Yermakdan Zelenskinin ABŞ səfərinə: Bu, sadəcə söz deyil
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təhlükəsizlik sadəcə söz deyil. Bu, həyatdır. İtkisiz, sevdiklərimiz üçün qorxusuz gələcəkdir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Vladimir Zelenskinin Ağ Ev səfərini şərh edərkən bildirib.
“Həqiqi zəmanətlər olmadan müharibə qayıdacaq. O, həmişə yeni zərbə üçün şans olan yerə qayıdır", - Yermak vurğulayıb.
Yermak xatırladıb ki, Zelenski Ukrayna və ədalətli, davamlı sülhü müdafiə edən hər bir şəxs üçün mübarizə aparır.
Qeyd edək ki, Ağ Evdə ötən gün baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə belə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Mart 2025 06:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















