Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Yeznəsini yandıraraq öldürdü Cinayət işinin detalları

Yeznəsini yandıraraq öldürdü Cinayət işinin detalları

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bakıda bacısının ərinin üzərinə benzin töküb yandırmaqla onun ölümünə səbəb olmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işinin bəzi detalları məlum olub. 

Bakıvaxtı.az-ın "Unikal"a istiandən məlumatına görə, hadisə 2025-ci il mayın 29-da gecə saatlarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 

Belə ki, Məhərrəm Hüseynzadənin bacısı ailədaxili münaqişələr və həyat yoldaşı Zəhmət Əhmədovla yaxşı münasibətlərinin olmaması səbəbindən atasıgilə geri qayıdıb. 

Bacısının əri Zəhmət Əhmədov da sərxoş halda onların yaşadığı ünvana gələrək,  orada səs-küy yaradıb. 

Qonşular narahat olmasın deyə Məhərrəm bacısının ərini sakitləşdirmək üçün aşağı düşüb və onu öz maşınına mindirib ordan uzaqlaşdırmaq istəyib. 

İttiham aktında göstərilib ki, onlar yola düşüb və yolda aralarında sözlü mübahisə düşüb. Məhərrəm ona tez-tez ailədaxili münaqişələr yaratması və ailə üzvlərini  narahat etməsindən və övladları ilə görüşə bilməməsində onları əsassız yerə günahlandırmasından bezdiyini bildirib. 

Məhərrəm bacısının ərinin boynundan tutaraq onu diri-diri yandıracağını deyib. 

Onlar Nərimanovdakı “LUKOIL” adlı  Yanacaq Doldurma Məntəqəsinə gələrək idarə etdiyi avtomobili platformadan bir qədər kənarda  saxlayaraq yerə düşüb  avtomobilin yük yerindən Zəhmət Əhmədovun üzərinə tökməsi  üçün yanacaq almaq məqsədilə  bir litrlik ağ rəngli  plastik qabı götürüb və operatora verib. Yanacaq doldurulan zaman Zəhmət qabı operatordan dartaraq götürüb içərisindəki  benzini öz başına və üzərinə töküb. Məhərrəm isə Zəhmət Əhmədovu  aldadaraq söhbətlərini qıraq yerdə davam etdirməyi bildirməklə  onu platformadan bir qədər kənarda saxladığı  avtomobilin yanına tərəf  aparıb. 29 may 2025-ci il tarixdə,  saat 02:36 - da avtomobilin qarşısına çatdıqda anidən yarımçönmüş vəziyyətdə  dayanaraq sağ əlindəki alışqanla Zəhmət Əhmədovu üzərinə ataraq yandırıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Bununla da Məhərrəm Hüseynzadə Zəhmət Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürüb. 

Məhkəmə istintaqı dövründə Məhərrəm Hüseynzadə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib. 

Onun sözlərinə görə, bacısının əri ilə dostluq münasibətləri olub. Bacısının əri həyətlərinə gələrək qışqıran zaman onu evə girməyi təklif edib. O, Zəhmətə  onlarda qalmasını və sabah söhbət etmələrini təklif edib. Zəhmət isə  bununla razılaşmayaraq evə getmək istədiyini bildirib. O, bacısının əri ilə bir yerdə evdən çıxıblar. Onlar yollarına  davam edərkən Zəhmət ona maşını yanacaq doldurma məntəqəsinə sürməsini deyib.  Məhərrəm isə Zəhmətə benzin lazımdırsa maşınında tam dolu benzin olduğunu və ora getməmələrini bildirib. 

Zəhmət benzinin evdə lazım olduğunu bildirib. Onlar yanacaq doldurma məntəqəsinə gediblər və o, maşınında  olan qabı doldurması  üçün Zəhmətə verib. Yanacağın  pulunu da Zəhmətin  özü verib.  O, benzini yerdə saxlayacağından öz maşınını da Yanacaq Doldurma Məntəqəsində aralıda saxlayıb. Məqsədi benzini yerdə  saxlamaq və Zəhmətlə birlikdə onun evinə getmək olub. Həmin vaxt onlar benzini qaba doldurduqları anda Zəhmət anidən qabı şlanqdan çəkib  öz başına boşaltmağa başlayıb. Başına benzin tökən kimi Zəhmət onu yandıracağını deməsini ona bildirib. Həmin vaxt onlar duruxub qalmışlar. Məhərrəm əlini atıb maşınını idarə etmək istədikdə Zəhmət ikinci dəfə başına benzin töküb. Bundan sonra təkrar özünə benzin tökəndə Məhərrəm Zəhmətə tərəf qaçıb əlindən tutmağa çalışıb. Qolundan tutmağa çalışan kimi Zəhmət alovlandı. 

Məhərrəmin vəkili Arslan Mikayılov müdafiə çıxışı edərək bildirib ki, cinayət nə vasitəsilə törədilməsi məlum deyil və bu istintaqla da müəyyən edilməyib:

"İşi aparan müstəntiqin prosesə gələrək ifadə verməsi ilə bağlı vəsatət verməyimizə baxmayaq təəssüflər olsun ki, təmin edilmədi. Cinayət işində kifayət qədər boşluqlar var şikayətimizi digər instansiya məhkəmələrinə verəcəyik.

Xatırladaq ki, Məhərrəm Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın çıxardığı hökmə əsasən, Məhərrəm Hüseynzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Ergin Qafarov isə məhkəməyə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Aprel 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri