Icma.az
close
up
RU
® Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb

® Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb

Icma.az bildirir, Azertag portalına istinadən.

Azərbaycanın №1 pivə brendi “Xırdalan”ın premium məhsulu olan “Xırdalan Premium Draft” Beynəlxalq Dad İnstitutu tərəfindən “Üstün Dad Mükafatı”na layiq görülüb.

Mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Dad İnstitutu “International Taste Institute” hazırda dünyanın müxtəlif yerlərində olan nüfuzlu kulinariya institutlarından 250-dən çox aşpaz və sommelier ilə əməkdaşlıq edir. “Üstün Dad Mükafatı” (“Superior Taste Award”) qida və içki sənayesində dünya miqyasında tanınan bir mükafatdır. Bu mükafat kor dadım əsasında qablaşdırma və brend məlumatı olmadan qiymətləndirilən məhsulların görünüş, ətir, dad, tekstura və dadın qalıcılığı kimi beş əsas meyar üzrə yüksək keyfiyyət nümayiş etdirməsinə görə verilir.

Yerli arpadan hazırlanan “Xırdalan Premium Draft” – pasterizə olunmuş, konservantsız pivədir. Özəl soyuq bişim texnologiyası ilə mayaotu qoxulu lager pivəsi yumşaq və təkrarolunmaz dada malikdir. Azərbaycanda pivə həvəskarları arasında da sevilən “Xırdalan Draft Premium”un mükafatlandırılması onu dünyaya tanıdan təmiz dadınının və keyfiyyətinin göstəricisidir.

Carlsberg Azerbaijan şirkətinin baş pivəbişirəni Pərviz Bağırov istehsal etdikləri pivənin beynəlxalq səviyyədə mükafatlandırılmasından qürur duyduqlarını diqqətə çatdırıb: “Ötən ilin əsas yeniliyi olan “Xırdalan Premium Draft” istehlakçılar arasında dərhal böyük marağa səbəb oldu. Qısa zaman ərzində böyük rəğbət qazandığı üçün məhsulu dünyanın ən nüfüzlü və tanınmış müsabiqələrindən olan Beynəlxalq Dad İnstitutuna göndərdik. Qürurverici haldır ki, ölkəmizdə yetişdirilən arpadan bişirilən “Xırdalan Premium Draft” Azərbaycan pivəsi beynəlxalq səviyyədə mükafata layiq görüldü”.

Qeyd edək ki, “Xırdalan” pivəsinin istehsalçısı “Carlsberg Azerbaijan” şirkəti 2021-ci ildən pivə istehsalında yerli arpadan istifadə edir.

Şirkət haqqında məlumat: "Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə olan Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitrdir. Şirkətdə 230-dan çox əməkdaş işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:299
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri