Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Belçika səfiri: Azərbaycan Yaxın Şərqdə sabitliyin təmin olunmasında mühüm rol oynayıb MÜSAHİBƏ

Belçika səfiri: Azərbaycan Yaxın Şərqdə sabitliyin təmin olunmasında mühüm rol oynayıb MÜSAHİBƏ

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belçikanın Azərbaycandakı səfiri Julyen de Freponun APA-ya müsahisəsi

Düşünürəm ki, bu il Azərbaycan xalqı, region üçün müsbət il olacaq

– Cənab səfir, düşünürəm ki, bu müsahibə oxucularımıza ölkələrimiz arasında mövcud münasibətləri və gələcək potensialı daha yaxşı anlamağa kömək edəcək. Siz iki ölkə arasında hazırkı diplomatik münasibətləri necə xarakterizə edərdiniz?

– İlk növbədə, mən də sizə təşəkkür edirəm ki, Belçika səfirliyinə gəlib bu məsələləri müzakirə edirsiniz. Yeni iliniz mübarək! Düşünürəm ki, bu il Azərbaycan xalqı, region üçün müsbət il olacaq və əminəm ki, Belçika ilə Azərbaycan arasında ikitərəfli münasibətlər üçün də yaxşı il olacaq. Son bir neçə ildə Belçika-Azərbaycan münasibətləri dərinləşib. Buna nümunə kimi onu qeyd edə bilərəm ki, Belçika rəhbərliyi və Belçika nazirləri səviyyəsində siyasi dialoq son illərdə artıb. Mən bura gəldikdən sonra Baş nazirimizi burada qəbul etmək şərəfinə nail olduq. Bu, tarixi bir səfər idi, çünki Belçika Baş nazirinin Azərbaycana ilk səfəri idi. Bu səfər COP29 çərçivəsində baş tutdu. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan Belçika şirkətlərinin də səfərləri olub, o cümlədən bu yaxınlarda, oktyabr ayında Belçikanın əsas biznes federasiyasının səfəri baş tutdu. Ötən ilin dekabr ayında isə Benilüks ölkələrindən – Belçika, Niderland və Lüksemburqdan yüksək vəzifəli rəsmilərin Azərbaycana səfəri baş tutdu. Düşünürəm ki, bu, həm regionda sülhün yeni dinamikasının mövcudluğunu, həm də münasibətlərimizin bir çox sahədə inkişaf potensialını göstərir.

Azərbaycan və Ermənistan rəhbərliyi regionda davamlı sülhə nail olmaq üçün cəsarətli addımlar atıb

– Sizcə münasibətlərimizi inkişaf etdirmək üçün ən böyük potensial konkret olaraq hansı istiqamətlərdə, hansı sahələrdədir?

– Mən üç əsas sahəni qeyd edərdim ki, bu sahələrdə münasibətlərimizi daha da dərinləşdirə bilərik. Qeyd etdiyim kimi, regional kontekst çox önəmlidir. Biz görürük ki, regional sabitlik və regional təhlükəsizlik baxımından bir çox yeniliklər baş verib və Belçika bu prosesə töhfə vermək istəyir. Azərbaycan və Ermənistan rəhbərliyi regionda davamlı sülhə nail olmaq üçün cəsarətli addımlar atıb. Biz bunu son dərəcə vacib hesab edirik və bu yeni dinamikaya töhfə vermək üçün nə edə biləriksə, edəcəyik. Bu, birinci sahədir. İkinci sahə iqtisadi əməkdaşlıqla bağlıdır. Biz görürük ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atır, yəni enerji sektorundan başqa da bir çox iqtisadi sahənin inkişaf etdirilməsinə çalışır. Bu sahələrə səhiyyə, logistika, nəqliyyat və infrastruktur daxildir. Bu istiqamətlər üzrə Belçika şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə ciddi maraq göstərdiyini görürük. Qeyd etmək istədiyim son sahə isə insanlararası təmaslardır. Açığı, Azərbaycana gəldiyim gündən bəri məni ən çox təəccübləndirən məqam da məhz budur: Belçikaya səyahət etmək, eləcə də Belçikada təhsil almaq istəyən azərbaycanlıların sayı çoxdur. Hətta Belçikanın ən nüfuzlu universitetlərində təhsil almış onlarla azərbaycanlı ilə tanış olmuşam. Onların bəziləri Azərbaycan şirkətlərində, eləcə də dövlət qurumlarında çox yüksək vəzifələr tutur və biz bunu qorumalı və təşviq edilməli bir dəyər kimi görürük. Bu istiqamətdə də iş aparırıq.

Biz Azərbaycanı NATO üçün çox vacib tərəfdaş kimi görürük

– Cənab səfir, hamımıza məlumdur ki, Belçika Avropa İttifaqının və NATO-nun üzvüdür. Bu amil Belçikanın Azərbaycanla münasibətlərinə necə təsir göstərir?

– Bəli, Belçika həm Avropa İttifaqının, həm də NATO-nun qurucu üzvlərindən biridir. Əslində, biz bu iki təşkilatı xarici siyasətimizdə çox vacib hesab edirik və Azərbaycanla əlaqələrimizdə də onların rolu böyükdür. Biz Avropa İttifaqı və NATO ilə münasibətlərin dərinləşdirilməsi gündəliyini tam şəkildə dəstəkləyirik. Avropa İttifaqı ilə münasibətlər artıq çox geniş mövzuları əhatə edir. Bu, enerji, ticarət və bir çox digər sahələr ola bilər və biz bu əlaqələrin daha da inkişaf etdirilməsini dəstəkləyirik. Əslində, 2026-cı il bu baxımdan çox mühüm il olacaq. Çünki Azərbaycan və Avropa İttifaqı münasibətlərin dərinləşdirilməsi və yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar aparmaq barədə qərar qəbul ediblər. Belçika bu prosesi tam şəkildə dəstəkləyəcək. NATO ilə münasibətlərdə də müsbət inkişaflar var. Biz Azərbaycanı NATO üçün çox vacib tərəfdaş kimi görürük.

Həmçinin, xatırlayırıq ki, Azərbaycan uzun illər ərzində NATO-nun bəzi missiyalarına, o cümlədən Əfqanıstandakı missiyaya töhfə verib və biz bunu çox müsbət qiymətləndiririk. Azərbaycan ilə NATO arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Düşünürəm ki, NATO yaxın zamanda Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməyi planlaşdırır və biz bunu münasibətlərin inkişafı üçün yaxşı fürsət hesab edirik. Ümumilikdə isə hesab edirik ki, regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün Azərbaycanla birgə işləyə biləcəyimiz bir çox sahələr var və bununla bağlı iki nümunə göstərə bilərəm. Azərbaycan Ukraynaya münasibətdə çox iddialı və son dərəcə müsbət mövqe nümayiş etdirib, geniş humanitar yardım göstərib ki, bu da olduqca vacibdir, eyni zamanda, Ukraynanın elektrik infrastrukturunun bərpasına dəstək verib. Biz bunu çox əhəmiyyətli hesab edirik.

Belçika Ukraynanı tam şəkildə dəstəkləyir və Azərbaycanın verdiyi töhfəni həlledici hesab edirik. Digər nümunə isə Yaxın Şərqdir. Bu məsələ isə hətta ilin əvvəlindən artıq çox aktual bir mövzudur, çünki biz İranda baş verən hadisələri izləyirik. Ümumilikdə, Azərbaycan Yaxın Şərq regionunda sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Keçən il İranda müharibə zamanı Belçika vətəndaşlarının ölkədən çıxmasına göstərdiyi köməyə görə Azərbaycana çox minnətdarıq. Bunu da Azərbaycan hökuməti ilə bu məsələlər üzrə qurula biləcək müsbət əməkdaşlıq və tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndiririk.

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji münasibətləri daha strateji xarakter alıb

Siz ikitərəfli əməkdaşlıqdan, eləcə də NATO və Avropa İttifaqı çərçivəsində əlaqələrdən danışdınız. Belçika Azərbaycanın Aİ üçün bağlantı və enerji təhlükəsizliyi sahələrində strateji rolunu necə qiymətləndirir?

– Bəli, qeyd etdiyiniz bu iki sahə son dərəcə vacibdir. Enerji məsələsinə gəldikdə isə, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji münasibətləri xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra daha strateji xarakter alıb. Bu, əlbəttə ki, ənənəvi enerji mənbələrini də əhatə edir. Məsələn, infrastrukturunun inkişafında bəzi Belçika şirkətlərinin də iştirak etdiyi Cənub Qaz Dəhlizi Avropanın qaz təchizatı və enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Lakin məsələ yalnız ənənəvi enerji mənbələri ilə məhdudlaşmır. Mən buraya COP29-dan bir qədər əvvəl gəlmişdim və bu tədbir, təbii ki, həm ölkələrimizin “yaşıl enerji” və dayanıqlı enerji sahəsində öhdəliklərini və ambisiyalarını dərinləşdirmək, həm də dayanıqlı enerji mənbələrinin inkişafı üzrə əməkdaşlığı gücləndirmək üçün yaxşı fürsət oldu. Biz gördük ki, Azərbaycan bu istiqamətdə konkret addımlar atır və hesab edirik ki, Belçika şirkətləri də bu layihələrə töhfə verə və fəal iştirak edə bilərlər. Konnektivlik məsələsinə gəldikdə isə, bu da münasibətlərimizin çox vacib aspektidir. Əslində, Belçika bunu çox yaxşı anlayır. Çünki Belçikanın iqtisadi rifahı böyük ölçüdə qonşu ölkələrlə və ümumilikdə dünya ilə əlaqəlilikdən asılıdır. Biz nisbətən kiçik, orta ölçülü bir iqtisadiyyata malik ölkəyik, lakin ticarətə və qonşu ölkələrlə, eləcə də daha geniş coğrafiya ilə əlaqələrin qurulmasına ciddi şəkildə yönəlmişik. Dünya səviyyəli limanlarımız, infrastrukturumuz və ticarət şəbəkələrimiz var və biz bunun nə qədər vacib olduğunu yaxşı anlayırıq. Biz Avropa İttifaqı–Azərbaycan münasibətləri çərçivəsində bu istiqamətlərin inkişaf etdirilməsinə maraq görürük.

Hesab edirəm ki, bu, Avropa İttifaqı–Azərbaycan münasibətləri üçün müsbət olacaq və hər iki tərəfə fayda gətirən, “qazan-qazan” xarakterli bir prosesdir

Avropa İttifaqı mövzusunu davam etdirək. Belçika Azərbaycan ilə Avropa İttifaqı arasında yeni, hərtərəfli saziş üzrə aparılan danışıqları necə qiymətləndirir?

– Biz yeni tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı bu birgə ambisiyanı tam şəkildə dəstəkləyirik. Hesab edirəm ki, bu, Avropa İttifaqı–Azərbaycan münasibətləri üçün müsbət olacaq və hər iki tərəfə fayda gətirən, “qazan-qazan” xarakterli bir prosesdir. Əslində, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu, illər ərzində belə olub və eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ən böyük xarici investoruna çevrilib. Buna görə də münasibətlərin bütün sahələr üzrə dərinləşdirilməsi tamamilə məntiqlidir. Biz bunu çox müsbət bir inkişaf kimi qiymətləndiririk.

– Belçika Azərbaycan ilə Ermənistan arasında sülh prosesini necə görür? Bu proseslə bağlı Belçikanın konkret mövqeyi nədən ibarətdir? Belçikanın bu prosesə yanaşmasının üstünlükləri və baxışı nədir?

– Biz yay aylarında Azərbaycan və Ermənistan arasında sülh və normallaşma sazişinin paraflanmasını məmnunluqla qarşıladıq. Hesab edirəm ki, bu, son dərəcə müsbət bir irəliləyişdir. Daha geniş geosiyasi konteksti də nəzərə alsaq, bu, çox vacib bir hadisədir və bu onu göstərir ki, iki ölkə olduqca ağrılı münaqişə tarixindən kənara çıxaraq gələcək üçün müsbət və dayanıqlı bir şey qurmağa çalışırlar. Məncə, sazişin imzalanması qədər vacib olan məqam ondan ibarətdir ki, hər iki ölkənin vətəndaşları sülh vəziyyətinin real faydalarını görə bilməlidirlər. Son aylarda bunu təsdiqləyən konkret addımların atıldığını görmüşük. Azərbaycan vasitəsilə Ermənistana yanacaq və taxıl tədarüklərinin həyata keçirilməsi də buna nümunədir. Biz vətəndaş cəmiyyəti səviyyəsində, eləcə də iki ölkə arasında daha çox təmasların baş verdiyini görürük. Buna görə də əminik ki, dayanıqlı sülh bu yolla qurula bilər. Əslində, Avropanın tarixinə, eləcə də mənim regionumun tarixinə nəzər salsaq görərik ki, bəzən çox uzun münaqişə tarixi olan ölkələr arasında davamlı sülh bu üsulla qurulub.

– Cənab səfir, əvvəlki suallarda Siz bağlantı məsələsindən danışdınız. Daha konkret desək, Belçika regional bağlantı layihələrinə, məsələn, “Tramp Marşrutu” kimi təşəbbüslərə necə baxır?

– Biz hesab edirik ki, konnektivlik məsələsi Azərbaycan ilə Ermənistan arasında normallaşma sazişində mərkəzdə duran və əsas mövzudur. Biz bu cür layihələrin inkişafında ABŞ-ın rolunu alqışlayırıq. Eyni zamanda, Avropa İttifaqının da bu bağlantı layihələrinə töhfə vermək imkanını müsbət qiymətləndiririk. Qeyd etdiyim kimi, məhz bu cür konkret faydalar vasitəsilə sülhü davamlı şəkildə qurmaq mümkündür. Biz buna müsbət yanaşırıq. Hesab edirəm ki, Avropa və Belçika şirkətləri bu cür irimiqyaslı bağlantı layihələrində iştirak edə bilərlər. Bu sahəyə maraq göstərən çoxsaylı şirkətlərimiz var.

– Belçika baxımından Azərbaycanın Orta Dəhlizdəki rolu və Avrasiya üzrə bağlantı marşrutları necə qiymətləndirilir?

– Biz görürük ki, Orta Dəhliz ümumilikdə Avropa üçün daha vacib və strateji əhəmiyyət kəsb etməyə başlayıb. Bu, Belçika üçün də belədir. Orta Dəhliz nəqliyyat marşrutlarının, ticarətin və infrastruktur mübadiləsinin inkişafı üçün bir vasitəyə çevrilib və daha geniş regional mübadilələrdə mərkəzi rol oynamağa başlayır. Biz Avropanın bu prosesdə iştirak etməsi üçün imkanlar görürük. Əslində, Avropa bu məqsədlə konkret strategiyalar da hazırlayıb. Məsələn, Mərkəzi Asiya vasitəsilə Avropanı Asiya ilə birləşdirən ticarət və nəqliyyat dəhlizlərinin inkişafını hədəfləyən “Global Gateway” proqramı mövcuddur. Düşünürəm ki, bu, həm Avropa, həm də Azərbaycan üçün faydalı olan bir prosesdir və Belçika şirkətləri də bu istiqamətdə fəal iştirak edirlər. Avropa İttifaqının irəli sürdüyü Qara dəniz Strategiyası da mövcuddur ki, bu strategiya Qara dəniz regionunda konnektivliyin necə inkişaf etdirilə biləcəyinə fokuslanır. Bu strategiya Azərbaycanın həmin coğrafiyada strateji mövqeyini açıq şəkildə tanıyır və bu, olduqca vacibdir. Belçika üçün Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ilə münasibətlərə ciddi investisiya qoyuruq. Məsələn, ötən ilin sonunda hökumətimiz Özbəkistanın Daşkənd şəhərində yeni səfirlik açacağımızı elan etdi. Bu da həmin regionun gələcəkdə getdikcə daha vacib olacağına dair baxışımızın bir hissəsidir. Əgər cəmi 25 il əvvələ nəzər salsaq, Belçikanın nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada səfirliyi var idi. Hazırda isə üç səfirliyimiz var və gələn ildən etibarən dörd olacaq: Cənubi Qafqazda iki, Mərkəzi Asiyada isə yaxın zamanda iki səfirlik.

Bu da onu göstərir ki, biz bu regionu strateji bölgə kimi görürük, buradayıq və qalıcı olmağa, bütün bu ölkələrlə münasibətlərimizi qurmağa və inkişaf etdirməyə niyyətliyik. Təbii ki, mənim əsas vəzifəm bunu Azərbaycanla münasibətlərdə həyata keçirməkdir.

– Cənab səfir, söhbətimizin sonuna yaxınlaşarkən, artıq bir müddətdir ki, buradasınız. Yəqin ki, Azərbaycan mətbəxinin dadına baxmısınız, bir çox yerləri ziyarət etmisiniz…

– Bəli, doğrusu, artıq Azərbaycanın müxtəlif istiqamətlərində bir çox regionlara səfər etmək fürsətim olub. Gəncədə olmuşam, Qubada, dağlıq ərazilərdə olmuşam. Hətta Lənkərana bir neçə dəfə getmişəm. Əgər bir şeyi xüsusilə qeyd etməli olsam, Azərbaycan mətbəxinin zənginliyindən danışarkən ağlıma dərhal Lənkəranın meyvə və tərəvəzləri gəlir. Onlar həqiqətən çox ləzzətlidir.

– Mən özüm də lənkəranlıyam.

– Doğrudan? Nə gözəl. Azərbaycan mətbəxində mənim xoşuma gələn əsas cəhət isə onun müxtəlifliyi və eyni zamanda, sadəliyidir, dostlarla bir araya gəlib gözəl bir süfrə arxasında vaxt keçirmək. Düşünürəm ki, bu, hamının anlaya və həzz ala biləcəyi universal bir dildir və bu da Azərbaycanı xüsusi edən cəhətlərdən biridir.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see209

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see179

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see157

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see145

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see144

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see138

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see132

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri