat verilib. Panellərdə “Sülhə aparan yol” adlı sessiya zamanı hazırda dünyada müharibə və münaqişə ocaqları barədə və sülh üçün hansı perspektivlərin olması, təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb.
Çin Xalq Respublikasından nümayəndə heyətinin çıxışları maraqla qarşılanıb. Onlar ABŞ-ın hazırda tarif siyasətinə dair məsələlərə toxunaraq vurğuladılar ki, əgər bir ölkə çoxtərəflilik müqavilələrində partnyor kimi çıxış edirsə, həmin partnyora qarşı belə müharibə tərzində münasibət göstərilməsi qəbuledilməzdir. Yunanıstandan da maraqlı bir təklif səsləndirildi - keçmiş baş nazir bildirdi ki, hazırda geosiyasi dəyişikliklərdən danışırıq, lakin eyni zamanda geoiqtisadi yerdəyişmələr də müşahidə olunur. Dünyada bəzi regionlarda, xüsusilə Afrika və qlobal Cənubda, rəqabət artır. Biz diqqətimizi bu faktora yönəltməliyik, çünki dünya iqtisadiyyatının 80%- dən çoxu qlobal Cənubun payına düşür və onlar davamlı olaraq dünya iqtisadiyyatının inkişafına töhfə verirlər. Buna görə də, bu forumda Afrikadan olan nümayəndələrin iştirakı təmin edilməli və onların dünyaya baxışları öyrənilməlidir”.
“BMT-nin islahatlara ehtiyacı və çoxqütblü dünya nizamının formalaşması, yeni reallıqlar və geosiyasi yerdəyişmələri nəzərə alaraq, BMT-in bu tələblərə cavab verən quruma çevrilməsi tövsiyə olundu. BMT-də yeni mexanizmin hazırlanmasının zəruriliyi bir daha vurğulanıb. Əgər əvvəllər çoxtərəfli yanaşma təbliğ edilirdisə, hazırda dünyada qütbləşmə və çoxqütblülük müşahidə olunur. Buna görə də, BMT bu reallıqlara cavab olaraq yeni tədbirlər həyata keçirməli, islahat mexanizmləri işləyib hazırlamalı və tətbiq etməlidir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Mart 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri