Yeni Konstitusiya mətni marta qədər hazır olacaq Erməni nazir
Icma.az bildirir, Modern.az portalına istinadən.
Konstitusiya İslahatları Şurasının son iclasına Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib.
Şura üzvləri prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə ediblər.
Modern.az-ın məlumatına görə, ədliyyə naziri Srbuhi Qalyan Ermənistanın yeni Konstitusiyandan bəhs edib.
"Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi, yəni mətnin hazırlanması və onun hazırlanması üçün müddətləri bir daha təsdiqləmək istərdim. Xüsusilə, bu öhdəlik Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olmasını nəzərdə tutur", - deyə nazir Srbuhi Qalyan qeyd edib.
Xatırladaq ki, bu il avqustin 8-də Ermənustanla sülh sazişinin mətnini paraflayan Azərbaycan tərəfi rəsmi İrəvandan ölkə Konstitusuyasına dəyişiklik etməyi istəyib. Rəsmi Bakınının tələbinə görə, Ermənistan Konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiası mövcud olduğundan, sənəd dəyişilməlidir. Yalnız ondan sonra iki ölkə arasında yekun sülh sazişinin imzalanması baş tuta bilər.
Ermənistan rəhbərlərinin açıqlamalarında qeyd olunur ki, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra Konstitusiya islahatı ilə bağlı referendum baş tutacaq.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















