Icma.az
close
up
RU
Yeniyetmə qızların başına gələn oyun : cinayət məsuliyyəti yaranır AÇIQLAMA

Yeniyetmə qızların başına gələn oyun : cinayət məsuliyyəti yaranır AÇIQLAMA

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda əylənmək üçün “qorxu evi”nə gedən yeniyetmənin başına 11 tikiş vurulub. Yeniyetmə deyir ki, buna səbəb başının qorxu evində açıq olan şkafın qapısına dəyməsi olub. 

Ölkə.Az xəbər verir ki, zərərçəkənin valideyni övladı heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edildiyini desə də, “qorxu evi”nin əməkdaşları iddiaları təkzib edir. Qeyd olunur ki, xanımlar oyunu "hard rejim” seçib və özlərini 18 yaşında təqdim ediblər.

Orada işçilərin uşaqlara qarşı zorakı davranıldığı bildirilir. Onlar narazılıqlarını ifadə etsələr də, oyunun dayandırılmadığı iddia olunur.

Tərəflər baş vermiş hadisəyə görə, bir-birini ittiham edir. Hətta qızların saxta şəxsiyyət vəsiqəsi təqdim etdiyi bildilir. 

Belə olan halda “qorxu evi” məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Ramil Süleymanov baş vermiş hadisəyə görə obyekt sahibinin cinayət məsuliyyəti daşıdığını deyib:

“Birmənalı şəkildə həmin “qorxu evi” vurulmuş zərərlə bağlı mülki məsuliyyət daşıyır. Çünki insanlar hətta adı “qorxu evi” olmuş olsa belə, hər hansı bir xidmətdən onlara zərər vurulması üçün istifadə etmirlər. İnsanlar özlərinin asudə vaxtını keçirmək, istirahət hüququnun təmin olunması məqsədi ilə ödəniş edirlər ki, ondan istifadə eləsinlər.

Əgər xidmətin göstərilməsi nəticəsində şəxsin sağlamlığına xəsarət yetirilirsə, bununla bağlı mülki məsuliyyətdən əlavə, cinayət məsuliyyəti də var. Çünki burada ehtiyasızlıqdan və ya bilərəkdən zərər vurulub. Bu, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlum ola bilər.

Əgər obyektdə zəruri təhlükəsizlik tədbirlərinin görülmədiyi və bunun nəticəsində xidmətdən istifadə eləyən şəxslərin səhhətində ehtiyasızlıqdan xəsarət yetirilməsi müəyyən olunsa, buna görə “qorxu evi”nin sahibi olan hüquqi və ya fiziki şəxs qanun qarşısında cavab verəcək”.
“Qorxu evi” ilə bağlı oxşar halların təkrarlanmasından danışarkən hüquqşünas söyləyib ki, mütləq şəkildə öncədən müştərilərə hansı xidmətlərin təqdim etməsi ilə bağlı ətraflı və aydın informasiya verilməlidir:

“Bu, eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbidir və həmin qanunda birbaşa göstərilir ki, xidməti təqdim edən şəxs xidmətlər və qiymətlər barəsində müfəssəl məlumat verməlidir. O cümlədən, əgər öncədən görülməli olan tədbirlər varsa, bununla bağlı zəruri məlumatlandırmanın əks olunduğu təlimatın imzalanması da tələb olur.

Bu ona görə lazımdır ki, sabah hər hansı bir qorxu və s. olduqda öncədən məlumatlandırmanın tətbiq olunduğu barədə zəruri sənəd təqdim etmək mümkün olsun”.

Qeyd edək ki, bundan əvvəl də “qorxu evi”nə gedən şəxslərin oyun zamanı döyülməsi ilə bağlı iddialar yayılıb.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri