Icma.az
close
up
RU
Yeni virus öldürücüdür? İddialara infeksionistdən CAVAB

Yeni virus öldürücüdür? İddialara infeksionistdən CAVAB

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanda bu həftə daha bir nəfər xəstəlikdən ölüb. 

Hadisə Saatlı rayonunda qeydə alınıb. Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq Pərvanə vəfat edib. İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir. Ağcabədi rayonunun Ağabəyli kəndində isə məktəbli vəfat edib. 

2015-ci il təvəllüdlü Aytac Novruzovanın yüksək qızdırmadan vəfat etdiyi bildirilir. Bəziləri isə məktəblinin ölümünə hazırda ölkədə yayılan kəskin respirator virus infeksiyasından dünyasını dəyişdiyini iddia edirlər. Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb. 

Xatırladaq ki, Səhiyyə Nazirliyi də yeni yayılan virusla bağlı əhaliyə müraciət edib. Bundan başqa, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb. Lakin təcrübə göstərir ki, yoluxan xəstələrdə virusun əlamətləri var. 

Bu virus öldürücü ola bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında infeksionist Cəlal İsayev bildirib ki, viral, infeksion, ümumiyyətlə xəstəliklərin hamısı təhlükəlidir. İnfeksionist qeyd edib ki, xəstələnən adam özünü müalicə etməməli, mütləq həkimə müraciət etməlidir: 

“Bu dövrdə adətən respirator virus infeksiyaları artır. Bunun metapnevmavirus olduğunu deyə bilmərik. Çünki hələ Azərbaycanda metapnevmavirus qeydə alınmayıb. Çünki çox sayda respirator xəstəlik törədə bilən viruslar var. Onların sayı 200-dən artıqdır. 

Bu, hələlik laborator təsdiqi olmayan bir prosesdir. Hər il bu vaxtlar respirator xəstəliklər artır. Sadəcə olaraq, xəstəliyə yoluxan şəxs vaxtında həkimə müraciət edib qarşısını almalıdır. 

Çalışmalıyıq ki, bu xəstəliyə yoluxmayaq”. 

O bildirib ki, yoluxmamaq üçün də profilaktik tədbirlər görülməlidir:

“İctimai yerlərdə çox olmamalı, bacardığımız qədər maskadan istifadə etməliyik. Qidalanma və həyat tərzimiz düzgün olmalı, zərərli vərdişlərdən uzaq olmalıyıq. Çünki orqanizmin immun sistemi güclü olanda xəstəliyə qalib gəlir. Xüsusən yaşlı insanlar və körpə uşaqlar xəstəlikdən qorunmalıdır. Bunlara əməl etsək, orqanizmimiz kifayət qədər güclü olsa, sağlam qidalansaq, yuxumuz normal olsa, stress keçirməsək, xəstəliyə qarşı müqavimətimiz güclü olar. 

Lüzumsuz yerə ictimai yerlərdə olmaq lazım deyil. Xəstələnən adam özünü müalicə etməməlidir. Mütləq həkimə müraciət etməlidir. 

İstənilən xəstəlikdə təhlükəli vəziyyət yarana bilər. Özünü gözləməsən, qaydalara əməl etməsən, həkimə müraciət eləməsən, özün özünü müalicə eləsən, əlbəttə ki, təhlükəli vəziyyət yaranar”. 

Cəlal İsayev bildirib ki, maskada istifadə və geyinmə qaydalarına əməl etmək lazımdır: 

“İnfeksion xəstəliklərin artmasının səbəbi havanın soyuması ilə bağlı xarici mühitdə bu virusların qalma müddətinin artması və insanların bu dövrdə təmas ehtimalının yüksək olmasıdır. Bizim insanların müəyyən qədər qaydalara əməl eləməməsi, xüsusən maskadan uzaq olması virusların yayılmasını sürətləndirir.

Amma son vaxtlar maskadan istifadə mədəniyyətinin formalaşdığını müşahidə edirəm. Bu xəstəliklərin ilkin baxışda kliniki olaraq fərqini bilmərik. Çünki bir-birilərinə çox bənzəyirlər. Kliniki olaraq oxşar xəstəliklərdir. Hamısı yuxarı tənəffüs yollarının əlamətləri ilə başlayır, terperatur və s. ümumi əlamətlərinə görə onun metapnevmavirus və ya digər virusoloji xəstəlik olduğunu demək mümkün deyil”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see326

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see245

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see241

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see199

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see195

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see194

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see191

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see190

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see189

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see186

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see182

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see180

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see174

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see173

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see172

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see168

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see168

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see167

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see167

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri