Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Yeni nəqliyyat qanunu logistika şirkətlərinin problemlərini həll edəcəkmi? AÇIQLAMA

Yeni nəqliyyat qanunu logistika şirkətlərinin problemlərini həll edəcəkmi? AÇIQLAMA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda nəqliyyat-logistika sektorunun inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində yeni hüquqi addımlar atılır. Milli Məclisə təqdim olunmuş “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi bu sahədə münasibətlərin daha dəqiq tənzimlənməsini, yükdaşımaların şəffaf və səmərəli həyata keçirilməsini hədəfləyir. Layihənin sentyabrın 17-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılması planlaşdırılır. Həmin iclasda həmçinin “İpoteka haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara, eləcə də “Vergi Məcəlləsi”nə və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər nəzərdən keçiriləcək. Bu isə ölkə iqtisadiyyatında nəqliyyat, maliyyə və gömrük münasibətlərinin kompleks şəkildə yenilənməsi niyyətini göstərir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sərnişin daşımaları ilə bağlı məsələlərdə ciddi problemlər olmasa da, logistika xidmətlərində müəyyən boşluqlar mövcuddur: “Deməli, nəqliyyat-logistika ilə bağlı avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, hava nəqliyyatında yüklərin və sərnişinlərin daşınması ilə bağlı bir çox məsələlər var. Amma sərnişinlərlə bağlı demək olar ki, məsələlər öz həllini tapıb. Belə ciddi problemlər yoxdur. Baqaj daşınmaları ilə bağlı da ciddi problem yoxdur. Sadəcə logistika xidməti ilə bağlı müəyyən problemlər mövcuddur. Bu isə yüklərin bir nöqtədən digər nöqtəyə multimodal, intermodal və ya unimodal formada daşınmasının təmin edilməsi ilə əlaqədardır”.

Ekspertin sözlərinə görə, unimodal daşımalar əsasən ölkə daxilində həyata keçirilir, intermodal və multimodal daşımalar isə daha mürəkkəb mexanizmlər əsasında baş tutur: “Məsələn, yüklərin qablaşdırmadan başqa bir qablaşdırmaya keçmədən, eyni formada müxtəlif nəqliyyat vasitələri ilə daşınması və bir sənəd əsasında bir nöqtədən digərinə çatdırılması məsələsidir. Bilirsiniz ki, Azərbaycanda Orta Dəhliz layihəsi, xüsusən də Zəngəzur dəhlizi layihəsi mövcuddur. Bu layihələrin icrası türk dövlətləri üçün mühüm imkanlar yaradır. Türk dövlətlərinin birliyi çərçivəsində yüklərin maneəsiz daşınması üçün müxtəlif formalar müzakirə olunur. Ona görə də qanunvericilikdə bu məsələlərin həlli vacibdir”.

E. Muradlı qeyd edib ki, logistika şirkətləri mövcud qanunvericilikdəki boşluqlar səbəbindən bir sıra çətinliklərlə üzləşirlər: “Bu yaxınlarda logistika şirkətləri ilə görüşüm oldu. Onlar bildirdilər ki, qanunvericilikdəki boşluqlar ciddi problemlər yaradır. Məsələn, iranlı işbazlar Azərbaycanın logistika şirkətinin Çinlə gətirdiyi malı, dənizdə tanker vasitəsilə daşınarkən saxta yollarla mənşə və mənbə sənədlərini dəyişərək başqa istiqamətə yönləndirə bilirlər. Mal Bəndər-Abbas limanına çatdırılır, lakin yükü daşıyan şirkət onu götürə bilmir. Malın sahibi isə tamamilə başqa sənədlər əsasında həmin limandan yükünü götürür və aparır”.

Ekspertin sözlərinə görə, bu prosesdə yükdaşıyan şirkətlər həm maddi ziyana uğrayır, həm də müqavilə öhdəliklərini tam yerinə yetirə bilmirlər: “Məsələn, şirkət 20 min dollar müqabilində xidmət göstərməyə razılaşır, amma başqa bir şirkət ortaya çıxaraq 15 min dollara bu işi görəcəyini deyir. Yolda isə malın sahibi fikrini dəyişir. Dənizin, okeanın ortasında fırıldaqçılar saxta sənədlərlə yükün təyinatını dəyişirlər. Nəticədə logistika şirkəti əziyyət çəkərək yükü daşısa da, pulunu ala bilmir. Çünki sənədlərdə yükün ümumiyyətlə həmin şirkət tərəfindən daşınmadığı göstərilir”.

Müsahibimiz hesab edir ki, bu kimi halların qarşısının alınması üçün yeni qanunvericilik mühüm rol oynayacaq:“Düşünürəm ki, qanunvericilikdə bu sahədəki boşluqları tam aradan qaldırmaq lazımdır. Cənab Prezident tərəfindən son dövrlərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi tapşırıqlar verilib. Vacib sahələrdən biri də məhz nəqliyyat-logistika sahəsidir və bu istiqamətdə təkmilləşdirməyə çox ciddi ehtiyac var”.(cross.media)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri