Icma.az
close
up
RU
Yetkinlik dövrü ilə bağlı hər şeyi bilməyə çalışın!..

Yetkinlik dövrü ilə bağlı hər şeyi bilməyə çalışın!..

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Əvvəllər həmişə söz dinləyən və söz eşidən uşaqlar yetkinlik yaşına çatandan sonra birdən-birə söz dinləməyən və söz eşitməyən uşaqlara çevrilirlər. Adətən, belə vəziyyətlə qarşılaşan valideyinlər təşvişə düşürlər. Halbuki onlar bunun normal bir şey olduğunu bilsələr, təşvişə düşməyə də ehtiyac hiss etməzlər. Digər tərəfdən, yetkinlik dövrünün xüsusiyyətlərini bilmək valideynlər üçün bu dövrün suallarına daha asan cavab vermək deməkdir.
Yetkinlik dövrü, təbii olaraq, bir çox ailələr üçün çətin keçir. Artıq uşaqlar əvvəlki kimi valieynlərinin hər sözünü dinləmir və ya eşitmirlər. İndi onlar daha müstəqil və daha sərbəst tələblər irəli sürürlər. Son dərəcə təbii olan bu proses səhv yanaşmalarla həm ailə, həm də uşaq üçün kabusa çevrilə bilər.
Ailədaxili münaqişələr, pis vərdişlər, hətta evdən qaçmağa qədər... ən çox bu dövrdə ortaya çıxır. Halbuki yeniyetmənin yetkinlik dövründə hansı yaşda hansı dəyişikliklərə məruz qaldığını bilmək bu dövrü daha asan başa vurmağa imkan verər.
Yetkinlik yaşına çatan uşaqlarıda baş verən fiziki dəyişikliklər tədricən psixoloji dəyişikliklərə də gətirib çıxarır. Belə ki, yeniyetmə ətrafındakıların, xüsusilə də, valideynlərinin onu başa düşmədiyini fikirləşməyə başlayır. Nəitcədə, yetklinlik dövrünü yaşayan uşaq ailəsinin bütün qadağalarına və xəbərdarlıqlarına etiraz edir.
Yetkinlik dövründə olan uşaqlar olduqca əsəbi olmaqla yanaşı, tez-tez mövqelərini dəyişir, hətta eyni hadisəyə müxtəlif reaksiyalar göstərirlər. Ailə isə bunu uşaqlarının onlara qarşı çıxması kimi qəbul edir və nəticədə, ailədaxili münaqişələr başlayır. Halbuki belə vəziyyətlərdə valideyinlər “Uşağımız dəyişir” fikrini mənimsəmək əvəzinə “Uşağımız böyüyür” fikrini mənimsəməlidirlər. Digər tərəfdən, valideyinlər yeniyetməni bir şəxsiyyət kimi qəbul etməli və öz şəxsiyyətini ifadə etməsinə imkan verməlidirlər. Həmçinin, valideyinlər yeniyetmənin hansı yaşda hansı hərəkətə meyili olduğunu bilməli və yeniyetməyə qarşı o yaşa və ya o hərəkətə uyğun reaksiya verməlidirlər. Çünki bir yeniyetmənin yetkinlik dövrünün ilk illərindəki hərəkətləri ilə (12-14 yaş) son illərindəki hərəkətləri (18-21 yaş) eyni deyil. Bəs yeniyetmələr hansı yaşda hansı hərəkətləri edirlər?
11-13 yaş: Yeniyetmə köhnə dostlarından ayrılır, əvvəllər sevdiyi bəzi fəaliyyətlər artıq ona maraqsız gəlir, həmçinin, söz dinləmir və ya eşitmir. Qızlarda hərəkətsizlik, narahatlıq və qətiyyətsizlik nəzərə çarpır. Heç bir şeyi bəyənmirlər, passiv və tənbəl olurlar. Oğlanlar isə əksinə istər oyunda, istərsə də başqa fəaliyyətlərdə bütün qüvvələrini və enerjilərini sərf edirlər. Ancaq bəzən qızlarda da oğlanlarda olduğu kimi oxşar hərəkətlərə rast gəlmək olar. 11-14 yaş arasında qızlar, xüsusilə, bir-birilərinə çox bağlı olurlar. Yoldaşlarının geyindiyini geyinmək, yediyini yemək istəyirlər. Oğlanlarda isə daha çox nüfuz və güc üstünlük təşkil edir.
14 yaş: 13 yaşında müşahidə olunan hərəkətsizlikdən və qətiyyətsizlikdən çıxır, daha çox ekstrovert xüsusiyyət nümayiş etdirirlər. Həmçinin, ailə daxilində gülərək, danışaraq aktiv fəaliyyətə keçirlər. Hər şeyi tənqid etməyə başlayırlar. 14 yaşlı bir yeniyetmədə özünəinam hissi də əvvəlki illərlə müqayisədə daha güclüdür. Buna görə də, valideynlər onlara bunu nəzərə alaraq, yanaşmalı və suallarına suallarla cavab verərək, həqiqəti tapmalarına imkan verməlidirlər.
15 yaş: Qarışıq bir dövrdür. Özlərini başa düşmək istəyir və eyni zamanda başqalarının onları başa düşməsini istəyirlər. 15 yaşlı yeniyetmə get-gedə durğunlaşır və 14 yaşdan fərqli olaraq laqeydləşir. Ancaq kollektivdaxili fəaliyyətlərə maraq göstərir və bu fəaliyyətlər çərçivəsində özüni göstərməyə çalışır. Digər tərəfdən, yeniyetmə valideynlərindən, həmçinin, digər böyüklərdən ayrılmaq istəyir. Ailə yığıncaqlarında, eyni zamanda digər ailə tədbirlərində iştirak etmək istəmir. Əslində, bütün bunlar yeniyetmənin öz şəxsiyyətini kəşf etmək istiqamətində atdığı ilk addımlardır. Buna görə də, valideynlər onların bu mövqelərindən təşvişə düşməməli, əksinə onları ciddi qəbul etməlidirlər.
16 yaş: Gənc psixoloji gərginliklərdən xilas olur. Həm hərəkətlərini, həm də hisslərini daha yaxşı idarə edir. Özünə qapanma, həmçinin, aqressivlik yox olur. Valideynləri ilə əvvəllər münaqişə yaşadıqları problemlərə daha yumşaq bir münasibət göstərir. Nəticə etibarı ilə münasibətlər normallaşır. Digər tərəfdən, bu yaşda olan gənc lazımsız təşvişlərdən də uzaqdır.
Aygün Vəliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 İyul 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri