Icma.az
close
up
RU
Yer kürəsi ildən ilə daha işıqlı olur

Yer kürəsi ildən ilə daha işıqlı olur

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Yer kürəsi hər il bir qədər də işıqlanır, lakin bu proses bütün regionlarda eyni sürətlə getmir.
Bizim.Media xəbər verir ki, bu qənaətə NASA-nın dəstəyi ilə Connecticut Universitetinin tədqiqatçıları gəlib. The Guardian yazır ki, alimlər 9 il ərzində çəkilmiş 1,1 milyondan çox peyk görüntüsünü təhlil ediblər.
Araşdırmanın nəticələrinə görə, 2014-2022-ci illər arasında süni işıqlandırmanın səviyyəsi 16 faiz artıb. Bununla yanaşı, müxtəlif bölgələrdə dinamika kəskin fərqlənir: bəzi ərazilərdə işıqlanma artır, bəzilərində isə nəzərəçarpacaq dərəcədə azalır.

Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklərə COVID-19 pandemiyası, iqtisadi böhranlar və enerjiyə qənaət tədbirləri təsir göstərib. Avropada enerji səmərəliliyinin yüksəlməsi fonunda işıqlandırma ümumilikdə azalıb. Venesuelada isə iqtisadi çətinliklər səbəbindən gecə işıqları dörddəbirdən çox aşağı düşüb.

Qeyd olunur ki, lokdaunlar, sənaye və turizmdə geriləmə də bir çox ölkələrin gecə görüntülərində müvəqqəti “qaralma” yaradıb. Rusiya ilə Ukrayna arasındakı müharibə də peyk şəkillərində aydın iz buraxıb.

Bunun əksinə olaraq, Asiya işıqlanma artımının əsas mərkəzi olaraq qalır. Çində və Hindistanın şimalında urbanizasiya fonunda süni işıqlandırma artmaqda davam edir.

ABŞ-da isə vəziyyət birmənalı deyil. Belə ki, ölkənin qərb sahilləri daha işıqlı olur, şərq hissəsində isə işıq səviyyəsi azalır. Bu hal enerji baxımından daha səmərəli texnologiyalara keçidlə izah olunur.

Tədqiqat həmçinin ABŞ-da, xüsusilə Texas və Şimali Dakota ştatlarında qazın məşəldə yandırılmasının geniş miqyas aldığını da üzə çıxarıb. Peyklər həmin ərazilərdə parlaqlığın mütəmadi artdığını qeydə alıb.

Araşdırma müəllifləri vurğulayırlar ki, Yer kürəsinin gecə işıqları artıq xətti inkişafı deyil, artım, azalma və yenidən paylanmanın eyni vaxtda müşahidə olunduğu mürəkkəb mənzərəni əks etdirir.

Bizim.Media
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Aprel 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri