Icma.az
close
up
RU
Yer kürəsinin fırlanma sürəti gözlənilmədən artıb

Yer kürəsinin fırlanma sürəti gözlənilmədən artıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını və tarixdəki ən qısa günün bir neçə həftə ərzində baş verə biləcəyini açıqlayıblar.

Bizimyol.info xəbər verir ki, Londondakı Universitet Kollecindən (University College London) astrofizik Qraham Consun (Graham Jones) sözlərinə görə, bu yay Yer öz oxu ətrafında normaldan daha sürətli fırlanacaq və bu hal üç müxtəlif tarixdə müşahidə olunacaq: 9 iyul, 22 iyul və 5 avqust. Həmin günlərdə zaman müvafiq olaraq 1,30; 1,38 və 1,51 millisaniyə qısala bilər.

Alimlər bildirirlər ki, bu dəyişiklik millisanəlik olsa da, peyk sistemləri, GPS dəqiqliyi və vaxtın ölçülməsi kimi sahələrdə ciddi təsirlərə yol aça bilər.

Moskva Dövlət Universitetindən alim Leonid Zotov isə mövcud vəziyyətlə bağlı: “Heç kim bu cür bir dəyişiklik gözləmirdi. Bu sürət artımının səbəbi hələlik izah edilə bilmir”, - deyə bildirib.

Normalda Yer kürəsi öz fırlanmasını 24 saata – yəni 86.400 saniyəyə tamamlayır. Lakin bu müddət zaman-zaman zəlzələlər, okean axınları, atmosfer dəyişiklikləri kimi təbii amillər səbəbindən millisanəlik səviyyədə dəyişə bilir.

Alimlər bu cür kiçik dəyişiklikləri son dərəcə dəqiq olan atom saatları vasitəsilə ölçürlər. 2020-ci ildən bəri Yer kürəsinin əvvəlkindən daha sürətli fırlandığı müşahidə olunub. Məsələn, 19 iyul 2020-ci ildə bir gün 1,47 millisaniyə, 9 iyul 2021-ci ildə isə yenidən eyni miqdarda qısalıb. 30 iyun 2022-ci ildə isə 1,59 millisaniyəlik rekord dərəcədə qısalmış bir gün qeydə alınıb. 2023-cü ildə isə cüzi bir yavaşlama müşahidə olunub.

Lakin 2024-cü il ardıcıl qırılan rekordlarla bərabər, indiyə qədər qeydə alınmış ən qısa günlərin ili kimi tarixə düşüb. Belə ki, 5 iyul 2024-cü ildə Yer kürəsi öz fırlanmasını 1,66 millisaniyə daha tez başa vuraraq tarixin ən qısa günü olub.

Mütəxəssislər qeyd edirlər ki, bu tip dəyişikliklər yalnız astronomik sahələrlə məhdudlaşmır. GPS sistemləri, mobil rabitə şəbəkələri və maliyyə əməliyyatları millisanəlik dəqiqlik tələb etdiyindən, bu kiçik fərqlər ciddi texnoloji problemlərə səbəb ola bilər.

Hazırda dünyada zamanın ölçülməsi üçün Eşgüdümlü Universal Zaman (UTC) istifadə olunur. Adətən Yer kürəsi yavaşladıqda "artıq saniyə" əlavə edilir. Lakin alimlər xəbərdarlıq edirlər ki, Yer bu sürətlə fırlandıqda tarixdə ilk dəfə olaraq "mənfi artıq saniyə" əlavə olunması gündəmə gələ bilər.

Hələlik Yer kürəsinin niyə bu qədər sürətlə fırlandığı tam olaraq aydın deyil. Ayın orbit hərəkəti, Yer kürəsinin nüvəsi, okean axınları və külək sistemləri kimi müxtəlif faktorlar təhlil olunur. Ancaq mövcud atmosfer və okean modelləri bu sürət artımını izah etməkdə çətinlik çəkir.

Leonid Zotov məsələni belə yekunlaşdırıb: “Gec-tez Yer kürəsi yenidən yavaşlayacaq. Amma hələlik, tam sürətlə fırlanmağa davam edir”.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 İyul 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri