Yeni klubu Lyakazettin keçidini açıqladı
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa millisinin və London “Arsenal”ının sabiq hücumçusu Aleksandr Lyakazett Səudiyyə Ərəbistanı çempionatı klubuna keçib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı forvard "Neom"la əmək müqaviləsi bağlayıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Lyakazett Səudiyyə Ərəbistanı komandasına azad agent kimi qoşulub. Tərəflər arasında müqavilənin müddəti açıqlanmayıb.
Aleksandr ötən mövsüm "Olimpik Lion"da çıxış edib. Hücumçu sön mövsümdə Fransa çempionatında 30 matça çıxıb, 15 qol vurub, 2 məhsuldar ötürmə edib. "Olimpik Lion" maliyyə hesabatları ilə bağlı qaydaları pozduğu üçün növbəti mövsümə Liqa 2-də başlayacaq.
Onu da əlavə edək ki, "Neom" Səudiyyə Ərəbistanının Pro Liqasının debütantıdır.


