Icma.az
close
up
RU
Yeni reallıqlar və Azərbaycanın siyasi qətiyyəti

Yeni reallıqlar və Azərbaycanın siyasi qətiyyəti

Icma.az, Milli.az saytına istinadən bildirir.

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb, Azərbaycanın xarici siyasətinə dair bir neçə əsas istiqaməti vurğulayıb. Forumda qlobal siyasi dəyişikliklər, münaqişələr və çağırışlar müzakirə edilib. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdəki rolunu vurğulayıb və forum iştirakçılarına regiondakı və qlobal sülh məsələlərinə dair fikir və cavablar verib.

Tədbirə dünya miqyasında yüksək səviyyəli iştirakçılar qatılıb və forumda iqlim dəyişikliyi, miqrasiya və beynəlxalq hüquq kimi aktual mövzulara toxunulub. Beynəlxalq ekspertlər qlobal mövzuları müzakirə etmək məqsədilə yeddinci dəfədir ki, Azərbaycana gəlirlər. Bu səfərlər Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına və ölkənin daxili durumunun daha dərindən dərk edilməsinə töhfə verir. Eyni zamanda, ekspertlər bu səfərlər vasitəsilə Azərbaycanın tarixi və müasir gerçəklikləri ilə yaxından tanış olurlar.

Prezident çıxışına başlayaraq bildirib ki, 1923-cü ildə Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə təcavüzkar separatizmə aparan bu prosesə start verilib. Ermənistanın militarist və revanşist siyasətinin regional təhlükəsizlik üçün ciddi təhdid olduğunu qeyd edən Prezident 44 günlük müharibənin Ermənistanın təcavüzkarlığına qarşı uğurlu cavab olduğunu bildirib. O, həmçinin Ermənistanın Araz çayını çirkləndirməsinin ətraf mühitə vurduğu ziyanı da diqqətə çatdırıb.

Ölkə başçısı Azərbaycanın regional və beynəlxalq siyasətdəki rolunu gücləndirərək, Avropa, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafına diqqət çəkib. O bildirib ki, Azərbaycan bu bölgələr arasında iqtisadi və nəqliyyat körpüsü rolunu oynayır, xüsusilə iqtisadi və transit potensialının artırılması istiqamətində irəliləyişlər əldə edib.

Azərbaycanın coğrafiyası və tarixi, həmçinin Xəzər dənizi ətrafında yerləşən qonşularla qurulan əlaqələr ölkənin geopolitik mövqeyini gücləndirir. Azərbaycanın Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə qurduğu güclü siyasi, iqtisadi və nəqliyyat əlaqələri, bu ölkələrin uzunmüddətli əməkdaşlıq üçün əlverişli platforma yaratmasını təmin edir.

Azərbaycan Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələr qurub. Xüsusilə enerji sektorunda, Azərbaycanın geniş enerji resursları və yaşıl enerji təşəbbüsləri, bu regionlarla olan əlaqələri daha da möhkəmləndirir. Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabeli layihəsi və Cənub Qaz Dəhlizinin genişlənməsi bu əlaqələri daha da dərinləşdirir. Beləliklə, Azərbaycanın rolunun artırılması, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində əhəmiyyətli təsir göstərir.

Azərbaycanın ABŞ ilə münasibətləri barədə danışan Prezident Tramp administrasiyası dövründə iki ölkə arasında daha yaxın əməkdaşlıq yaranmasını və sonrakı dövrdə münasibətlərin inkişafını qeyd edib. Digər tərəfdən, Azərbaycan-Çin əlaqələrinin inkişafına da toxunulub, Çinlə strategiya tərəfdaşlığının əhəmiyyəti və yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Afrika ölkələri ilə əlaqələrini inkişaf etdirmək istiqamətində atılan addımları və Qoşulmama Hərəkatında ölkəmizin göstərdiyi liderliyi qeyd edib. Türk dünyası ilə əməkdaşlığın önəmini vurğulayaraq Azərbaycanın Türk Dövlətləri Təşkilatını daha güclü və təsirli bir qurum olaraq görmək istədiyini ifadə edib.

Gürcüstanla strateji əlaqələrin gücləndirilməsi, Orta Dəhlizin irəlilədilməsi və Azərbaycanın bu dəhlizin inkişafında oynadığı mühüm rol da Prezidentin çıxışında yer alan digər mövzulardır.

Müasir dünya düzənində güc mərkəzləri dəyişdikcə Azərbaycan da öz milli maraqlarını qorumaq üçün düşünülmüş və balanslı siyasət yürüdür. Orta güc statusuna malik olan Azərbaycan beynəlxalq münasibətlərdə fəal mövqe nümayiş etdirir. Bu gün Azərbaycan güclü iqtisadiyyatı, sabit siyasi sistemi və milli həmrəyliyi ilə regionda sabit güc mərkəzinə çevrilib. Yeni dünya nizamında Azərbaycan müstəqil və nüfuzlu bir aktor kimi çıxış edir. Azərbaycan beynəlxalq tərəfdaşlığa açıqdır, lakin bu əməkdaşlıq daxili işlərə hörmət prinsipi əsasında olmalıdır. 

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Aprel 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri