Icma.az
close
up
RU
Yığmamızın baş məşqçisi: Qrupdan lider olaraq çıxmaq istəyirik

Yığmamızın baş məşqçisi: Qrupdan lider olaraq çıxmaq istəyirik

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 13-dən 16-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək, fevralın 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək. 

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Aqil Nəbiyev bununla bağlı müsahibə verib. 

- Aqil bəy, öncə toplanışla bağlı fikirlərinizi bildirərdiz...

- Artıq üçüncü gündür ki, burdayıq - "Dalğa Arena"da. Toplanışa 26 oyunçu dəvət etmişdik. Onların 21-i bizimlə toplanışa yola düşəcək və bilirsiz ki, orada bizim dörd oyunumuz var - ayın 19-u, 20-si, 21-i, bir də 23-ü. İki qruplu yaxş, maraqlı bir turnirdir. Yaxşı, keyfiyyətli rəqiblərimiz var, bizim üçün vacib olan da budur. Çünki biz martda Avropaya yola düşdüyümüzə görə bu rəqiblər həqiqətən də bizim üçün önəmlidir. Ona görə önəmlidir ki, orada oynayacağımız sistemi bura təqdim etmək istəyirik. Düzdür, qrafik sıxdır, futbolçular, fiziki durum baxımından hər gün oyun oynamaq çətindir. Ona görə biz məşqlərdə bununla bağlı geniş müzakirələr edirik. Hansı ki, futbolçulara hansı dəqiqələrdə şans verməliyik ki, hən zədə ilə bağlı problem olmasın, həm də ki, istədiyimiz performansı oyunçulardan ala bilək.

Düzdür, liqalarımızın o qədər də təzyiqi yoxdur, amma biz kənara çıxanda futbolçuların fiziki durumu ilə bağlı böyük sıxıntılar yaşayırıq. Bu hər kəsə məlumdur ki, tək bizim yaş qrupu yox, istənilən milli komanda səviyyəsində hansısa futbolçuya biz yükləmələr verə bilmirik. Sırf bizim çalışdığımız şeylər taktika üzərindədir. Rəqibləri təhlil edib, onun üzərində məşqləri keçirik. Amma əvvəldə dediyim kimi oyunçuların oyun fiziki durumu ilə bağlı sıxıntılar yaşayırıq ki, hansı ki, 60-cı dəqiqədən sonra oyundan qopurlar. Bu da demək istəyirəm ki, Azərbaycanda keçirilən liqalar, ümumi olaraq futbolçuların təzyiq görməmələri bu problemləri bizə göstərir. Ümid edirəm ki, böyüdükcə bu problemlər aradan qalxar, amma səviyyə qalxdıqcada futbolçuların problemləri ortaya çıxır. Ona görə biz çalışırıq ki, futbolçu seçimi edəndə belə, düzdür, seçimlətimiz məhduddur, geniş seçimimiz yoxdur, amma biz seçimlərimizi bu liqa üçün nəzərdə tutmuruq. Avropada rəqibləri bilirik, onların keyfiyyətinə bələdik və ona uyğun da biz futbolçuları milli komandaya seçirik. Demək olar ki, bütün liqaları izləyirik, bölgə-bölgə gəzirik, işimiz budur. Milli komandanın əsas önəmli olan, vacib məsələlərindən biri də düzgün seleksiya aparmaqdır. Dediyim kimi seçimimiz azdır, amma biz çalışırıq ki, bütün futbolçuları yerində və dəqiq izləyək. Vaxtımız məhduddur, qısadır. Avropa öncəsi bir toplanışımız var. Futbolçular nə qədər beynəlxalq oyun oynasa, onlar üçün daha çox təcrübə qazanmaq deməkdir. Amma axrıncı dəfə vu yaş qrupu oktyabrda bir araya gəlib və artıq dörd aydır bu komanda ilə görüşmürdük.

Məşqlərimiz planlı-proqramlı gedir. Sıxıntılarımız, zədəlilərimiz var. Ən böyük sıxıntılarımızdan olan olan məhdud seçimlərlə yanaşı, belə problemlərlə də üzləşirik ki, hansı ki, toplanışdan öncə bir neçə zədəli oyunçumuz var idi ki, dəvət edə bilməmişdik. Toplanışda da stopperimiz Kamil zədələndi və bizi məcbur edir ki, digər mövqedən rotasiya edək. Ona görə biz təbii ki, önümüzə baxmalıyıq, çalışmalıyıq ki, futbolçularımız inkişaf etsin. Martdakı rəqiblərimiz (Litva, Bolqarıstan, Malta)də demək olar ki, eyni tipli rəqiblərdir. Qrupdakı rəqiblərimiz Rusiya, Özbəkistan, Belarusiya milliləridir. Demək istəyirəm ki burda nəticə o qədər də önəmli deyil. Biz futbolçuların ümumi durumuna baxacağıq. Bizim üçün bir təcrübə olacaq. Avropa öncəsi lazımlı, təzyiqli oyunlardır. 

- 5 gün ərzində 4 oyuna çıxacaqsız. Komandanız buna hazırdırmı?

- Say baxımından turnirə 21 futbolçu ilə yollanacağıq. Təbii ki, 5 günə 4 oyun çox ağır qrafikdir. 3 gündür ki, buradayıq, futbolçuların durumuna baxırıq. Liqaları da izləyirik. Bugünlərdə U-19 liqasında keçirilən oyuna getmişdim. Ad çəkmək istəmirəm, təsəvvür edin ki, birinci hissədən sonra hesab 5:0, 6:0 olur. Futbolçular təzyiq görmürlər. O cümlədən U-17 liqasında da bunun şahidi olmuşam. Liqalarda nə qədər rəqabət olsa, bu, həm futbolçuların, həm də milli komandanın inkişafına təkan verər. Bu, təkcə aşağı yaş qruplarından liqalara aid deyil. Premyer Liqadan tutmuş, bütün yarışlarda rəqabət olduqca futbolçular da inkişaf edir. Liqalara gedib izlədiyimiz oyunlarda bəzən hesablar "acımasız" olur.  Ümumiyyətlə, fürsət düşdükcə U-15, U-16, hətta Tovuz rayonuna gedərək orada U-14 liqasının da oyunlarını izləyirəm. Hətta sizə deyim ki, bəzən hesablar elə yüksək həddə çatır ki, hakimlər oyunu vaxtından tez bitirirlər. Mən də onlara bildirirəm ki, hesaba görə belə etməyin. Siz bu məqama görə matçı tez bitirirsiz, amma futbolçu da gələcəkdə gedib Avropada 90 dəqiqə tab gətirə bilmir. Yenə deyirəm, sıxıntılarımız, problemlərimiz çoxdur çoxdur. Lakin bütün problemlərə baxmayaraq, işimizə davam edirik. Bacardığımız qədər də çatışmayan cəhətlər üzərində futbolçularla həm fərdi, həm də qrup şəklində çalışırıq. 

- Milli komandaya namizəd futbolçuların çoxu U-19, bəziləri də U-17 liqasında oynayır. Ümumiyyətlə, milliyə namizəd uşaqların klublarında oynadıqları oyun praktikası sizi qane edirmi? Oyunlardakı hesablardan, vaxtdan, matç sayından razısızmı?

- Bilirsiz ki, həftədə bir oyun oynayırlar. Normalda uşaqların bəziləri təhsillə əlaqədar bunu həftəiçi günlərə sala bilmirlər. Onu da qeyd edim ki, futbolçular nə qədər yaşlarından üst liqalarda, özlərindən bir-iki yaş böyüklərə qarşı oynayırlarsa, daha çox təzyiq görə və inkişaf edə bilirlər. Milliyə dəvət etdiyimiz futbolçuların bir çoxu U-17 liqasında çıxış edir. Və U-17 liqasında oynayanların çoxu da özlərindən kiçik yaşda olanlara qarşı oynayırlar. Bu, artıq klubların ,məşqçilərin seçimidir. Biz klubların daxili işlərinə qarışmırıq və qarışmaq da istəmirik. "Sumqayıt"ın hücumçusu Kamal, o cümlədən "Kəpəz"də çıxış edən Raulu qeyd etmək istərdim. Misal olaraq onu demək istəyirəm ki, həmin futbolçuları oralarda görəndə sevinirik, çünki futbolçularımız yuxarı səviyyədə oynamağı bacarırlar. Yəni demək istədiyim odur ki, uşaqlar liqalarda nə qədər öz həmyaşları ilə oynayırlarsa, çox da inkişaf edə bilmirlər. Demirəm ki, klublar, məşqçilər yanlışlığa yol verirlər. Lakin futbolçu nə qədər rəqabətli, təzyiqli oyun görürsə, bir o qədər də inkişaf edir və çətin durumdan çıxmağı bacarır.

- Bu, elə bir yaş qrupudur ki, Avropada futbolçular yüksək liqalarda, əsas heyətdə oynayırlar. Bizdə də elə futbolçular var ki, öz komandasında bir matçda da olsa, əsas heyətdə oynayıb. Ad çəkmək istəməsəz belə, millidə təxminən neçə futbolçunu gələcəkdə komandasının əsas heyət oyunçusu kimi, yaxud ölkəmizi Avropada təmsil edəcək potensialda görürsüz?

- 2005-ci il təvəllüdlü futbolçulardan ibarət komanda ilə işləyəndə bununla bağlı həm AFFA-ya məlumat, həm də jurnalistlərə müsahibə vermişdim. Bildirmişdim ki, futbolçuların içində perspektivliləri çoxdur. Şükürlər olsun ki, istər Premyer Liqada, U-21 millisində, istərsə də əsas milli komandada top qovan futbolçularımız var ki, bu da bizi çox sevindirir. Düzdür, bu yaş qrupu olaraq Avropada istədiyimiz nəticəni əldə edə bilmədik. Bəzən futbolçulara bu liqada yox, Avropadakı performansına görə qiymət verə bilirik. Ki, kimlər gələcəkdə Premyer Liqada, yaxud əsas milli komandada oynaya bilər. Gələcək vəd edən bir neçə futbolçumuz var. Ad çəkmək istəmirəm, demək olar ki, hər mövqedə perspektivli futbolçularımız var. Sadəcə, daha çox çalışmaq, "artırmaq" lazımdır. Bununla bağlı hər məşqöncəsi toplantıda uşaqlarla söhbət edirik. Futbolçulara bildirirəm ki, insan üçün həyatda ən vacib olan məfhum xarakterdir. Xarakteri olmayan insan həyatda heç nəyə nail ola bilməz. Əgər olmursa, daha çox çalışmaq lazımdır. Futbolçuların rejimi, istirahəti, qidalanması çox vacib amillərdəndir. Çox istərdim ki, futbolçularımız yapılı akademiyalarda olsunlar. Əfsuslar olsun ki, uşaqlar düzgün qidalana, istirahət edə bilmirlər. Elə futbolçu var ki, uzaq yoldan məşqə gəlib çatanda artıq yorulur. Hələ bunun məşqdən sonra qayıtmağı, qidalanması var. Çünki futbolçunun növbəti günədək bərpa olunması üçün vaxtında qidalanması çox vacib şərtdir. Söhbət bütün yaş qruplarından gedir, nə qədər  yatılı akademiyalarımız olmayacaqsa, böyük nəticələr əldə edə bilməyəcəyik. Bir-iki klub haqda yox, ümumilikdə deyirəm ki, hər birinin yatılı akademiyası olmalıdır ki, bu cür proseslər diqqətlə izlənilsin. Məsələn, futbolçu məşqdən çıxıb gedəndə məşqçinin xəbəri olmur ki, o gedib hansı qidanı qəbul edəcək, nə vaxt yatacaq, nə vaxt qalxacaq. Bu gün Avropada 19 yaşında olan futbolçular artıq ölkələrinin əsas liqalarında top qovurlar. Hətta bəzilərini misal olaraq deyə bilərəm ki, 17 yaşında da artıq əsas liqalarda məşqlərə və oyunlara çıxırlar. Ona görə də bu baxımdan sıxıntılarımız var. Başa düşürəm ki, hamı Premyer Liqa səviyyəsində çempionluğa oynamaq istəyir. Buna görə kimisə qınamağa haqqım yoxdur. Demək istəyirəm ki, Avropa ilə müqayisə aparırıqsa, ən önəmlisi infrastruktur, yatılı akademiyalara fikir verməliyik. Bu təqdirdə inkişafa nail olmaq olar.

- Qarşıdan Avropa çempionatı gəlir. Bu turnirdən nəticə olaraq nə gözləyirsiz?

- Əsas arzumuz hər zaman yaxşı nəticə göstərib, ölkəmizi layiqincə təmsil etməkdir. Qrupdan lider olaraq çıxmaq istəyirik. Hər üç rəqibimizi analiz etmişik. Ümid edirəm ki, zədəlilərimiz də sıraya qayıdarlar. Bilirsiz ki, bizdən bir yaş böyüklər də eyni vaxta düşür və bəzi futbolçularımız da ora dəvət alıblar. Bu da bizə sıxıntı yaradır. Çünki seçimimiz geniş deyil. Hansısa futbolçu bizdən başqa yaş qrupuna dəvət aldıqda və ya zədələndikdə ona alternativ tapa bilmirik. Ona görə də ən böyük sıxıntılarımızdan biri budur ki, Avropa çempionatı hər iki yaş qrupuyla eyni vaxtda düşür. Ümid edirəm ki, çətin də olsa, hər şey istədiyimiz kimi gedər.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 Fevral 2026 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri