Icma.az
close
up
RU
Yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

Yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, müvafiq sahədə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə icazənin verilməsi, ixrac nəzarətinə düşən malların ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi, radiotezliklərin ayrılması, eləcə də radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsinin verilməsi ilə bağlı müraciətlərin qəbulu həyata keçirilir.

Tədbir zamanı iştirakçılara sistemin əsas funksionallığı, tətbiq edilən yeni texnoloji imkanlar, istifadəçi interfeysinin təkmilləşdirilməsi, həmçinin təqdim olunan xidmətlərin optimallaşdırılması barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, yenilənmiş sistem radioelektron vasitələrin qeydiyyatı və icazənin verilməsi üzrə prosedurların daha şəffaf, çevik və operativ şəkildə həyata keçirilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına və proseslərin avtomatlaşdırılmasına xidmət edəcək.

Bununla yanaşı, sistem vasitəsilə təqdim edilən xidmətlərdə monitorinq, hesabatlılıq və müraciətlərin izlənilməsi imkanlarının genişləndirildiyi vurğulanıb.

Tədbir çərçivəsində iştirakçılara sistemdən istifadə qaydaları ilə bağlı praktiki nümunələr təqdim olunub, real vaxt rejimində müraciətlər üzrə icra mexanizmi nümayiş etdirilib.

Həmçinin gələcəkdə funksionallığın daha da genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması və texniki dəstək imkanlarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, eləcə də təklifləri dinlənilib. Bildirilib ki, iştirakçılar tərəfindən təqdim edilən rəy və tövsiyələr sistemin inkişaf etdirilməsi prosesində mühüm rol oynayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri